27/02/2025
Ağstafa rayon İcra hakimiyyətinin, Ağstafa rayonu üzrə təhsil sektorunun və Ağstafa rayon mədəniyyət evinin təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümünə həsr edilmiş "Tarixi ədalətin və suverenliyin bərpası" adlı tədbir təşkil edildi. Tədbirdə ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin əl işlərindən ibarət sərgi nümayiş etdirildi, həmçinin məktəblilər kompozisiya və səhnəciklərlə çıxış etdilər.