DİLƏK Tədris Akademiyası

DİLƏK Tədris Akademiyası "Dilək"Tədris Akademiyası "Məktəbəhazırlıq"dan başlayaraq 11-ci sinifə qədər qarışıq təhsil verən bir akademiyadır.
(9)

Hörmətli şagirdlər və tələbələr;

DİLƏK Tədris Mərkəzi 2015-ci ilin avqust ayında Rəhman Mehman oğlu Cəfərlinin rəhbərliyi altında fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı ilk günlərdən kurs və təhsil ocaqları a

rasında öz peşəkarlığı, tədris keyfiyyəti və müştəri məmnuniyyəti ilə xüsusi seçilmişdir. Hələ 2016-2017-ci illərin məzunları təhsil və karyera sahəsində yüksəlmiş, adımızı və əlbəttə ki, doğma vətənimiz Azərbaycanı xarici ölkələrdə də ləyaqətlə təmsil etmışlər. Tələbələrimizin və onların tövsiyəsi ilə bizə müraciət edən növbəti nəsillərin nəticələri ilə qürurlandığımızı və eyni xidməti bizə etimad göstərən hər bir tələbəyə göstərmək arzusunda olduğumuzu sizin diqqətinizə çatdırırıq.2017-ci ilin may ayının 1-dən isə Tədris Mərkəzimiz Ağdaş şəhərində fəaliyyət göstərməyə başlamışdır.

Hədəfimiz: Hər bir müştərimizi professional və keyfiyyətli təhsil və xidmətlərlə təmin etmək, Azərbaycanın gələcəyi və inkişafı naminə gənc nəsillərin daha bilikli, düşüncəli və intellektual yetişməsidir.


Komandamız: Dilək-in işçi heyəti yüksək səviyyədə ünsiyyətcil, bacarıqlı, yerli və xarici universitetlərin məzunları, müəllimləri, yerli və xarici şirkətlərdə məsul vəzifələrdə çalışmış işçilər və mütəxəssislərdən ibarətdir.

Fərqimiz: Tədris sistemimizin hər kəsin bilik və bacarığına uyğun olması, təhsildə yeniliklərə daha çox önəm verməyimizdir. Fəaliyyətə başladığımız gündən daim misilsiz xidmət göstərmiş və rəğbət qazanmışıq. Hər gün yeniləşən, inkişaf edən ölkəmizdə yaşayan insanların yüksək intelektə malik olmasının vacibliyini düşünərək çətin, məsuliyyətli, amma olduqca şərəfli olan bu işi öz üzərimizə götürməyi borc bilirik. Hər bir kəsin öyrənmə qabiliyyəti fərqlidir və biz bunun fərqindəyik. Onunçün sevgi ilə öyrədilənlərin qalıcı olacağına inanırıq. Tələbələrimizin qayğısına qalmaq, onları dinləmək, onların gözü ilə dünyaya baxmaq və ən əsası onların təhsildə və təlim prosesində qarşılarına çıxan problemlərini həll etmək müəllim və idarə heyyətimizin başlıca vəzifələrindəndir. Hər bir tələbəyə fərdi yanaşma işimizin əsas düsturlarından biridir. Sizlərə müasir avadanlıq və vasitələrlə təchiz edilmiş dərs otaqlarında əylən - öyrən prinsipi əsasında hər kəsin bilik və bacarığına uyğun tədris sistemi təklif edirik.

BİZİM MƏZUNLAR GƏLƏCƏYİN TƏLƏBƏSİDİR!

Address

Heydər Əliyev Prospekti:92
Agdash
AZ3003

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 19:00

Telephone

0555846648

Products

1-11-ci sinif FƏNN hazırlığı
Abituriyent hazırlığı
Lisey hazırlığı
Məktəbəhazırlıq kursları
İbtidai sinif hazırlığı
Buraxılış imtahanlarına hazırlıq
YÖS hazırlığı
İELTS hazırlığı
Xarici dil hazırlığı
DİLƏK Xaricdə Təhsil Mərkəzi

Alerts

Be the first to know and let us send you an email when DİLƏK Tədris Akademiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to DİLƏK Tədris Akademiyası:

Shortcuts

Share