Dağlıq Şirvan Regional İdarəsi Qaraqoyunlu kənd tam orta məktəbi

  • Home
  • Azerbaijan
  • Agsu
  • Dağlıq Şirvan Regional İdarəsi Qaraqoyunlu kənd tam orta məktəbi

Dağlıq Şirvan Regional İdarəsi Qaraqoyunlu kənd tam orta məktəbi Məktəb 1904-ci ildən fəaliyyət göstərir.116-şagird 21 müəllim 11 texniki işçi var.

Məktəbimizin Texnologiya müəllimi Nərmin Əzizovanı müəllimlərin sertifikatlaşdırılması imtahanında yüksək nəticə göstərə...
25/06/2026

Məktəbimizin Texnologiya müəllimi Nərmin Əzizovanı müəllimlərin sertifikatlaşdırılması imtahanında yüksək nəticə göstərərək 56 bal toplaması münasibətilə ürəkdən təbrik edirik.
Bu uğur müəllimimizin peşəkarlığının, zəhmətinin, öz üzərində daim çalışmasının və təhsilin inkişafına verdiyi töhfənin bariz nümunəsidir. Nərmin müəlliməyə gələcək pedaqoji fəaliyyətində yeni nailiyyətlər, möhkəm can sağlığı və daha böyük uğurlar arzulayırıq.
Uğurlarınız daim olsun! 👏🌹

15 İyun – Milli Qurtuluş Günümüz Mübarək! 🇦🇿Məktəbimizdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli tədbir k...
15/06/2026

15 İyun – Milli Qurtuluş Günümüz Mübarək! 🇦🇿Məktəbimizdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli tədbir keçirildi.Tədbirdə şagirdlərimiz böyük coşqu ilə vətənpərvərlik şeirləri səsləndirildi . Dövlətçilik tariximizin şanlı səhifəsi olan bu tarixi günü dərin qürur hissi ilə qeyd edirik.

Bu gün məktəb həyatının ən unudulmaz və həyəcanlı günlərindən biri olan "Son Zəng" tədbirini böyük sevinc və qürur hissi...
15/06/2026

Bu gün məktəb həyatının ən unudulmaz və həyəcanlı günlərindən biri olan "Son Zəng" tədbirini böyük sevinc və qürur hissi ilə qeyd etdik.
İllər boyu qazandıqları bilik, bacarıq və dəyərlərlə məzunlarımız yeni həyat mərhələsinə qədəm qoyurlar. Onlara gələcək həyatlarında uğurlar, möhkəm iradə, sağlamlıq və xoşbəxtlik arzulayırıq.
Əziz məzunlar! Məktəb illərinin xatirələri daim sizinlə olsun. Yolunuz açıq, arzularınız gerçək olsun!

07/06/2026
Məktəbimizdə “Təhsilalanların vergi mədəniyyəti və maliyyə savadlılığının artırılması” mövzusunda maarifləndirici tədbir...
03/06/2026

Məktəbimizdə “Təhsilalanların vergi mədəniyyəti və maliyyə savadlılığının artırılması” mövzusunda maarifləndirici tədbir keçirildi.Tədbirin məqsədi şagirdlərdə maliyyə savadlılığının formalaşdırılması, verginin cəmiyyət üçün əhəmiyyətinin izah edilməsi və iqtisadi biliklərin artırılması olmuşdur.
Şagirdlərə verginin mahiyyəti,maliyyənin düzgün idarə olunması,qənaət və büdcə anlayışı haqqında ətraflı məlumat verildi.

Bu gün məktəbimizdə Azərbaycan dilinin qloballaşdırılması və milli-mənəvi dəyərlərimizin qorunmasına həsr olunmuş maarif...
02/06/2026

Bu gün məktəbimizdə Azərbaycan dilinin qloballaşdırılması və milli-mənəvi dəyərlərimizin qorunmasına həsr olunmuş maarifləndirici tədbir keçirildi. Tədbir Dünyamalıyeva Sevinc təşkilatçılığı ilə baş tutdu. Şagirdlər Azərbaycan dilinin zənginliyi, saflığı və beynəlxalq müstəvidə tanıdılması barədə çıxışlar etdilər, şeirlər səsləndirdilər. Tədbirin əsas məqsədi şagirdlərdə ana dilinə sevgi və hörmət hissini daha da gücləndirmək idi. Sonda vurğulandı ki, Azərbaycan dili xalqımızın milli kimliyi və mənəvi sərvətidir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə tədbir keçirildi. Tədbirdə uşaqların hüquqları, o...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə tədbir keçirildi. Tədbirdə uşaqların hüquqları, onların sağlam və xoşbəxt gələcəyinin əhəmiyyəti vurğulandı. Şagirdlər şeirlər, mahnılar və maraqlı çıxışlarla bayrama rəng qatdılar. Uşaqların sevinc dolu anları tədbirə xüsusi gözəllik bəxş etdi.
Məktəb kollektivi adından bütün uşaqları təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq.

Məktəbimizdə 'Son zəng' tədbirinə hazırlıqlar davam edir.  Təşkilatçı Məmmədova Kamilə və sinif rəhbəri Tahirova Xuraman...
26/05/2026

Məktəbimizdə 'Son zəng' tədbirinə hazırlıqlar davam edir. Təşkilatçı Məmmədova Kamilə və sinif rəhbəri Tahirova Xuraman məzunlarla görüşərək hazırlıq prosesi barədə geniş söhbətlər apardılar .

Müstəqilliyimiz Əbədidir: 28 May – Müstəqillik Günü 🇦🇿Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifəsi olan 28 May –...
26/05/2026

Müstəqilliyimiz Əbədidir: 28 May – Müstəqillik Günü 🇦🇿Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifəsi olan 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirildi. Tədbirin məqsədi:Milli dövlətçilik ənənələrini təbliğ etmək, gənc nəsildə vətənpərvərlik ruhunu yüksəltmək və müstəqilliyimizin tarixi əhəmiyyətini gələcək nəsillərə ötürməkdir.Tədbir boyu səslənən vətənpərvərlik mahnıları, şeirlər və hazırlanan bədii kompozisiyalar bir daha göstərdi ki, azadlıq və müstəqillik hər bir vətəndaşın ən ali mənəvi sərvətidir. Bu əlamətdar gün xalqımızın sarsılmaz birliyinin və dövlətimizin qüdrətinin rəmzidir.Müqəddəs bayrağımızın daim uca, müstəqilliyimizin əbədi olması diləyi ilə Bayramınız Mübarək!

Address

Agsu

Telephone

+994503482012

Website

Alerts

Be the first to know and let us send you an email when Dağlıq Şirvan Regional İdarəsi Qaraqoyunlu kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dağlıq Şirvan Regional İdarəsi Qaraqoyunlu kənd tam orta məktəbi:

Shortcuts

Share

Category