16/06/2026
16 iyun 2026-cı il tarixdə məktəbimizdə 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş Şura iclası keçirilmişdir. İclasda cari tədris ilində görülmüş işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə edilmiş, müəllimlərin fəaliyyəti, şagirdlərin təlim nəticələri və məktəbin ümumi fəaliyyəti təhlil olunmuşdur. Eyni zamanda növbəti tədris ili üçün qarşıya qoyulan məqsəd və hədəflər müəyyən edilmiş, aidiyyəti üzrə tapşırıqlar verilmişdir.