11/06/2026
Bu gün sadəcə kitabları toplamadıq… Birlikdə keçirdiyimiz bir tədris ilinin xatirələrini də ürəyimizdə topladıq. Hər səhifədə öyrəndiklərimiz, hər dərsdə qazandığımız biliklər, hər gülüşdə yaşadığımız gözəl anlar bizimlə qalacaq. 5-ci sinif başa çatır, amma bu ilin bizə bəxş etdiyi dostluqlar, uğurlar və xatirələr heç vaxt unudulmayacaq. Yeni səhifələrə doğru addımlayarkən, geridə qalan bu gözəl ili sevgi və minnətdarlıqla xatırlayacağıq.
Bəxtiyar Musayev adına Üçoğlan kənd tam orta ümumtəhsil məktəbinin 5 -ci sinfi