Dağlıq Şirvan RTİ S. Mütəllimov adına Gəgəli kənd tam orta məktəbi

  • Home
  • Azerbaijan
  • Agsu
  • Dağlıq Şirvan RTİ S. Mütəllimov adına Gəgəli kənd tam orta məktəbi

Dağlıq Şirvan RTİ  S. Mütəllimov adına Gəgəli kənd tam orta məktəbi Məktəb 1924 ildən fəaliyyət göstərir

11/08/2026

Ümumi təhsil müəssisələrində vakant olan vəzifələr üzrə işə qəbul üçün müsabiqə elan edilir
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan kitabxanaçı, kitabxana müdiri, psixoloq, uşaq birliyi təşkilatının rəhbəri, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifələri üzrə işə qəbul üzrə müsabiqə elan edilir.

Müsabiqə iki mərhələdən - sənəd qəbulu və test imtahanından ibarət olmaqla həyata keçiriləcəkdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na uyğun olaraq, həmin Qaydada nəzərdə tutulmuş şəhid ailəsi üzvlərinin inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələrə işə qəbulu vəzifə üzrə uyğunluqları yoxlanılmaqla müsabiqədənkənar qaydada həyata keçiriləcəkdir.

Müsabiqənin test imtahanı mərhələsində qanunvericilik, informasiya-kommunikasiya texnologiyaları və tutulacaq vəzifənin tələbləri üzrə biliklərinin yoxlanılması məqsədilə 60 sual təqdim ediləcək. Test imtahanında hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndiriləcək və səhv cavablar düzgün cavablara təsir göstərməyəcək. Test imtahanında 30 bal və daha yüksək nəticə göstərən namizədlər uğur qazanmış hesab ediləcək.

Test imtahanının nəticələri imtahanın keçirildiyi tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq elan ediləcək. Müsabiqə nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiyaya müraciət edə bilərlər.

İmtahandan uğurla keçmiş namizədlər topladıqları bala əsasən mövcud vakant vəzifələrə yerləşdirilir. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malikdirlər. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun olaraq balların azalan sırası ilə həyata keçiriləcəkdir.
Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda aşağıdakı ardıcıllıqla namizədlərə üstünlük verilir:
- müharibə iştirakçıları və onların ailə üzvləri
- təhsil səviyyəsi daha yüksək olan şəxslər
- iş stajı daha çox olan şəxslər
- müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslər

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə VTİSK-də nəzərdə tutulan ixtisas tələbləri və dərəcələri üzrə müəyyənləşdirilmiş ardıcıllıqla üstünlük verilir.

Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılır.
Ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlərin vakant vəzifələrə yerləşdirilməsi vakant yer yarandıqca onların bal ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd tərəfindən ona təklif edilən vəzifədən imtina edildiyi təqdirdə, o, ehtiyat kadrlar siyahısından çıxarılır.

Qeyd: Laborant və katibə-makinaçı vəzifələri üzrə yaxın müddətdə işə qəbul həyata keçirildiyindən və həmin vəzifələr üzrə ehtiyat kadrlar mövcud olduğundan, hazırda qeyd olunan vəzifələr üzrə işə qəbul aparılmır.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 11-16 avqust 2026-cı il tarixlərində qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün link:
https://docs.google.com/forms/d/e/1FAIpQLSefnDuzVQVkoNRsE7gjgHQUnqffzDh7vzCUIoe0Mum-npycJw/viewform?usp=publish-editor

Vəzifələr üzrə ixtisas tələbləri və müsabiqə proqramı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

https://drive.google.com/drive/folders/1ziFCVnfw_BIJ0yNmigJHgUQmpe2w1pcM

17/07/2026

📢 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!

10 iyuldan etibarən başlamış 2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində məktəb seçiminə start verilir. Valideynlər 21 iyul saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.

📅 Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və 14 sentyabr saat 18:00-a qədər davam edəcək.

🔔 Nəzərinizə çatdırırıq ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

02/07/2026
🚒🔥🌿Yay tətilinin başlanması ilə əlaqədar, məktəbimizin həyətyanı sahəsində yarana biləcək yanğın risklərinin qarşısını a...
29/06/2026

🚒🔥🌿Yay tətilinin başlanması ilə əlaqədar, məktəbimizin həyətyanı sahəsində yarana biləcək yanğın risklərinin qarşısını almaq məqsədilə geniş təmizlik işləri aparılıb. Ərazidəki quru otlar və kollar tamamilə təmizlənərək təhlükəsizlik qaydalarına uyğunlaşdırılıb.

✨ 53 bal✨ Məktəbimizin texnologiya müəllimi Quliyeva Aynurə müəllimlərin sertifikasiya imtahanında 53 bal toplayaraq yük...
25/06/2026

✨ 53 bal✨
Məktəbimizin texnologiya müəllimi Quliyeva Aynurə müəllimlərin sertifikasiya imtahanında 53 bal toplayaraq yüksək nəticə göstərmişdir. Qazandığı bu uğur münasibətilə Aynurə müəlliməni məktəb rəhbərliyi və pedaqoji kollektiv adından ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq!

✨ 55 bal✨ İbtidai sinif müəllimimiz Eminli Jalə sertifikasiya imtahanında 55 bal toplayaraq yüksək nəticəyə imza atmışdı...
25/06/2026

✨ 55 bal✨
İbtidai sinif müəllimimiz Eminli Jalə sertifikasiya imtahanında 55 bal toplayaraq yüksək nəticəyə imza atmışdır. Məktəb rəhbərliyi və kollektivi olaraq Jalə müəlliməni ürəkdən təbrik edir, ona pedaqoji fəaliyyətində yeni müvəffəqiyyətlər arzulayırıq.

✨ 54 bal✨ Məktəbimizin tarix müəllimi Nəbiyeva Aytəkin müəllimlərin sertifikasiya imtahanında 54 bal toplayaraq yüksək n...
24/06/2026

✨ 54 bal✨
Məktəbimizin tarix müəllimi Nəbiyeva Aytəkin müəllimlərin sertifikasiya imtahanında 54 bal toplayaraq yüksək nəticə göstərmişdir. Qazandığı bu uğur münasibətilə müəllimimizi məktəb rəhbərliyi və pedaqoji kollektiv adından ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq!

🚀 MƏKTƏBİMİZİN NÖVBƏTİ BÖYÜK UĞURU! — 653 BAL! 👑    ​Məktəbimizin şagirdi İbişli Tural Pərviz oğlu qəbul imtahanında möh...
18/06/2026

🚀 MƏKTƏBİMİZİN NÖVBƏTİ BÖYÜK UĞURU! — 653 BAL! 👑
​Məktəbimizin şagirdi İbişli Tural Pərviz oğlu qəbul imtahanında möhtəşəm nəticə göstərərək 653 bal toplamışdır!
​Bu böyük uğur münasibətilə Turalı, onun valideynlərini və üzərində əməyi olan bütün müəllimlərimizi ürəkdən təbrik edir, şagirdimizə təhsil yolunda yeni-yeni zirvələr arzulayırıq! 👏👏

🔔✨ Məktəbimizdə "Son zəng" tədbiri böyük təntənə ilə qeyd olundu! 🔔✨​   Sahib Mütəllimov adına Gəgəli kənd tam orta ümum...
14/06/2026

🔔✨ Məktəbimizdə "Son zəng" tədbiri böyük təntənə ilə qeyd olundu! 🔔✨
​ Sahib Mütəllimov adına Gəgəli kənd tam orta ümumtəhsil məktəbində 2025/2026-cı tədris ilinin başa çatması və "Son zəng" münasibətilə tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və qonaqlar iştirak edərək məzunlarımıza gələcək həyatlarında uğurlar arzulayıblar.
✨ ​Əziz məzunlar, yolunuz açıq, gələcəyiniz parlaq olsun! Müstəqil həyata addımınız mübarək!

Məktəbimizdə "Tanınmış şəxsiyyətlər təqvimi" çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib   Məktəbimizdə şagird...
08/06/2026

Məktəbimizdə "Tanınmış şəxsiyyətlər təqvimi" çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib
Məktəbimizdə şagirdlərin elmi dünyagörüşünün artırılması və xalqımızın dahi şəxsiyyətlərinə ehtiram hissinin aşılanması məqsədilə keçirilən "Tanınmış şəxsiyyətlər təqvimi" layihəsinin builki növbəti görüşü görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevaya həsr olunub.
​Tədbirdə şagirdlərə Zərifə Əliyevanın Azərbaycan tibb elminin, xüsusilə oftalmologiyanın inkişafındakı misilsiz xidmətləri, zəngin elmi irsi və nəcib insani keyfiyyətləri barədə geniş məlumat verilib. Onun fədakar həyat yolu gənc nəslə örnək kimi diqqətə çatdırılıb.

Address

Gegeli
Agsu

Website

Alerts

Be the first to know and let us send you an email when Dağlıq Şirvan RTİ S. Mütəllimov adına Gəgəli kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category