Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü Gimnaziya

Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü Gimnaziya

Share

Təhsil Ümumtəhsil müəssisəsinin adı: Ağdaş şəhər M. Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü gimnaziya
Yerləşdiyi ünvan: H.Əliyev pr 98.

Dərsdən kənar fəaliyyət imkanları (futbol, şahmat, rəsm ....) : Valeybol, futbol, şahmat, STEAM mərkəzi, musiqi, rəsm, STEAM dərnəkləri
Şagird kontingenti: 745
Müəllim kontingenti: 71 müəllim, 33 tərbiyəçi müəllim
Tədris dili: Azərbaycan
Yataqxanası, yeməkxana: Var
Məktəbin nailiyyətləri barədə qısa məlumat (olimpiada, fənn müsabiqəsi qalibləri, beynəlxalq müsabiqə qalibləri, iştirakçıları):
Gim

Photos from Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü Gimnaziya's post 20/03/2026

Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü gimnaziyada Novruz bayramı qeyd edildi.
Tədbirdə gimnaziyanın musiq müəllimi Əfəndi Xəzangülün təşkilatçılığı ilə şagirdlər milli rəqslər və mahnılarımızı ifa edərək bayrama rəngarənglik qatdılar.
Bahar ətirli Novruzunuz mübarək!

Photos from Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü Gimnaziya's post 19/03/2026

Novruz bayramı ərəfəsində gimnaziyanın müəllim və şagird heyəti adından şəhid ailələri ziyarət olunmuş, bayram təbriki ünvanlanmışdır.

17/03/2026
Photos from Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü Gimnaziya's post 16/03/2026

Agdaş şəhər M.Şeyxzadə adina internat tipli THT fənlər təmayüllü gimnaziyada yuxarı sinif şagirdlərinin iştiraki ilə "Hamı insan alverinin qurbanı ola bilər" mövzusunda maarifləndirici tədbir təşkil olundu.
Tədbir gimnaziyanin psixoloqu Arzu Əliyeva ve UBT rəhbəri N.Abdullayeva tərəfindən keçirildi.
Dəyirmi masanın keçirilməsində əsas məqsəd şagirdlərə insan alverinin təhlükə ləri,onun formaları ve bu cür hallardan qorunmaq yolları barədə ətraflı məlumat vermək,həmçinin gənclərin bu mövzuda maarifləndirilməsini təmin etmək idi. Tədbir zamanı qeyd olundu ki,insan alveri müasir dövrün ən ciddi problemlərindən biridir.

Photos from Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü Gimnaziya's post 14/03/2026

14.03.2026-cı il tarixdə MARTİ-nin təşkilatçılığı ilə IX siniflər üçün mərkəzləşdirilmiş qaydada buraxılış sınaq imtahanı təşkil olunmuşdur.

13/03/2026

Prezident İlham Əliyev “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda iştirak edib

Prezident İlham Əliyev 12 mart 2026-cı ildə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda çıxış edib.
Dövlət başçısı bildirib ki, forum bir çox məsələləri əhatə edir, lakin əminəm ki, müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönələcək. Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik əsas amildir və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.
Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünü müdafiə hüququ çərçivəsində həyata keçirdik.
Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu mənfi təcrübə olmuşdur.
Daha sonra 2020-ci ilin 44 günlük Vətən Müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.
Üçüncü təcrübə isə sülh təcrübəsidir – sülhə necə nail olmaq olar. Bu isə asan iş deyil. Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur.
Zənnimcə, dünyada hazırda baş verənlər – yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdid təşkil edir. Bu, həmçinin beynəlxalq hüquqa təhdiddir. Beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur.
İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur.
Hətta Ermənistanla ticarəti bərpa etmişik. Onlar üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başladıq və bununla da göstərdik ki, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ Müharibəsi və daha sonra anti-terror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk.
Bəzən bunu etmək zəruridir, xüsusilə də əmin olduğunuz halda ki, haqlısınız. O zaman sizi əngəlləməyə çalışanları, maraqlarınıza xələl gətirmək istəyənləri nəzərə almamalısınız. Həmçinin hesab edirəm ki, bu, müharibə aparanlarla paylaşa biləcəyimiz daha bir təcrübədir.
Biz Ermənistanla sülhə nail olduq, - biz deyərkən Azərbaycanı nəzərdə tuturam, – israr etdik ki, bunu vasitəçilərsiz təmin edək. Özlərini Minsk qrupu adlandıran vasitəçilərin 28 illik fəaliyyəti bir fəlakət idi. Həmsədrlərin məqsədi münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki ölkəyə qarşı təzyiq aləti kimi istifadə etmək idi. Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq. Beləliklə, bu bir təcrübədir və bu, sadəcə nəzəriyyə deyil, bu, bizim yaşadığımız, indi isə şahid olduğumuz bir reallıqdır. Hesab edirəm ki, mövcud münaqişələrin həlli istiqamətində çalışarkən bu məsələ mütləq nəzərə alınacaq.
Xüsusilə indi paylaşa biləcəyimiz digər vacib bir təcrübə enerji təhlükəsizliyidir, hansı ki, hazırda müəyyən dərəcədə pozucu təsir göstərir. Biz görürük ki, neft və qaz qiymətlərinin kəskin yüksəlişi yalnız istehlakçılar üçün deyil, geniş mənada bir çox problemlər yaradır. Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır, bu yanlışdır. Çünki bir çox ölkələrin, neft və digər faydalı yanacaq istehsal və ixrac edən ölkələrin suveren fondları var və bu fondlar müxtəlif maliyyə alətlərinə, o cümlədən istiqrazlara investisiya qoyurlar. Birjalar çökdükdə isə bu ölkələr yüksək neft qiymətindən qazandıqlarından daha çox itkiyə məruz qalırlar. Buna görə də biz OPEC+ formatının məsuliyyətli üzvü olaraq, tarazlı və proqnozlaşdırıla bilən neft qiymətinin tərəfdarıyıq, ortaq həllin tapılmasına böyük səylər göstərmişik və OPEC+-dakı vasitəçilik fəaliyyətimiz yüksək qiymətləndirilir.
Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı biz ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq. Keçən il - düz bir il əvvəl görüşdüyümüz zaman bizdən qaz alan ölkələrin sayı 12 idi. Bir il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alır. Beləliklə, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.
Mövcud çağırışlar kontekstində bu gün əhatə etmək istədiyim üçüncü mövzu isə bağlılıqdır. Biz görürük ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır. Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir. Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır.
İndi isə biz mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır. Biz bir çox ölkələr, həm Azərbaycanın şərqində, həm də qərbində yerləşən ölkələrin mühüm tranzit ehtiyaclarını təmin edirik. Hazırda isə Ermənistanla sülh edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq.
Bu yeni fürsətdən həqiqətən yararlanmaq olar, çünki biz Azərbaycanın iki hissəsini nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Artıq qeyd etdiyim kimi, yeni istiqamət yaradacağıq, bu isə bir çox ölkə üçün faydalı olacaq.

Photos from Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü Gimnaziya's post 13/03/2026

13.03.2026-cı il tarixdə aylıq çərçivəsində gimnaziyanın coğrafiya müəllimi Mustafayeva Könülün "Təbiətimizin zənginlikləri"mövzusunda açıq dərsi keçirilmişdir.

Photos from Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü Gimnaziya's post 13/03/2026

Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2025-ci il tarixli, 744 nömrəli Sərəncamı ilə "Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə
profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə Tədbirlər Planı"na əsasən gimnaziyada "Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək şəraitlə bağlı qiymətləndirmə aparılması və dəyə biləcək zərərin minimallaşdırılması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi: radiasiya, kimyəvi
və bioloji çirklənmə zamanı yarana biləcək şərait mövzusunda dəyirmi masa keçirilmişdir.

Photos from Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü Gimnaziya's post 12/03/2026

RFO-nın yarımfinal mərhələsində gimnaziyanın 4 şagirdi uğurlu nəticə göstərərək final mərhələsində iştirak hüququ qazanmışdır.
Nuhov Eşqin XI sinif, riyaziyyat, 97 bal;
Cəlilova İnci IX sinif, riyaziyyat, 88 bal;
Bəkirli Aliyə XI sinif, Kimya, 70.5 bal;
Cəbrayılova Aişə XI sinif, Kimya, 66 bal;
Şagirdlərimizi təbrik edir, növbəti mərhələdə uğurlar arzu edirik.

Photos from Ağdaş şəhər M.Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü Gimnaziya's post 11/03/2026

11.03.2026-cı il tarixdə gimnaziyanın 9-11-ci siniflərində buraxılış fənlərini,6-cı siniflərdə Azərbaycan dili,riyaziyyat və təbiət fənlərini tədris edən müəllimlərlə görüş təşkil edildi.
Görüş zamanı 11-ci siniflərin fənlər üzrə nəticələri təhlil edilməklə yanaşı,6-cı siniflərdə keçiriləcək monitorinq,9-cu siniflərdə buraxılış imtahanına hazırlıq vəziyyəti müzakirə edildi.
Sonda gimnaziyanın direktoru Şəhla Hacıbalayeva fənn müəllimlərinə keyfiyyət faizinin daha yüksək olması,zəif nəticə göstərən şagirdlərlə səmərəli işin təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

10/03/2026

Gimnaziyanın məntiq dərnəyində iştirak edən şagirlər arasında sınaq keçirilmiş qalib gələn şagirdlər sertifakatla mükafatlandırılmışlar.

Want your school to be the top-listed School/college in Agdash?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Haydar Aliyev Pr. 98
Agdash

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00