18/03/2026
“İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici görüş keçirilib
Ağdaş şəhər B.Nəbiyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Lalə Mehraliyeva məktəb şagirdləri ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici görüş keçirilib. Müəllim görüşün məqsədinin sadəcə məlumat vermək deyil, həm də hər bir şagirdi bu təhlükəyə qarşı daha ayıq, daha məlumatlı və daha güclü etməkdən ibarət olduğunu söyləyərək, insan alverinin yalnız cinayət deyil — insan ləyaqətinə, azadlığına və hüquqlarına qarşı ən ağır təhdidlərdən biri olduğunu qeyd edib.
Görüşün sonunda hər hansı şübhəli təkliflə qarşılaşdıqda etibarlı bir böyüklə, müəllimlə, psixoloqla və ya hüquq-mühafizə orqanları ilə məsləhətləşmək şagirdlərə tövsiyə olunub.