22/05/2026
Ağdam rayon 2 nömrəli tam orta ümumtəhsil məktəbində İdman yarışları çərçivəsində Futbol üzrə yarış keçirilib.
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ağdam rayonu 2 nömrəli köçkün tam orta məktəb, Middle School, .
22/05/2026
Ağdam rayon 2 nömrəli tam orta ümumtəhsil məktəbində İdman yarışları çərçivəsində Futbol üzrə yarış keçirilib.
22/05/2026
Agdam rayon 2 nömrəli tam orta ümumtəhsil məktəbində Usaq Birliyi Təşkilatı Rəhbəri Şahbazova Nübar şagirdlərə milli-mənəvi dəyərlərimizlə bağlı “Yeddi oğul istərəm”filmini nümayiş etdirib
21/05/2026
Ağdam rayon 2 nömrəli tam orta ümumtəhsil məktəbinin Biologiya müəllimi Bayramova Mələk," Sağlam həyat tərzi və reproduktiv sağlamlıq "mövzusunda IX sinif şagirdləri ilə maarifləndirici söhbət aparib
21/05/2026
Müasir inkişaf və tarixi irsin qorunması Azərbaycanın şəhərsalma siyasətinin əsasını təşkil edir
Cənab Prezident İlham Əliyev 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası zamanı etdiyi çıxışda Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərdən, tarixi-mədəni irsin qorunmasından və müasir urbanizasiya siyasətindən bəhs edib. Prezident bildirib ki, forumda 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib və bu tədbir iştirakçı sayına görə Azərbaycanda keçirilən ən böyük beynəlxalq toplantılardan biridir. O qeyd edib ki, forum ölkənin şəhərsalma sahəsində gördüyü işlərin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Çıxışında cənab Prezident Azərbaycanın coğrafi mövqeyinə və tarixi inkişafına toxunaraq vurğulayıb ki, ölkə tarix boyu Şərqlə Qərbin qovuşduğu məkan olub. Bu xüsusiyyət Bakının memarlığında da özünü göstərir. İçərişəhərin qədim tarixi abidələri ilə müasir şəhər infrastrukturu arasında harmoniyanın yaradıldığını qeyd edən dövlət başçısı Bakı Bulvarının genişləndirilməsini, Avropa memarlığının təsiri ilə inşa edilmiş XIX əsr binalarını və müasir urbanizasiya layihələrini şəhərin inkişaf nümunəsi kimi göstərib. Cənab Prezident İlham Əliyev 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunduğunu diqqətə çatdıraraq, ölkənin bu sahəyə xüsusi önəm verdiyini bildirib. O, son illərdə BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumlarının keçirildiyini qeyd edib. Dövlət başçısı Azərbaycanın qədim şəhərlərinin zəngin memarlıq irsinə malik olduğunu vurğulayaraq Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki, Lahıc və Şuşa kimi şəhərlərin tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, bu şəhərlərdə yerləşən məscidlər, türbələr, qalalar və digər memarlıq nümunələri xalqın qədim tarixini və mədəniyyətini əks etdirir. Prezident xüsusilə vurğulayıb ki, Azərbaycan öz tarixi irsini qorumaq və gələcək nəsillərə çatdırmaq istiqamətində mühüm işlər həyata keçirir. Çıxış zamanı Bakı şəhərinin inkişaf modeli də diqqətə çatdırılıb. Prezident Formula 1 Bakı Qran-Prisini nümunə göstərərək şəhərsalmada həm cəsarətli, həm də ehtiyatlı qərarların vacibliyini qeyd edib. Müasir inkişaf ilə tarixi irsin qorunması arasında balansın saxlanılmalı olduğunu vurğulayıb. Prezident İlham Əliyev işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri barədə də məlumat verib. Dövlət başçısı bildirib ki, Ağdam 30 il ərzində erməni işğalı altında qalaraq tamamilə dağıdılıb və viranəyə çevrilib. Beynəlxalq müşahidəçilər şəhəri dağıntıların miqyasına görə “Qafqazın Xirosiması” adlandırıblar. Şəhərdə yaşayış binaları, tarixi abidələr, ictimai tikililər və infrastruktur sistemli şəkildə məhv edilib. Ağdamın dağıdılması bir gün ərzində deyil, 30 illik işğal dövründə məqsədli şəkildə həyata keçirilib. O bildirib ki, uzun illər ərzində dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar, tunellər, körpülər, hava limanları, məktəblər, xəstəxanalar və yaşayış məntəqələri inşa edilir. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq minlərlə insanın doğma torpaqlarına qayıtdığını qeyd edən cənab Prezident, bölgədə məşğulluğun təmin olunması üçün sənaye zonalarının yaradıldığını da vurğulayıb. Ətraf mühit məsələlərinə toxunan dövlət başçısı Bakının uzun illər neft sənayesinin təsiri nəticəsində ciddi ekoloji problemlərlə üzləşdiyini bildirib. O qeyd edib ki, son 20 ildə şəhərdə böyük abadlıq və ekoloji yenilənmə layihələri həyata keçirilib. Vaxtilə “Qara şəhər” kimi tanınan ərazilərin müasir və ekoloji cəhətdən təmiz yaşayış məkanlarına çevrildiyini deyən cənab Prezident, şəhərsalmanın digər təzahürü olan “Sea Breeze” istirahət məkanından, paytaxtda yeni parkların, ictimai məkanların və müasir nəqliyyat sistemlərinin yaradıldığından bəhs etmişdir. Sonda Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın bir çox bölgələrində şəhərsalma sürətlə inkişaf edir və beynəlxalq əməkdaşlıq bu sahədə təcrübə mübadiləsinə mühüm töhfə verir. O bildirib ki, şəhərsalma sahəsində keçmişdə yol verilən səhvlərdən nəticə çıxarılıb və gələcək inkişaf daha planlı və dayanıqlı şəkildə həyata keçiriləcək.
21/05/2026
Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir
28 may 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli Respublika, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başladı. Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərsə də, bütün sahələrdə ciddi dönüş yaratmağa və böyük tədbirlər reallaşdırmağa müvəffəq oldu. Qısa vaxt ərzində AXC hökuməti cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən əsaslı, vacib qərarlar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərlik yaratdı. Cəmi 23 ay yaşamış Cümhuriyyət xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdi, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı.
Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, 1918-ci il iyunun 27-də "Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında", avqustun 11-də isə "Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında" fərmanlar imzalandı. Dövlətin bayrağı, himni və gerbi təsis edildi, dövlət quruculuğu sahəsində ciddi addımlar atıldı.
Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açıldı. 1919-cu il sentyabrın 1-də Parlament “Bakı Dövlət Universitetinin təsis olunması haqqında” Qanun qəbul etdi. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi.
Xalq Cümhuriyyəti dövründə qısa zaman kəsiyində ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin edilməsi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələrin yaradılması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi, təhsilin milliləşdirilməsi kimi müstəsna əhəmiyyətli işlər həyata keçirilmişdir. Mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq kimi sahələrdə həyata keçirdiyi işlər Azərbaycan tarixinin parlaq səhifəsidir.
Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun milli atributlarını – bayrağını, gerbini, himnini qəbul etdi. Ümummilli Lider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini yüksək qiymətləndirərək demişdir:
«Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdır».
Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ildə Cümhuriyyətimizin 80 illik yubileyi keçirilmiş və Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə “İstiqlal bəyannaməsi” abidəsi ucaldılmış, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilmişdir.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalanmış və bu tarixi hadisə münasibətilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilmişdir.
Bu gün xalqımız Müstəqillik Gününü bir başqa ovqatda, fərqli hisslərlə - qalib ölkənin vətəndaşları kimi qeyd edir. Rəşadətli ordumuz 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi lokal antiterror tədbirlərində öz şücaətini bütün dünyaya nümayiş etdirdi. Parlaq Zəfərə imza atdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz 30 ilə yaxın düşmən tapdağında qalan əzəli torpaqlarımızı mənfur düşmənin azad etdi. 2020-ci il 27 sentyabr tarixindən başlanan Zəfər yolu xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Bu gün Şanlı Ordumuzun, Ali Baş Komandan cənab İlham Əliyevin azad olunmuş ərazilərdə qaldırdığı üçrəngli bayrağımız tarixi və əzəli torpaqlarımızda qürurla dalğalanır.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunmuşdur. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
2025-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. “Konstitusiya və Suverenlik İli” dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyinin daha da gücləndirilməsi məqsədi daşıyır.
19/05/2026
19/05/2026
19/05/2026
05 may 2026-cı il tarixdə Ağdam rayon 2 nömrəli tam orta ümumtəhsil məktəbinin VI-cı sinfində ingilis dili müəllimi Cəfərova Atlasın "Around The World - Geography
Deforestation in Mexico - Argh!" mövzusunda mürəkkəb dərs təşkil edilmişdir.
16/05/2026
📢 Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat
🗓️ Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq. Test imtahanının vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
ℹ️ Təhsilverənlər portal.edu.az platformasında qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.
🎥 Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üzrə hazırlanmış təlimat videosunu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür:
https://youtu.be/lpLKFasQtm4
Qeyd edək ki, cari ildə təşkil olunacaq təhsilverənlərin sertifikatlaşdırılması prosesində təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər, eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.
Sertifikatlaşdırma prosesində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!
10/05/2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ağdam rayon 2 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkill olunub.