Azərbaycan Gənc Müəllimlər Assosiasiyası

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Fətəli Xan Xoyski 109, Agdam.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas məqsədi istedadlı gənc müəllimlərin aşkara çıxarılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, ölkə səviyyəsində elmi-praktiki konfransların keçirilməsidir.

Yeni işə qəbul olunmuş müəllimlər üçün Adaptasiya proqramı başlayırAzərbaycan Respublikasının Məktəbəqədər və Ümumi Təhs...
24/08/2026

Yeni işə qəbul olunmuş müəllimlər üçün Adaptasiya proqramı başlayır

Azərbaycan Respublikasının Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı ilə yeni işə qəbul olunmuş müəllimlər üçün Adaptasiya proqramı həyata keçiriləcək.

Proqramın əsas məqsədi müəllimlərin peşəkar fəaliyyətə uğurlu adaptasiyasını dəstəkləmək, məktəb mühitinə uyğunlaşmalarını asanlaşdırmaq, müasir tədris metodları, sinif idarəetməsi və müəllimlik fəaliyyətində vacib olan digər istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Adaptasiya proqramı çərçivəsində AGMA-nın rəsmi Facebook səhifəsində canlı vebinarlar təşkil olunacaq. Vebinarlar hər həftənin 1-ci günü saat 16:00-da başlayacaq və iştirakçılara müxtəlif aktual mövzularda praktiki məlumatlar təqdim ediləcək.

Proqram çərçivəsində aşağıdakı mövzularda təlimlər keçiriləcək:

31 avqust 2026 – Müəllimin peşəkar adaptasiyası və məktəb mədəniyyəti
7 sentyabr 2026 – Müasir dərsin planlaşdırılması və effektiv tədris metodları
14 sentyabr 2026 – Sinif idarəetməsi və müsbət öyrənmə mühitinin yaradılması
21 sentyabr 2026 – Qiymətləndirmə, əks-əlaqə və şagird inkişafının izlənməsi
28 sentyabr 2026 – Müəllim üçün süni intellekt və rəqəmsal alətlər
5 oktyabr 2026 – Psixoloji dayanıqlıq və emosional rifah
12 oktyabr 2026 – Praktik müəllimlik laboratoriyası və mentorluq

Proqram yeni işə qəbul olunmuş müəllimlər üçün nəzərdə tutulmaqla yanaşı, peşəkar inkişafını davam etdirmək istəyən digər müəllimlər üçün də faydalı olacaq.

Adaptasiya proqramı iştirakçılara müəllimlik fəaliyyətinin ilk mərhələsində qarşılaşa biləcəkləri çağırışları daha düzgün idarə etmək, tədris prosesini səmərəli təşkil etmək və peşəkar inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından yeni imkanlar yaradacaq.

Müəllimləri proqram çərçivəsində keçiriləcək canlı vebinarlarda iştirak etməyə dəvət edirik.

🇦🇿🤝🇺🇿 Təhsil Azərbaycan–Özbəkistan qardaşlığının gələcəyə uzanan ən möhkəm körpüsüdürAzərbaycan və Özbəkistanı bir-birin...
24/08/2026

🇦🇿🤝🇺🇿 Təhsil Azərbaycan–Özbəkistan qardaşlığının gələcəyə uzanan ən möhkəm körpüsüdür

Azərbaycan və Özbəkistanı bir-birinə bağlayan əlaqələr yalnız ortaq tarix, dil və mədəni dəyərlərlə məhdudlaşmır. Bu qardaşlıq münasibətləri təhsil sahəsində inkişaf edən əməkdaşlıq sayəsində daha da möhkəmlənir.

📚 2025/2026-cı tədris ilində Azərbaycanda 70-ə yaxın Özbəkistan vətəndaşı, Özbəkistanda isə 180-ə yaxın Azərbaycan vətəndaşı təhsil alıb. Bu göstəricilər iki ölkənin gəncləri arasında akademik, elmi və mədəni əlaqələrin getdikcə genişləndiyini göstərir.

Təhsil vasitəsilə qurulan əlaqələr yalnız bu gün üçün deyil, həm də gələcək nəsillərin bir-birini daha yaxından tanıması, yeni əməkdaşlıqların yaranması və Azərbaycan–Özbəkistan münasibətlərinin daha da möhkəmlənməsi üçün mühüm zəmin yaradır.

🏫 Bu əməkdaşlığın ən gözəl və rəmzi nümunələrindən biri isə Özbəkistan tərəfindən Füzuli şəhərində inşa edilərək Azərbaycana hədiyyə olunan, 960 şagird yerlik Mirzə Uluqbəy adına tam orta məktəbdir. Bu məktəb iki qardaş xalq arasında təhsil və humanitar əməkdaşlığın, həmrəyliyin və ortaq gələcəyə inamın parlaq simvoludur.

Ortaq tarix bizi birləşdirir, təhsil isə ortaq gələcəyimizi qurur. 🇦🇿🤝🇺🇿

Qubada məktəb rəhbərləri üçün seminar keçirilibQuba-Xaçmaz Regional Təhsil İdarəsinin dəvəti və təşkilatçılığı ilə AGMA ...
23/08/2026

Qubada məktəb rəhbərləri üçün seminar keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəvəti və təşkilatçılığı ilə AGMA tərəfindən “Tədrisdə keyfiyyətin inkişafı: müəllim və məktəb rəhbərlərinin peşəkar inkişaf proqramı” çərçivəsində məktəb rəhbərləri üçün seminar keçirilib.

21 avqust 2026-cı il tarixində Quba rayon Alekseyevka kənd tam orta məktəbində keçirilən "Data əsaslı idarəetmə və qərarvermə" adlı seminarın açılışında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Keyfiyyət sektorunun müdiri Aynurə Dadaşova çıxış edib. Çıxış zamanı proqramın əhəmiyyəti, həmçinin məktəb rəhbərlərinin peşəkar inkişafının tədrisin keyfiyyətinin artırılmasındakı rolu diqqətə çatdırılıb.

Daha sonra AGMA-nın sədri Pərvinə Qədimova tərəfindən seminar davam etdirilib.

Seminar zamanı təhsil göstəricilərinin təhlili, monitorinq və qiymətləndirmə nəticələrindən məktəbin inkişaf planının hazırlanmasında istifadə, data əsaslı qərarvermə prinsipləri, məktəbdaxili monitorinq mexanizmləri, müəllimlərin peşəkar inkişafının planlaşdırılması, eləcə də tədrisin keyfiyyətinin artırılması istiqamətində idarəetmə strategiyaları ilə bağlı müzakirələr aparılıb.

Praktik fəaliyyətlər zamanı iştirakçılar müxtəlif təhsil göstəricilərinin təhlili, əldə olunan nəticələrin məktəbin inkişafı istiqamətində qərarvermə prosesində tətbiqi və süni intellekt alətlərinin idarəetmədə tətbiqi üzərində çalışıblar.

Seminar iştirakçıların xatirə fotosu çəkdirməsi ilə yekunlaşıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəvəti və təşkilatçılığı ilə AGMA tərəfindən “Tədrisdə keyfiyyətin inkişafı: müəl...
21/08/2026

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəvəti və təşkilatçılığı ilə AGMA tərəfindən “Tədrisdə keyfiyyətin inkişafı: müəllim və məktəb rəhbərlərinin peşəkar inkişaf proqramı” çərçivəsində təşkil olunan təlimlər yekunlaşdı.

Quba rayonunda keçirilən təlimlər 17-20 avqust tarixlərində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə tabe ümumi təhsil müəssisələrində fəaliyyət göstərən ibtidai sinif müəllimləri üçün təşkil olunub.

Proqram çərçivəsində “Riyazi bacarıqların inkişafı: problem həlli və məntiqi təfəkkürün formalaşdırılması” mövzusunda təlim keçirilib. Təlimdə riyazi savadlılığın əsas komponentləri, problem həlli strategiyaları, məntiqi təfəkkürün inkişaf etdirilməsi, gündəlik həyatla əlaqələndirilmiş riyazi tapşırıqların hazırlanması, müxtəlif çətinlik səviyyəli sualların tətbiqi və qiymətləndirmə yanaşmaları ilə bağlı müzakirələr aparılıb.

Praktik fəaliyyətlər zamanı iştirakçılar müasir tədris yanaşmalarının tətbiqi, şagirdlərdə problem həlli və məntiqi düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində müxtəlif tapşırıqlar üzərində çalışıblar.

Təlim AGMA-nın sədri Pərvinə Qədimova tərəfindən keçirilib.

Təlimlərin əsas məqsədi müəllimlərin peşəkar inkişafını dəstəkləmək, tədris prosesində müasir və səmərəli strategiyaların tətbiqini təşviq etmək, həmçinin şagirdlərin riyazi savadlılıq və məntiqi təfəkkür bacarıqlarının inkişafına töhfə verməkdir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi

Qubada ibtidai sinif müəllimləri üçün təlimlər davam edirQuba-Xaçmaz Regional Təhsil İdarəsinin dəvəti və təşkilatçılığı...
20/08/2026

Qubada ibtidai sinif müəllimləri üçün təlimlər davam edir

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəvəti və təşkilatçılığı ilə AGMA tərəfindən “Tədrisdə keyfiyyətin inkişafı: müəllim və məktəb rəhbərlərinin peşəkar inkişaf proqramı” çərçivəsində təşkil olunan təlimlər davam edir.

Quba rayonu Birinci Nügədi kənd Zəki Kərimov adına 1 nömrəli tam orta məktəbdə keçirilən təlimlər QXRTİ-yə tabe ümumi təhsil müəssisələrində fəaliyyət göstərən ibtidai sinif müəllimləri üçün təşkil olunub.

18–19 avqust tarixlərində keçirilən təlimlər “Oxuyub-anlama bacarıqlarının inkişafı: strategiyalar və praktik tətbiqlər” və “Yazı bacarıqlarının inkişafı: məzmunun qurulması və qiymətləndirilməsi” mövzularına həsr olunub.

Təlimlər zamanı oxuyub-anlama bacarığının inkişaf mərhələləri, mətnlə iş strategiyaları, informasiyanın müəyyənləşdirilməsi, nəticə çıxarma və tənqidi təfəkkürün inkişafı istiqamətində müzakirələr aparılıb, müxtəlif tip mətnlər əsasında praktik fəaliyyətlər həyata keçirilib.

Eyni zamanda yazı bacarıqlarının formalaşdırılması, fikrin planlaşdırılması və mətnin strukturlaşdırılması, müxtəlif yazı növlərinin tədrisi, qiymətləndirmə meyarlarının tətbiqi və konstruktiv əks-əlaqənin verilməsi ilə bağlı praktik tapşırıqlar üzərində iş aparılıb.

Təlimlərin keçirilməsində əsas məqsəd müəllimlərin peşəkar inkişafını dəstəkləmək, şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarının inkişafına yönəlmiş müasir tədris strategiyalarının tətbiqinə töhfə verməkdir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi

Qubada ibtidai sinif müəllimləri üçün təlim keçirilib.17 tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəvəti və təşk...
19/08/2026

Qubada ibtidai sinif müəllimləri üçün təlim keçirilib.

17 tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəvəti və təşkilatçılığı ilə AGMA tərəfindən “Tədrisdə keyfiyyətin inkişafı: müəllim və məktəb rəhbərlərinin peşəkar inkişaf proqramı” çərçivəsində təlim keçirilmişdir. Quba rayonu Birinci Nügədi kənd Zəki Kərimov adına 1 nömrəli tam orta məktəbdə keçirilən təlimlər QXRTİ-yə tabe ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün təşkil olunmuşdur.

17-21 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan təlimin ilk gününün mövzusu “Dinləyib-anlama bacarıqlarının inkişafı: effektiv metod və fəaliyyətlər” olmuşdur. Təlim çərçivəsində dinləyib-anlama bacarığının komponentləri, dinləmədən öncə, dinləmə zamanı və dinləmədən sonrakı fəaliyyətlərin planlaşdırılması, müxtəlif tip dinləmə mətnləri ilə iş, dinləyib-anlama strategiyalarının tətbiqi, praktik tapşırıqların hazırlanması üzrə iş aparılmışdır.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi

01/08/2026

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Ana dili bizim keçmişimizi qoruyan yaddaş, bu günümüzü birləşdirən körpü və gələcəyimizi quran ən möhkəm təməldir.

30/07/2026

Address

Fətəli Xan Xoyski 109
Agdam

Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 10:00 - 17:00

Telephone

+994512067971

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Gənc Müəllimlər Assosiasiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Azərbaycan Gənc Müəllimlər Assosiasiyası:

Shortcuts

Share