10/11/2025
Əziz valideynlər,
kiçik motor bacarıqları uşağın inkişaf səviyyəsində mühüm rol oynayır. Bu bacarıqlar uşağın barmaq, bilək və əl hərəkətlərini idarə etmə qabiliyyətini formalaşdırır. Yəni, yazmaq, kəsmək, düymə bağlamaq, qələmi düzgün tutmaq, oyuncaq yığmaq kimi gündəlik fəaliyyətlər məhz bu bacarıqlardan asılıdır.
Kiçik motor bacarıqlarının inkişafı uşağın:
🧠 zehni inkişafını – diqqət, yaddaş və koordinasiya bacarıqlarını;
✋ fiziki çevikliyini – barmaq və əlin gücünü, çevikliyini;
🎨 yaradıcılığını və özünüifadəsini – rəsm çəkmək, plastilindən fiqurlar düzəltmək kimi fəaliyyətlərlə;
📝 məktəbə hazırlığını – yazı, rəsm və digər incə hərəkət tələb edən tapşırıqlarda uğurunu artırır.
Ev şəraitində uşağınızın bu bacarıqlarını inkişaf etdirmək üçün sadə fəaliyyətlərdən istifadə edə bilərsiniz:
🔹 Plastilinlə oynamaq
🔹 Qələmlə, fırçayla rəngləmək
🔹 Düymə, fermuar, muncuq və mozaika ilə məşğul olmaq
🔹 Kağız kəsmə və yapışdırma işləri
Unutmayaq ki, uşaqlar üçün oyun – öyrənmənin ən gözəl formasıdır. ❤️
Onlara kiçik tapşırıqlar verməklə həm motor bacarıqlarını, həm də özünəinamlarını gücləndirə bilərsiniz.