Ağdam Dövlət Sosial-İqtisadi Kolleci

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Ağdam Dövlət Sosial-İqtisadi Kolleci

Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.
11/08/2026

Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

📢 Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin 9-cu sinifdən qəbul planı
03/08/2026

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin 9-cu sinifdən qəbul planı

Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 3-cü nömrəsini və “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas tə...
30/07/2026

Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 3-cü nömrəsini və “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2025-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”nı nəşr edib.

Jurnalları DİM-in inzibati binasından, “Abituriyent” satış məntəqəsindən, həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt

Jurnallar barədə ətraflı məlumatı www.abiturient.az saytında əldə edə bilərsiniz.

Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilibTələbələrin yerdəyişməsi prosesi üzrə yekun nəticələr müraciətçilərin...
29/07/2026

Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib

Tələbələrin yerdəyişməsi prosesi üzrə yekun nəticələr müraciətçilərin elektron kabinetlərinə göndərilib.

Tələbələr təhsil müəssisəsi tərəfindən verilmiş yekun qərarı elektron kabinetləri vasitəsilə 31 iyul 10:00-dək təsdiq etməli və ya qərardan imtina etməlidirlər.

Müəyyən olunmuş müddət ərzində təsdiqlənməyən müraciətlər avtomatik olaraq qüvvədən düşmüş hesab ediləcək.

22/07/2026

Tələbələrin yerdəyişməsi prosesinə başlanılır2026–2027-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində tə...
14/07/2026

Tələbələrin yerdəyişməsi prosesinə başlanılır

2026–2027-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Elektron müraciətlərin qəbulu 2026-cı il iyulun 13-ü saat 10:00-da başlayacaq və iyulun 19-u saat 18:00-da başa çatacaq. Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.

Tələbələrin yerdəyişməsi ilə bağlı zəruri məlumatlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

Tələbələrin yerdəyişməsi qaydaları: https://e-qanun.az/framework/56513
Ən çox verilən suallar və cavabları: https://eatda.edu.az/melumatlar/telebelerin-yerdeyismesi-ile-bagli-en-cox-verilen-suallar-ve-onlarin-cavablari
Tələb olunan sənədlər: https://eatda.edu.az/melumatlar/telebelerin-yerdeyismesi-teleb-olunan-senedler

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsdə Fiziki tərbiyə ixtisas üzrə təhsil alan  2-ci kurs tələbəsi Ha...
09/07/2026

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsdə Fiziki tərbiyə ixtisas üzrə təhsil alan 2-ci kurs tələbəsi Hacıyeva Aytən beynəlxalq musiqi və rəqs müsabiqəsində diplom və kuboka layiq görülüb.

Belə ki Gürcüstanın füsunkar sahil şəhəri Kobuletidə baş tutan "Golden Star" (Qızıl Ulduz) Beynəlxalq Rəqs və Musiqi Festivalı bu il də dünya istedadlarını bir araya gətirib. Xəzərin mehini Qara dənizin dalğaları ilə qovuşduran bu möhtəşəm mədəniyyət bayramında Azərbaycanı təmsil edən tələbəmiz öz bənzərsiz çıxışı ilə müsabiqəyə damğa vurub.

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxs 2026-2027-ci tədris ili üçün yaranmış vakansiyaları təqdim edir....
08/07/2026

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxs 2026-2027-ci tədris ili üçün yaranmış vakansiyaları təqdim edir.

Tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi 15.08.2026

Ağdamda əmək yarmarkası təşkil edilib09 dekabr 2025-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Ag...
06/07/2026

Ağdamda əmək yarmarkası təşkil edilib

09 dekabr 2025-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə rayonun Quzanlı qəsəbəsində, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin binasında 10 işəgötürən ilə əmək yarmarkası təşkil olunmuşdur.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Məşğulluq Filialının müdiri Babək Tağıyev, işəgötürənlərin nümayəndələri işsiz və işaxtaran şəxslər iştirak etmişdir. İşəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilmiş, işsiz və işaxtaran şəxslərə 85 sayda boş iş yerləri təqdim olunmuşdur.
Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Əmək və Məşğulluq Alt Sistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 222 vətəndaşla iş aparılmış, uyğun namizədlər tədbirə cəlb edilmişdir. Cəlb edilmiş şəxslər arasında müharibə iştirakçıları və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslər yer almışdır.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.

03/07/2026

AFT və Aqronomluq ixtisasda təhsil alan 3-cü kurs tələbələrin İstehsalat təcrübəsi bu gün yekunlaşıbdır.

Address

Quzanlı
Agdam
002

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Ağdam Dövlət Sosial-İqtisadi Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share