Ağdaş Özəl Türk Liseyi (Agdash Private Turkish High School)

Ağdaş Özəl Türk Liseyi (Agdash Private Turkish High School) Bakı Özəl Türk Liseyinin Ağdaş filialı - Agdash Branch Of Baku Private Turkish High School

1993-cü ilin noyabr ayında 3 sinif və 6 müəllimlə fəaliyyətə başlayan Ağdaş Özəl Türk Liseyi pedaqoli kollektivinin əzmi, çalışmaq, əsil vətəndaş, insan yetişdirmək iradəsini ortaya qoyması öz bəhrəsini verdi - növbəti tədris ilində lisey siniflərinin sayı artdı, şagirdlərin sayı 130-a çatdı. Bu, bir tərəfdən məktəb pedaqoji kollektivinin etimada sədaqəti ilə izah edilirsə, digər tərəfdən də rayon

rəhbərliyinin, yerli əhalinin təhsilə verdiyi əhəmiyyətdən, ən başda da qonaqpərvərliyindən, qardaş Türkiyəyə və türk xalqına sevgisi, etibarından qaynaqlanırdı. Qısa vaxt ərzində Ağdaş Özəl Türk Liseyinin pedaqoji kollektivi rayon və bölgə əhalisinin rəğbətini qazana bilmişdir. Səbəb – kollektivin nə iş gördüyünü, nə üçün fədakarlıq etdiyini dərk edərək əzmlə, sevərək çalışmasıdir. Azərbaycanın bu gününə və gələcəyinə sədaqətlə xidmət edən və əsil insan yetişdirməyi qarşısına məqsəd qoyan pedaqoji kollektiv Ağdaş Özəl Türk Liseyinin simasında bölgədə müasir məktəb təsəvvürünü oyada bilmiş və bir sıra sahələrdə nümunə meyarı ola bilmişdir. Burada şagirdlər ən müasir təlim şəraiti və vasitələri ilə, lazım olan hər cür iaşə, kommunal, məişət, tibbi-sağlamlıq, mədəni xidmətlərlə təmin olunmuşlar. Liseyin şagirdlərinin Respublika və Beynəlxalq olimpiadalarda, ali məktəblərə qəbul imtahanlarında qazandığı yüksək nailiyyətlər rayon rəhbərliyi, bölgənin ictimaiyyatı və valideyinlər tərəfindən təqdirlə qarşılanır.

03/05/2014
16/04/2014

Gələcəyə bizimlə hazırlaşın
27 APREL Liseylərimizə qəbul imtahanı günüdür...

12/04/2014

ARAZ KURSLARI

27 APREL liseylərə qəbul imtahanı günüdür!
12/04/2014

27 APREL liseylərə qəbul imtahanı günüdür!

Hər kəs dəvətlidir!
03/04/2014

Hər kəs dəvətlidir!

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
22/03/2014

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi

ABTM-nin ümumtəhsil müəssisələrinin şagirdləri yeni təqvim ilini uğurla başladıAzərbaycan Beynəlxalq Təhsil Mərkəzinin ü...
23/01/2014

ABTM-nin ümumtəhsil müəssisələrinin şagirdləri yeni təqvim ilini uğurla başladı

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin ümumtəhsil müəssisələrinin şagirdləri ötən tədris illərində olduğu kimi bu ildə yeni təqvim ilini uğurla başladı. Belə ki, ABTM-nin şagirdləri növbəti dəfə beynəlxalq fənn olimpiadalrında ölkəmizi ləyaqətlə təmsil edərək bu günə qədər əldə edilmiş 600-ə yaxın medallar siyahısına daha 5 medal və 3 həvəsləndirici sertifikatlar əlavə etdilər. Bu barədə məlumat verən ABTM-nin ümumtəhsil müəssisələrinin olimpiadalar işləri üzrə təşkilatçısı Fuad Qarayevin bildirdiyinə görə yanvarın 12-dən 18-nə qədər Qazaxıstanın Almatı şəhərində keçirilən X Beynəlxalq Jautikov fizika-riyaziyyat və informatika olimpiadasında ABTM-nin ümumtəhsil müəssisələrinin “Dədə Qorqud”, Gəncə, Şirvan, Sumqayıt və Mingəçevir Özəl Türk Liseylərinin şagirdləri yüksək nailiyyət əldə ediblər. Belə ki, dünyanın 16 ölkəsindən 390 şagirdin iştirak etdiyi bu olimpiadada məktəblilərdən fizika fənni üzrə “Dədə Qorqud” Özəl Türk liseyinin 10-cu sinif şagirdi Tural Əliyev- gümüş, Gəncə Azərbaycan-Türkiyə Özəl liseyinin 11-ci sinif şagirdi Nurlan Avazlı, Şirvan Özəl Türk liseyinin 10-cu sinif şagirdi Nurlan Rzayev, riyaziyyat fənni üzrə Mingəçevir Özəl Türk liseyinin 10-cu sinif şagirdi Fərid Həsənli və informatika fənni üzrə Bakı Özəl Türk liseyinin 10-cu sinif şagirdi Sənan Paşayev bürünc medallara layiq görülüblər. Bundan başqa riyaziyyat fənni üzrə Şirvan Özəl Türk liseyinin 11-ci sinif şagirdi Mehdi Məhərrəmov, Sumqayıt Özəl Türk liseyinin 11-ci sinif şagirdi İsa Bayramov və Gəncə Azərbaycan- Türkiyə Özəl liseyinin 10-cu sinif şagirdi Fərman Dumanov həvəsləndirici sertifikata yəni IV yerə layiq görülüblər.

22/01/2014

Azadlıq və mübarizə tariximizin şərəfli və qürurlu günü olan 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi (ABTM)Təhsil Şürasının sədri Enver Özeren, ABTM-nin Ümumtəhsil müəssisələri baş idarəsinin rəisi Mesut Kurnaz, Bakıdakı liseylərimizin müdirləri və şagird kollektivi qəhrəman oğul və qızlarımızın xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını və Xiyabandakı Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Onlar Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın məzarları üstünə qərənfillər düzüblər.

11/01/2014
Ağdaş Özəl Türk Liseyinə qəbul imtahanı günü: 28 Aprel 2013-cü il
20/04/2013

Ağdaş Özəl Türk Liseyinə qəbul imtahanı günü: 28 Aprel 2013-cü il

Liseylərə qəbul imtahanı günü - 28 Aprel 2013-cü il Azərbaycan-Türkiyə Özəl Türk Liseyləri Çağ Öyrətim İşlətmələri Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi

Address

Heydər Əliyev Prospekti
Agdash

Telephone

+994 193 5 50 65

Website

Alerts

Be the first to know and let us send you an email when Ağdaş Özəl Türk Liseyi (Agdash Private Turkish High School) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category