16/01/2025
17-18 yanvar tarixlərində təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək.
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21843-1
14/01/2025
Eksternat qaydasında aralıq imtahanı keçiriləcək
-----
26 yanvar 2025-ci il tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonları üzrə təhsil sektorlarına eksternat təhsil formasında sənəd almaq üçün müraciət etmiş və qeydiyyatdan keçmiş namizədlər üçün aralıq imtahanı təşkil olunacaq.
İmtahan Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin binasında keçiriləcək. (Ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi, 21)
İmtahan saat 11:00-da başlayacaq. Namizədlərin imtahana bir saat əvvəl imtahan mərkəzinə gəlmələri və özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli ilə diyircəkli qələm gətirmələri tələb olunur.
Eksternat təhsil forması, müxtəlif səbəblərdən ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələrini başa vura bilməyən şəxslərə buraxılış imtahanlarını uğurla verərək müvafiq təhsil sənədi (attestat) əldə etmək imkanı yaradır.
Aralıq imtahanlarda uğur qazanan şəxslər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən yekun buraxılış imtahanlarında iştirak etmək hüququ əldə edəcəklər.
12/01/2025
İmtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də yerləşdirilib. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik. Digər imtahanların tarixləri dəqiqləşdikcə (və ya imtahan qrafikində hər hansı dəyişiklik olduqda) “Təqvim”ə əlavə olunur.
Daha ətraflı: https://shorturl.at/hMmh0
09/01/2025
Məktəbimizin IX sinif şagirdi Ağayeva Şəlalə RFO-nun rayon turunda uğur qazanaraq yarımfinala keçib. Şagirdimizi təbrik edirik və növbəti mərhələlədə uğurlar arzulayırıq.
09/01/2025
Təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsi 9-15 yanvar 2025-ci il tarixlərində ümumi təhsil, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrində vakant olan təsərrüfat işləri üzrə direktor müavini və təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.
Namizədlər üçün aşağıdakı meyarlar tələb olunur.
1. orta ixtisas və ya ali təhsil
2. 3 ildən az olmayaraq əmək stajı
Müraciət etmək istəyən namizədlər tələb olunan aşağıda qeyd edilən sənədləri 09-15 yanvar tarixləri arasında Dağlıq Şirvan Regional Təhsil İdarəsinə təqdim edə bilərlər. (Ünvan: Şamaxı şəhər, 2 saylı tam orta məktəbin binası, Şəhriyar küçəsi, 21)
1. şəxsiyyət vəsiqəsinin surəti
2. kadrlar uçotunun şəxsi vərəqəsi (şəkilli və yazılı formada olmalıdır)
3. əmək kitabçasının surəti
4. orta ixtisas və ya ali təhsil haqqında sənədin surəti
5. tərcümeyi-hal
Qeyd edilən tarixlərdə sənədlərini təqdim edib qeydiyyatdan keçmiş şəxslər test imtahanı mərhələsinə dəvət ediləcək.
Aşağıdakı linkə daxil olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan müəssisələr üzrə vakansiyalarla tanış ola bilərsiniz.
https://shorturl.at/KFQAv
07/01/2025
Musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.
Musiqi rəhbəri vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər tələb edilən sənədləri 07-10 yanvar 2025-ci il tarixlərində (saat 10:00-dan 18:00-a kimi) Dağlıq Şirvan Regional Təhsil İdarəsinə (Şamaxı şəhəri, Şəhriyar küçəsi, 21) təqdim etməlidirlər.
✅Namizədlər üçün tələblər:
- musiqi üzrə orta ixtisas və ya ali təhsil
✅Tələb edilən sənədlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti; (varsa)
- təhsil haqqında sənədin və əlavəsinin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; (şəkilli və yazılı formada olmalıdır)
- tərcümeyi-hal;
- 2 ədəd rəngli şəkil (3x4 ölçüdə)
Müsabiqə 3 mərhələdən (qeydiyyat, müsahibə və vakant yer üzrə yerləşdirmə mərhələsi) ibarətdir.
Müraciət edənlərin şəxsi məlumatlarının uyğunluğu yoxlandıqdan sonra namizədlərin əlaqə telefonlarına SMS vasitəsilə müsahibəyə dəvət olunmaları barədə məlumat göndəriləcək.
Müsahibə mərhələsində namizədlərə 15-20 dəqiqə vaxt ərzində ixtisas, uşaq psixologiyası və pedaqogika, həmçinin təhsil qanunvericiliyi üzrə açıq və praktik suallar veriləcək. Bundan əlavə, müsahibə zamanı namizədin musiqi alətində ifa etmək bacarığı da yoxlanılacaq.
Müsahibədən uğurla keçən namizədlər müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Vakant yer üzrə yerləşdirmə mərhələsində müsahibədə toplanılan bal ardıcıllığına uyğun olaraq vakant yerlər üzrə yerləşdirmə həyata keçiriləcək.
Aşağıdakı keçid vasitəsilə sözügedən vəzifə üzrə vakant olan məktəbəqədər təhsil müəssisəsləri ilə tanış ola bilərsiniz:
https://shorturl.at/SQC86
27/12/2024
Məktəbimizin IV, VI və IX siniflərində tədrisin keyfiyyətinin yoxlanılması məqsədilə mıktəb rəhbərliyi tərəfindən azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən monitorinqlər keçirildi.
24/12/2024
Doğum gününüz mübarək, cənab Prezident!