Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin Rəsmi Facebook Səhifəsi!

Gələcəyini düzgün seçimlə qurmaq istəyən gənclər üçün Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ yeni tədris il...
17/08/2026

Gələcəyini düzgün seçimlə qurmaq istəyən gənclər üçün Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ yeni tədris ilinə yeni hədəflərlə hazırlaşır!

Diqqət❗❗❗
14/08/2026

Diqqət❗❗❗

İyulun 29–31 tarixlərində Şəki Olimpiya İdman Kompleksində respublikanın ali və orta ixtisas təhsili müəssisələrində təh...
05/08/2026

İyulun 29–31 tarixlərində Şəki Olimpiya İdman Kompleksində respublikanın ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 120 tələbənin iştirakı ilə “GİNius 48 Saat” Fibonacci İntellektual-Əyləncəli Kvesti keçirilib.

Üç gün davam edən kvest çərçivəsində iştirakçılar məntiqi və analitik düşüncə, yaradıcılıq, mühəndislik və konstruktiv həllər, fiziki hazırlıq, musiqi bilikləri, ədəbiyyat, tarix, mədəniyyət və milli-mənəvi irs, eləcə də komanda işi və liderlik bacarıqlarını əhatə edən müxtəlif mərhələlərdə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Fərdi və komanda formatında təşkil olunan tapşırıqlar iştirakçıların intellektual potensialını, çevik qərarvermə bacarığını, əməkdaşlıq ruhunu və fiziki hazırlığını sınağa çəkib.

Yarışda Şirvan-Salyan regionunu Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələrindən ibarət komanda uğurla təmsil edib. Tələbələrimizə göstərdikləri fəallığa görə təşəkkür edir, onlara gələcək yarışlarda və fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.

📢 ELAN❗TƏLƏBLƏR:✔ Müvafiq ixtisas üzrə ali təhsil✔ Magistr təhsili üstünlük hesab olunur✔ Müvafiq sahə üzrə iş təcrübəsi...
04/08/2026

📢 ELAN❗

TƏLƏBLƏR:

✔ Müvafiq ixtisas üzrə ali təhsil
✔ Magistr təhsili üstünlük hesab olunur
✔ Müvafiq sahə üzrə iş təcrübəsi
✔ Pedaqoji iş təcrübəsi arzuolunandır

01/08/2026

     -2027
29/07/2026

-2027

22/07/2026

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə daxil olub

Dünyanın nüfuzlu reytinq təşkilatlarından olan Quacquarelli Symonds (QS) tərəfindən 2026-cı il üzrə “Best Student Cities” (Dünyanın ən yaxşı tələbə şəhərləri) reytinqi açıqlanıb. Dünyanın müxtəlif ölkələrindən 150 şəhərin qiymətləndirildiyi reytinqdə Bakı ötən illə müqayisədə 22 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb.

Bakı bu mövqeni Böyük Britaniyanın Aberdin, Çinin Quançjou və Cənubi Afrika Respublikasının Yohannesburq şəhərləri ilə bölüşür.

Reytinq nəticələrinə əsasən, Bakı Cənubi Qafqaz regionunda ən yüksək nəticə göstərərək regionun lider tələbə şəhəri olub. Eyni zamanda, şəhər Mərkəzi Asiyanın bir sıra aparıcı şəhərlərini də geridə qoyub. Belə ki, reytinqdə Astana 119-cu, Bişkek 137-ci, Daşkənd isə 146-cı mövqedə yer alır.

QS-in “Best Student Cities” reytinqi şəhərləri ali təhsil və tələbə həyatı üçün əlverişlilik baxımından kompleks şəkildə qiymətləndirir. Qiymətləndirmə zamanı şəhərdə fəaliyyət göstərən universitetlərin QS Dünya Universitetləri Reytinqindəki göstəriciləri, məzunların məşğulluq imkanları, təhlükəsizlik və yaşayış mühiti, təhsil və yaşayış xərclərinin əlverişliliyi, beynəlxalq tələbələrin sayı və müxtəlifliyi, eləcə də həmin şəhərdə təhsil almış tələbələrin rəyləri nəzərə alınır.

🌟 Uğurlu məzunlarımızı tanıyaq!Sizə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ-nin Texnologiya müəllimliyi ixti...
21/07/2026

🌟 Uğurlu məzunlarımızı tanıyaq!

Sizə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ-nin Texnologiya müəllimliyi ixtisası üzrə məzunu Ağgül Feyziyevanı təqdim edirik.

Ağgül Fərzəliyeva Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və ADA Universitetinin birgə həyata keçirdiyi, müəllimlərin peşəkar inkişafına yönəlmiş nüfuzlu "Bir Müəllimin Manifesti" layihəsinə qəbul olunan və proqramı uğurla başa vuran ilk orta ixtisas təhsilli iştirakçı kimi mühüm uğura imza atmışdır.

Eyni zamanda o, 2026-cı ildə keçirilən müəllimlərin sertifikatlaşdırılması imtahanında 57 bal toplayaraq yüksək nəticə əldə etmiş, peşəkar bilik və bacarıqlarını bir daha təsdiq etmişdir.

Məzunumuzu səmimi-qəlbdən təbrik edir, ona gələcək pedaqoji fəaliyyətində yeni nailiyyətlər və bol müvəffəqiyyətlər arzulayırıq!

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ – uğurlu məzunları ilə qürur duyur!

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ-in müəllim və texniki işçiləri Şirvan Şəhər Azad Həmkarlar İttifaqla...
20/07/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ-in müəllim və texniki işçiləri Şirvan Şəhər Azad Həmkarlar İttifaqları Təşkilatının dəstəyi ilə İsmayıllı və Qəbələ rayonlarına təşkil olunmuş ekskursiyada iştirak etmişlər.

Ekskursiya müəllim və texniki işçilərin asudə vaxtlarını daha səmərəli və mənalı keçirmələrinin təmin edilməsi, onların mənəvi istirahətinin təşkili, eləcə də ölkəmizin zəngin təbii gözəllikləri və tarixi-mədəni irsi ilə yaxından tanış olmaları məqsədilə təşkil olunmuşdur.

Səfər çərçivəsində iştirakçılar İsmayıllı və Qəbələ rayonlarının görməli yerlərini, tarixi-mədəni abidələrini və turizm məkanlarını ziyarət edərək xoş təəssüratlarla geri qayıtmışlar.

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ-in tələbələri 9–12 iyul 2026-cı il tarixlərində Şirvan-Salyan Region...
20/07/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ-in tələbələri 9–12 iyul 2026-cı il tarixlərində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycanı tanıyaq" layihəsi çərçivəsində Şəki, Qəbələ və İsmayıllı rayonlarına təşkil olunan ekskursiyada iştirak etmişlər.

Ekskursiya çərçivəsində tələbələr ölkəmizin zəngin tarixi-mədəni irsini əks etdirən tarixi abidələri və muzeyləri ziyarət etmiş, eyni zamanda Şəki, Qəbələ və İsmayıllı rayonlarının füsunkar təbiəti və turizm məkanları ilə yaxından tanış olmuşlar.

Ekskursiyanın əsas məqsədi gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi, onların Azərbaycanın tarixi, mədəniyyəti və təbii sərvətləri haqqında biliklərinin artırılması, həmçinin asudə vaxtlarının səmərəli və faydalı təşkilinin təmin edilməsi olmuşdur.

Address

Ali Bairamly

Alerts

Be the first to know and let us send you an email when Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ:

Shortcuts

Share