Ağstafa rayon Eynallı kənd tam orta məktəbi

Ağstafa rayon Eynallı kənd tam orta məktəbi Təhsil

Məktəbimizin  sosial pedaqoqu Təranə Abdullayeva tərəfindən şagirdlər arasında bulinq ( zorakılıq və psixoloji təzyiq)  ...
23/01/2026

Məktəbimizin sosial pedaqoqu Təranə Abdullayeva tərəfindən şagirdlər arasında bulinq ( zorakılıq və psixoloji təzyiq) hallarının qarşısının alınması , sağlam ünsiyyət bacarıqlarının formalaşdırılması və təhlükəsiz məktəb muhitinin yaradılması məqsədilə maarifləndirici söhbətlər aparıldı.
Şagirdlər mövzu ətrafında fikirlərini bölüşdü , suallar ünvanladı və sağlam ünsiyyətin ,qarşılıqlı hörmərin vacibliyini bir daha anladılar .
Bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd məktəbdə təhlükəsiz və dəstəkləyici mühitin formalaşdırılmasıdır.

Məktəbimizdə şagirdlərin oxu bacarıqlarının  inkişaf etdirilməsi ,düzgün nitqin formalaşdırılması və mütaliəyə marağın a...
23/01/2026

Məktəbimizdə şagirdlərin oxu bacarıqlarının inkişaf etdirilməsi ,düzgün nitqin formalaşdırılması və mütaliəyə marağın artırılması məqsədilə kollektiv mütaliə və oxu dəqiqələri təşkil olunur.
Oxu dəqiqələri zamanı şagirdlər Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq” ,Daniel Defonun “ Robinzon Kruzo”, Çingiz Aytmatovun “Ağ gəmi” ,Mayn Ridin “Başsız atlı “ ,Mark Tvenin “ Tom Soyerin macəraları” və s. bədii əsərləri birlikdə mütaliə edir, oxunan materiallar ətrafında müzakirələr aparılır.
Kollektiv mütaliə dərsləri şagirdlərdə kitab oxumağa maraq yaradır və ana dilimizə sevgi hissini daha da gücləndirir.

Bu gün Vl siniflərdə  l yarımil  Böyük Summativ Qiymətləndirmə keçirildi .
23/01/2026

Bu gün Vl siniflərdə l yarımil Böyük Summativ Qiymətləndirmə keçirildi .

Növbəti dərsdinləmədən görüntülərSinif : lll sinifFənn : Azərbaycan diliMüəllim : İradə Məmmədova
23/01/2026

Növbəti dərsdinləmədən görüntülər

Sinif : lll sinif
Fənn : Azərbaycan dili
Müəllim : İradə Məmmədova

Bu gün məktəbimizdə lV və Xl siniflərdə  l  yarım il üzrə Böyük Summativ Qiymətləndirmə təşkil olundu.
22/01/2026

Bu gün məktəbimizdə lV və Xl siniflərdə l yarım il üzrə Böyük Summativ Qiymətləndirmə təşkil olundu.

Bu gün məktəbimizdə l yarımil üzrə Böyük Summativ Qiymətləndirmə keçirildi. Qiymətləndirmə qaydalara uyğun ,şəffaf və mü...
21/01/2026

Bu gün məktəbimizdə l yarımil üzrə Böyük Summativ Qiymətləndirmə keçirildi. Qiymətləndirmə qaydalara uyğun ,şəffaf və mütəşəkkil şəkildə təşkil olunmuşdur. Şagirdlərə uğurlar arzulayırıq.

Bu gün məktəb kollektivi 20 Yanvar faciəsi ilə əlaqədar Ağstafa rayon Şəhidlər Xiyabanını ziyarət etmiş ,şəhidlərin əziz...
20/01/2026

Bu gün məktəb kollektivi 20 Yanvar faciəsi ilə əlaqədar Ağstafa rayon Şəhidlər Xiyabanını ziyarət etmiş ,şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Ruhunuz şad olsun …

20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə məktəbimizdə anım tədbiri keçirildi .   Tədbirdə şəhidlərimizin əziz xa...
19/01/2026

20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə məktəbimizdə anım tədbiri keçirildi .
Tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edildi .
20 Yanvar xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoludur. Bu gün biz qəhrəman şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq.
Şəhidlər ölməz ,Vətən bölünməz! 🇦🇿

Milli - mənəvi dəyərlərimizin və azərbaycançılıq ideyasının təbliği məqsədilə şəhidlərimizin əziz xatirəsi hörmət və eht...
15/01/2026

Milli - mənəvi dəyərlərimizin və azərbaycançılıq ideyasının təbliği məqsədilə şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edildi. Tədbir çərçivəsində Azərbaycan kinosu “Ağ atlı oğlan “ filmi nümayiş olundu .

Məktəbimizin coğrafiya müəllimi Minə Mustafayeva tərəfindən Vll B  sinfində açıq dərs təşkil olundu. Açıq dərs zamanı şa...
14/01/2026

Məktəbimizin coğrafiya müəllimi Minə Mustafayeva tərəfindən Vll B sinfində açıq dərs təşkil olundu. Açıq dərs zamanı şagirdlərin mövzuya marağı və fəal iştirakı müşahidə edildi.

“Mütaliə saatı “ çərçivəsində Vll sinif şagirdlərinin iştirakı ilə kitabxana müdiri Məlahət Abdullayeva ,Azərbaycam dili...
12/01/2026

“Mütaliə saatı “ çərçivəsində Vll sinif şagirdlərinin iştirakı ilə kitabxana müdiri Məlahət Abdullayeva ,Azərbaycam dili və ədəbiyyat müəllimləri tərəfindən Azərbaycan və dünya şairlərinin həyat və yaradıcılığına həsr olunmuş maraqlı söhbətlər və müzakirələr aparılmışdır . Bu görüşlər şagirdlərin ədəbiyyata marağınının və dünyagörüşünün genişlənməsinə xidmət edir.

Tanınmış şəxsiyyətlərin təqvimi çərçivəsində məktəbimizin kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş  rəsm sər...
12/01/2026

Tanınmış şəxsiyyətlərin təqvimi çərçivəsində məktəbimizin kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş rəsm sərgisi təşkil edildi .
Sərgidə məktəbimiz istedadlı şagirdlərindən olan lX sinif şagirdi Ramal Quliyevin çəkdiyi rəsmlər Ulu Öndər Heydər Əliyevə və vətən mövzusuna həsr olunmuşdur. Bu rəsmlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını və vətən sevgisini əks etdirir.
Gənc istedadımızı bu uğur münasibətilə təbrik edir ,yaradıcılıq yolunda ona yeni naliyyətlər arzulayırıq.

Address

Agstafa

Website

Alerts

Be the first to know and let us send you an email when Ağstafa rayon Eynallı kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ağstafa rayon Eynallı kənd tam orta məktəbi:

Shortcuts

Share