Ağdam rayon 118 nömrəli tam orta məktəb

Ağdam rayon 118 nömrəli tam orta məktəb

Share

Təhsil

Photos from Ağdam rayon 118 nömrəli tam orta məktəb's post 13/06/2026

13 iyun 2026 -cı il tarixdə məktəbimizdə "Son Zəng" tədbiri keçirildi.

Photos from Ağdam rayon 118 nömrəli tam orta məktəb's post 04/06/2026

Bu gün məktəbimizdə "Kommunikasiya və İştirakçılar mövzusunda valideyn seminarı keçirildi.

Photos from Ağdam rayon 118 nömrəli tam orta məktəb's post 04/06/2026

Məktəbimidə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı ilə əlaqədar marifləndirici tədbir keçirildi

Photos from Ağdam rayon 118 nömrəli tam orta məktəb's post 02/06/2026

Məktəbimizdə İnsan Hüquqları Aylığı çərçivəsində tədbir keçirildi.

Photos from Ağdam rayon 118 nömrəli tam orta məktəb's post 01/06/2026

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq məktəbimizdə tədbir keçirildi

Photos from Ağdam rayon 118 nömrəli tam orta məktəb's post 25/05/2026

Məktəbimizdə Xəqani Şirvaninin 900 illik yubleyinə həsr olunmuş tədbir keçirildi

Photos from Ağdam rayon 118 nömrəli tam orta məktəb's post 19/05/2026

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə 19 may 2026 cı il tarixdə məktəbimizdə işci heyyəti ilə dəyirmi masa keçirildi
.

Photos from Ağdam rayon 118 nömrəli tam orta məktəb's post 05/05/2026

Məktəbin psixoloqu Salah Hüseynov Reprodiktiv Sağlamlıq nədir"mövzusunda şagirdlərlə söhbət apardı.

01/05/2026

İdmançılarımız dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirir

Bu gün Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Mötəbər Beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, əldə etdiyi uğurlar Azərbaycanın dünya idmanında öz yerinə və sözünə malik ölkə olduğunu bir daha sübut edir. Şübhəsiz ki, idman sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Görüşdə dövlətimizin başçısı güləşçilərimizin Avropa çempionatında komanda hesabında qazandıqları qələbə münasibətilə onları təbrik edib. Ölkə rəhbəri bildirib ki, güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Dövlətimizin başçısı bildirib: “Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulub”.
Prezident İlham Əliyev güləşçilərimiz və onların məşqçiləri ilə görüşdə qeyd edib ki, “hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”.
Ölkə başçısı öz çıxışında xüsusi olaraq vurğulayıb ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Dövlətimizin başçısı deyib ki, bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizliklərdən danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”.
Problemlərə baxmayaraq bu gün Azərbaycan idmanının ümumi inkişafı göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.
Qeyd edilməlidir ki, ölkəmizdə və xaricdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır. Ölkəmiz müxtəlif beynəlxalq yarışların -həm Avropa Oyunları, həm İslam Həmrəyliyi Oyunları, keçirilməsi təcrübəsi vardır. Keçən il MDB Oyunları paytaxtda yox, bölgələrdə keçirilib. Bu da onu göstərir ki, çox güclü potensial var və idmana, idmançılara qayğı dövlət siyasətidir.
Dövlət başçımız cənab İlham Əliyevin idmançılarla mütəmadi görüşü bir daha idmananın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır. İdman sahəsində inkişaf və uğur göz qarşısındadır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi gənc idmançılara təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olacaqdır.

Photos from Ağdam rayon 118 nömrəli tam orta məktəb's post 29/04/2026

Məktəbimizin psixoloqu Salah Hüseynov VIII --sinif şagirdləri ilə" Erkən nigahın fəsadları " mövzusunda söhbət apardı

Want your school to be the top-listed School/college in Agdam?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Agdam