03/09/2025
Ağdam rayon 110 saylı köçkün tam orta məktəb
Ağdam rayon 110 nömrəli köçkün tam orta məktəb
03/09/2025
10/06/2025
BilBacar müsabiqəsinin qalibləri elan olunub.
Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin 2 şagirdi müsabiqə üzrə qalib olmuşdur.
1-ci yer üzrə qaliblərindən biri Quliyev Murad Elməddin oğlu, 3-cü yer üzrə qaliblərindən biri isə Məmmədli Arzu Etibar qızıdır.
Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayarıq!
01/05/2025
Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı müsabiqə elanı
Ümumi təhsil müəssisələrində çalışan psixoloq və xüsusi təhsil sahəsində təcrübəsi olan ibtidai sinif müəllimlərinin nəzərinə:
Qarabağ Regional Təhsil İdarəsi psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı sağlamlıq imkanları məhdud uşaqların diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlər vermək istəyən şəxslər üçün müsabiqə elan edir.
Vakantlar:https://docs.google.com/spreadsheets/d/17EE7xBt8hwKwLKtYV0pB6hKjokYhTxr3xA3yJog4fJ4/edit?usp=sharing
Namizədlər üçün tələblər:
- Psixoloq və ya ibtidai sinif müəllimliyi ixtisas üzrə ali təhsil;
- 3 ildən az olmayaraq pedaqoji staj;
- Hazırda təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi.
- 51 baldan yüksək sertifikasiya nəticəsi.
Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
- xüsusi təhsil sahəsində əlavə təhsil, iştirak etdiyi təlimlər, seminarlarda iştirakını təsdiq edən sənədlərin surəti;
- əmək kitabçasının surəti.
İş saatı və ödəniləcək əməkhaqqı barədə
İş saatı müəyyən olunmuş qrafik əsasında həftədə 2 dəfə daimi fəaliyyət göstərir.
Zəruri halda əlavə olaraq səyyar komissiya keçirilə bilər.
İş vaxtı 6 saat həcmində, iş rejimi saat 10-dan 16-də müəyyənləşdirilir.
Psixoloji-tibbi pedaqoji komissiyada çalışan şəxslərin əsas iş yerindəki əmək haqlarına 50 faiz əlavə edilir.
Namizədlərdən tələb olunan sənədləri 1 may 2025-ci il tarixindən 7 may 2025-ci il tarixinədək rayonlar üzrə təhsil sektorlarına təqdim etmələri xahiş olunur.
01/05/2025
25-30 aprel tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində 42-ci Balkan Riyaziyyat Olimpiadasında milli komandamız uğurla çıxış edərək 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 3 medal qazanıb.
Azərbaycan Respublikasının Təhsil İnstitutu
Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22023-1
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Bərdə Rayon Zümürxan Kəndi
Agdam
Opening Hours
| 09:00 - 17:00 |