Ağdaş rayon Qəsil kənd R.Hacıyev adına tam orta məktəb

Ağdaş rayon Qəsil kənd R.Hacıyev adına tam orta məktəb Təhsil vermək müəllimin yalnız vəzifə borcu deyil,həm də onun sevə-sevə yerinə yetirdiyi işidir

   Məktəbimizin məzunu Yahyayeva Nuray Rüstəm qızı  həkim olmaq istəyir. Bu onun uşaqlıq arzusudur .Bu istəyi reallaşdır...
20/06/2025


Məktəbimizin məzunu Yahyayeva Nuray Rüstəm qızı həkim olmaq istəyir. Bu onun uşaqlıq arzusudur .Bu istəyi reallaşdırnaq üçün Nuray bilirdi ki, yaxşı oxumalıdı ,səylə çalışmalıdı
O, bu arzunu reallaşdırmağın bir addımındadı .
590 bal -gözəl nəticədi .Nurayımızı təbrik edirik .
Gözəl bala yolun açıq olsun .

17/06/2025

📢 Məktəbəhazırlıq qruplarına qəbul başlayır

📅 2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul 21 iyun 2025-ci ildən başlayır. Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə aparılacaq.

🏫 Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə iyulun 8-dən, Bakı şəhərində isə iyulun 9-dan etibarən mümkün olacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi iyulun 10-dan başlayacaq.

⏳ Qəbul prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək.

🔔 Xatırladaq ki, məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

29/05/2025
   Azərbaycan dili və ədəbiyyatı aylığı çərçivəsində "Vətənçün yaşayan, Vətənçün ölən Səmimi bir insan nə    bəxtiyardır...
15/05/2025




Azərbaycan dili və ədəbiyyatı aylığı çərçivəsində
"Vətənçün yaşayan,
Vətənçün ölən
Səmimi bir insan nə bəxtiyardır"
adlı tədbir keçirilib.
Vətən sevgisi nədir? İlk baxışda mücərrəd görünən bu anlayış əslində konkret əməllərdə təzahür edir. Vətəni sevmək, Vətən naminə yaşamaq, ona xidmət göstərmək üçün hansısa seçilmiş bir sənət, peşə sahibi olmağa lüzum yoxdur. Fəhlə də, həkim də, alim də -uşaqdan böyüyə hər kəs, Vətən üçün yaşaya, öz əməyi ilə Vətənin şöhrətini artıra bilər. Kifayətdir ki, ürəkdə təpər, istək, təəssübkeşlik olsun.
Bu tədbirdə şagirdlər Vətənə olan sevgilərini nümayiş etdiriblər." Hər şəhidi bir ağacda yaşadaq"devizi ilə məktəbin həyətində Ağdaş Şəhidlərinin əziz xatirəsini yaşatmaq üçün şam ağacları əkilib .Bu aksiya ilə əslində Vətən uğrunda Şəhidlik zirvəsinə ucalan bütün
Şəhidlərimizin xatirəsini əbədiləşdirmişik.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Tədbirdə xüsusilə seçilən şagirdlərə "Fəxri
fərman"lar verilib .

03/04/2025

Məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir və tərbiyəçi-müəllim vəzifələri üzrə yerdəyişmə müsabiqəsinə başlanılır
- - - -

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir və tərbiyəçi-müəllim vəzifələri üzrə yerdəyişmə müsabiqəsinə start verilir.

Müdir vəzifəsi üzrə yalnız ali pedaqoji təhsilli və həmin müəssisədə müdir vəzifəsində ən azı 3 il çalışmış şəxslər müraciət edə bilərlər.

Yerdəyişmədə iştirak etmək istəyən məktəbəqədər təhsil müəssisələrinin müdirləri və tərbiyəçi-müəllimlər müvafiq qaydalar gözlənilməklə 04-10 aprel 2025-ci il tarixlərində qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/B5Myya1pGt1Fknov5

Müdir vəzifəsi üzrə vakant yerlərin siyahısı: https://ref.az/32NL1e

Müraciətlərə baxılarkən məktəbəqədər təhsil müəssisələrinin müdirləri ilə bağlı aşağıdakı göstəricilər nəzərə alınır:

1) intizam tənbehinin olub-olmaması;
2) rəhbərlik etdiyi müəssisədə nöqsanların olub-olmaması;
3) idarəetmə stajı;
4) təhsil səviyyəsi.

Tələb olunan sənədlər:

- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsil haqqında dövlət sənədinin (diplom) surəti;
- əmək kitabçasının surəti.

###x

Tərbiyəçi-müəllimlərin yerdəyişməsi ilə bağlı müraciətlərə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə baxılır.

Tələb olunan sənədlər:

- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsil haqqında dövlət sənədinin (diplom) surəti;
- əmək kitabçasının surəti;
- şəhid ailəsinin üzvü olmasını təsdiqləyən sənədin surəti;
- yerdəyişmənin səbəbini təsdiqləyəcək dövlət qurumlarından əldə edilmiş arayışlar (yaşayış yerinin dəyişməsi, yoldaşının iş yerinin dəyişməsi, tibbi göstərişlərə əsasən və s.).

Tərbiyəçi-müəllimlərin yerdəyişməsi zamanı bir vakant yerə birdən çox müraciət olduqda namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük verilir:
- şəhid ailəsi üzvlərinə;
- daha yüksək təhsil pilləsini (səviyyəsini) bitirənlərə;
- pedaqoji stajı daha çox olan tərbiyəçi-müəllimlərə.

Qeyd: Qeyri-ixtisaslı tərbiyəçi-müəllimlər yaşayış yerindən asılı olmayaraq yerdəyişmədə iştirak edə bilməz.

Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifələri üzrə qeydiyyat linki və vakant yerlərin siyahısı:

Qeydiyyat linki: https://forms.gle/SAaxa9jy5oBW28o97

Tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı: https://ref.az/9HxTMV

̈sabiqə

   MÜDTA-nın "Ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsi barədə "28 fevral 2025 ci il tarixli  3-29-69/3-...
18/03/2025



MÜDTA-nın "Ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsi barədə "28 fevral 2025 ci il tarixli 3-29-69/3-2-06F2025 nömrəli əmrinə əsasən "5Mart Bədən tərbiyəsi və İdman günü "ilə əlaqədar məktəbin fiziki tərbiyə müəllimi Kamran Nifdaliyev və Leyla Səlimova bir sıra silsilə tədbirlər keçirdib.

14/03/2025

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 13, 20 və 27 aprel 2025-ci il tarixlərində keçiriləcək. Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki ilə https://shorturl.at/qXOCt linkində tanış ola bilərsiniz.

Qeydlər:

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

- Sabunçu, Xəzər, Sumqayıt, Abşeron, Gəncə, Şəmkir, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz və Qubada yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I və II hissə kimi adlandırılıb.

- İmtahana buraxılış vərəqəsi hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

    Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin n...
14/03/2025




Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri elan edilib.
Məktəbimizin V sinif şagirdi Qasımzadə Leyla Vasif qızı növbəti tura vəsiqə qazanıb.
Şagirdimizi təbrik edirik

14/03/2025



Fənn aylığı davam edir .

   Texnologiya, Musiqi, Təsviri incəsənət aylığı çərçivəsində tədbirlərimiz davam etdirilir.-----------‐----------------...
14/03/2025


Texnologiya, Musiqi, Təsviri incəsənət aylığı çərçivəsində tədbirlərimiz davam etdirilir.
-----------‐-----------------------
Mərkəzi Aran Regional Təhsil İdarəsinin “Fənn aylıqları”nın Əsasnaməsinə uyğun olaraq mart ayı məktəbimizdə Texnologiya, Musiqi və Təsviri incəsənət aylığı elan edilib.
Bu məqsədlə fənn müəllimləri müxtəlif sərgilər, nümunəvi dərslər təşkil edirlər.
Fənn aylıqlarının keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətinin artırılması, fənn müəllimlərinin tədris prosesində yaradıcı fəaliyyətə təşviq edilməsidir.

   Texnologiya, Musiqi, Təsviri incəsənət aylığı çərçivəsində tədbirlərimiz davam etdirilir.-----------‐----------------...
13/03/2025


Texnologiya, Musiqi, Təsviri incəsənət aylığı çərçivəsində tədbirlərimiz davam etdirilir.
-----------‐-----------------------

Mərkəzi Aran Regional Təhsil İdarəsinin “Fənn aylıqları”nın Əsasnaməsinə uyğun olaraq mart ayı məktəbimizdə Texnologiya, Musiqi və Təsviri incəsənət aylığı elan edilib.
Bu məqsədlə fənn müəllimləri müxtəlif sərgilər, nümunəvi dərslər təşkil edirlər.
Fənn aylıqlarının keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətinin artırılması, fənn müəllimlərinin tədris prosesində yaradıcı fəaliyyətə təşviq edilməsidir.

Address

Qəsil Kəndi
Agdash

Opening Hours

Monday 08:30 - 13:30
Tuesday 08:30 - 13:30
Wednesday 08:30 - 13:30
Thursday 08:30 - 13:30
Friday 08:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Ağdaş rayon Qəsil kənd R.Hacıyev adına tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ağdaş rayon Qəsil kənd R.Hacıyev adına tam orta məktəb:

Shortcuts

Share

Category