25/10/2025
Kiçik motorika–sinir,əzələ və sümük sistemlərinin əlaqəli nəticəsində əl barmaqlarının,biləyin,qolların kiçik və dəqiq hərəkətlərinin yerinə yetirmək bacarığıdır.Anatomik baxımdan beyin qabığının hərəkət bölgəsinin 1/3hissəsini nitgə yaxın olan əl proeksiyası təşkil edir və bu onun nitqlə bağlılığını sübut edir.Kiçik motorika nə qədər yaxşı inkişaf etsə,nitq də inkişaf edər.Bunu alimlər də sübut edib.V.A.Suxomlinskinin dediyinə görə,uşaqların bacarıq və istedad mənbəyi barmaqlarının ucundadır.Bioloji aktiv nöqtələr insanın barmaqlarında yerləşir.Hətta əlin ölçüsü “nitq orqanı”kimi qəbul olunur.Kiçik motorika körpə yaşlarından inkişaf etməlidir.Əvvəlcə uşaq hər hansı bir əşyanı götürməyi,əldən ələ verməyi,2 yaşda isə rəsm çəkməyi,fırçanı,qaşığı tutmağı öyrənir.Kiçik motorikanı inkişaf etdirmək üçün xüsusi bir əşyalara ehtiyac yoxdur;evdə olan sadə əşyalardan istifadə etmək olar:şpilkalar,düymələr,qayçı,qaşıq,kağız,qab yuyan süngərlər,iplər,saç rezinləri,muncuqlar,noxud,lobya dənələri və s.Nitq qüsurlu uşaqların valideynləri loqopedə müraciət edəndə,loqoped,ilk növbədə,uşağın kiçik motorika bacarıqlarını yoxlayır.Danışıqdan öncə uşaqda kiçik motorika inkişaf etməlidir.Bu inkişaf uşaqların böyüklərlə əlaqəni,hətta diqqəti,əl–göz koordinasiyasını,iki beyin kürəciklərinin inkişafını təmin edir.
Mərkəzimizdə kiçik motorika dərsləri mövcuddur.Yaş məhdudiyyəti və diaqnozun fərgi yoxdur.Aşağıdakı ünvan və əlaqə nömrəsi ilə bizə müraciət edə bilərsiniz.Buyurun,yolunuzu gözləyirik,əziz balalarımıza,ümumiyyətlə,xüsusi ehtiyacı olan insanlara kömək etməyə hazırıq!🌸
📍Ünvan:Həzi Aslanov m.,İlqar Zülfüqarov 16A
☎️Əlaqə:055 903 39 16
# # # # # # #