14/09/2026
2026–2027-ci tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi!
Məktəbimizdə yeni tədris ilinə hazırlıq məqsədilə Pedaqoji Şura iclası baş tutdu. İclasda ötən tədris ilinin yekunları və əldə olunan nəticələr geniş təhlil edildi, qazanılan uğurlar və qarşıda duran əsas vəzifələr diqqətə çatdırıldı.
Müzakirələr zamanı müəllimlərin etik davranış qaydalarına riayət etməsi, şagirdlərin məktəbli forması və daxili intizam qaydaları xüsusi vurğulandı. Yeni tədris ilində təhsilin keyfiyyətinin daha da artırılması və qarşıya qoyulmuş hədəflərə çatmaq üçün lazımi tapşırıqlar verildi.