Ağdam rayon İmamqulubəyli kənd tam orta məktəbi

Ağdam rayon İmamqulubəyli kənd tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ağdam rayon İmamqulubəyli kənd tam orta məktəbi, Education, İmamqulubəyli kəndi, Agdam.

https://www.facebook.com/share/p/1EEiJc6xz8/
12/08/2026

https://www.facebook.com/share/p/1EEiJc6xz8/

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi (təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, Katibə-makinaçı, laborant) vəzifələr üzrə işə qəbul müsabiqəsinə start verilir.

Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanından – ibarət olmaqla həyata keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə yalnız həmin tələblərə cavab verən namizədlər qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat linkləri:
1. Kitabxana müdiri: https://forms.gle/s5f5Lpmu6q2q53Fc7
2. Katib-makinaçı: https://forms.gle/Sz64ZvoKmEQLtt6c9
3. Laborant: https://forms.gle/RT2xSkQibzEY6qgDA
4. Psixoloq: https://forms.gle/gM5zUH3br7aQJT4g6
5. Təsərrüfat müdiri: https://forms.gle/ryYd4J9qNBX6KVuG9
6. Təsərrüfat işləri üzrə direktor müavini: https://forms.gle/WMhdDNvmsNLvRK81A
7. Uşaq birliyi təşkilatının rəhbəri: https://forms.gle/fYmF9Pe9FwQVfYGW7
8. Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri: https://forms.gle/VYxYg5i85xMGYWs1A

Vəzifələr üzrə ixtisas tələbləri ilə tanış olmaq üçün müvafiq linkə keçid edə bilərsiniz: https://drive.google.com/file/d/1zcZBmKW3ciHaCa-SZv7bH_VyGRL6wqw_/view?usp=sharing

Vakant vəzifələrə keçid etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://drive.google.com/file/d/1zdkvrkAMGuXr0CZYP3LKemz76x8A2llT/view?usp=sharing

Təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu hər hansı mərhələdə aşkar edilərsə, namizədin nəticəsi ləğv ediləcəkdir
Qeydiyyat və sənədlərin qəbulu 21 avqust 2026-cı il, saat 11:00-dək aparılacaq.
İmtahanın keçirilmə tarixi və yeri barədə məlumat uyğun namizədlərə qeydiyyat zamanı qeyd etdikləri mobil nömrələr vasitəsilə, həmçinin Qarabağ Regional Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsində elan ediləcəkdir.
Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq. Suallar aşağıdakı qaydada bölüşdürülür:
vəzifə bilikləri üzrə – 40 sual;
qanunvericilik üzrə – 10 sual;
informasiya-kommunikasiya texnologiyaları üzrə – 10 sual.
Test imtahanında hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 30 və daha yüksək bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab edilirlər.
Test imtahanının nəticələri imtahanın keçirildiyi tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq elan ediləcək. Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiyaya müraciət edə bilərlər.

İmtahandan uğurla keçmiş namizədlər topladıqları ballara əsasən mövcud vakant vəzifələrə yerləşdirilirlər. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malikdirlər. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun olaraq balların azalan sırası ilə həyata keçirilir.
Bir vakant vəzifəyə iki və ya daha çox namizədin eyni bal topladığı halda aşağıdakı ardıcıllıqla üstünlük verilir:
müharibə iştirakçılarına və onların ailə üzvlərinə;
təhsil səviyyəsi daha yüksək olan şəxslərə;
iş stajı daha çox olan şəxslərə;
müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslərə.
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə Vahid Tarif-İxtisas Sorğu Kitabçasında nəzərdə tutulan ixtisas tələbləri və dərəcələr üzrə müəyyən edilmiş ardıcıllıqla üstünlük verilir.
Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılırlar.
Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd ona təklif edilən vəzifədən imtina etdiyi təqdirdə, müvafiq təlimata uyğun olaraq ehtiyat kadrlar siyahısından çıxarılır.

Qeyd: İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində elan edilmiş vakant yerlər üzrə müsabiqələrdə yalnız “Böyük Qayıdış”a dair I Dövlət Proqramına əsasən həmin ərazilərdə yaşayış yeri ilə təmin edilmiş vətəndaşlar iştirak edə bilərlər

https://www.facebook.com/share/p/1BudhuZfkW/
08/08/2026

https://www.facebook.com/share/p/1BudhuZfkW/

📢 Faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi başladı

🗓️ Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən başladı. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər.

📌 Vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-dək davam edəcək.

ℹ️ Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaları, seçimlərini tamamladıqdan sonra elektron ərizələrini mütləq təsdiqləmələri tövsiyə olunur.

❗️Qeyd edək ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.

🤝 Vakansiya seçimi mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.

https://www.facebook.com/share/p/17uhpMyiNs/
16/07/2026

https://www.facebook.com/share/p/17uhpMyiNs/

📢 İşə qəbul üzrə vakansiyalara müraciət müddəti uzadıldı !

İcma Əsaslı Məktəbəqədər Təhsil layihəsi üzrə tərbiyəçi-müəllim vakansiyalarına müraciət etmək istəyən namizədlər üçün müraciət müddəti 20.07.2026-cı il, saat 10:00-dək uzadılıb.

Müraciət etmək üçün:

https://vakansiya.ilk5il.az

Təlimat videosu:

https://youtu.be/aq5DUIYCXXs

⏳ Son fürsəti qaçırmayın! Gələcəyin təhsilinə birlikdə töhfə verək.



Məktəbimizin müəllimləri 18- 25 iyun 2026-cı il tarixlərdə keçirilmiş təhsilverənlərin  sertifikasiya imtahanında yüksək...
25/06/2026

Məktəbimizin müəllimləri 18- 25 iyun 2026-cı il tarixlərdə keçirilmiş təhsilverənlərin sertifikasiya imtahanında yüksək nəticələr göstərmişdir.

Əbdüləzimova Aytən Yaqub qızı-- Biologiya-50 bal
Qaraşov Azər Xosrov oğlu--Tarix--52 bal
Mikayılov Natiq Bəylər oğlu--Fiziki tərbiyə-53 bal
Əhədzadə Günel Çıraq qızı--Texnologiya-54 bal

Bu münasibətlə müəllimlərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər,uğurlar və davamlı inkişaf arzulayırıq.
Uğurlarınız bol, fəaliyyətiniz daim yüksəlişdə olsun! 🌹📚👏

📚 Tədris ilinin yekununa həsr olunmuş mükafatlandırma tədbiri.---------------------------------------------2025–2026-cı ...
13/06/2026

📚 Tədris ilinin yekununa həsr olunmuş mükafatlandırma tədbiri.
---------------------------------------------
2025–2026-cı tədris ilinin başa çatması münasibətilə təhsildə yüksək nailiyyətlər qazanan, nümunəvi davranışı və fəallığı ilə seçilən şagirdlərin mükafatlandırılması tədbiri keçirildi.
Tədbirdə il ərzində RFO, RFM və buraxılış imtahanında əldə etdikləri uğurlarla fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxri diplomlarla təltif olunaraq rəğbətləndirildilər. Şagirdlərin qazandıqları nailiyyətlər yüksək qiymətləndirildi, onlara gələcək təhsil həyatlarında yeni uğurlar arzulandı.
Məktəb kollektivi bütün mükafatlandırılan şagirdləri təbrik edir, onlara daha böyük nailiyyətlər və uğurlar diləyir.
🌟👏📖

2025–2026-cı tədris ili ərzində  yüksək bilik və bacarıq nümayiş etdirən, nümunəvi nizam-intizamı ilə seçilən şagirdləri...
13/06/2026

2025–2026-cı tədris ili ərzində yüksək bilik və bacarıq nümayiş etdirən, nümunəvi nizam-intizamı ilə seçilən şagirdlərin mükafatlandırılması tədbiri keçirildi.

Tədbirdə təhsil və tərbiyə sahəsində əldə etdikləri uğurlarla fərqlənən şagirdlərə məktəb rəhbərliyi tərəfindən “Yaşıl Kart”lara əsasə tərifnamələr təqdim olundu.
Tədbirdə çıxış edən məktəbin direktoru Mətanət Qurbanova əldə olunan nailiyyətlərdə şagirdlərin əzmkarlığı ilə yanaşı, müəllimlərin fədakar əməyinin və valideyn-məktəb əməkdaşlığının mühüm rol oynadığını vurğuladı. Direktor şagirdləri qazandıqları uğurlar münasibətilə təbrik edərək, onlara gələcək təhsillərində daha böyük nailiyyətlər arzuladı.
Qeyd olundu ki, təhsildə uğurun əsas amillərindən biri məktəb, ailə və şagird arasında qurulan sağlam əməkdaşlıqdır.

08/06/2026

Məktəblilərimiz Milli Kosmik Poçt Kartı Müsabiqəsində!

Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin, kosmos və elmə maraqlarının artırılması məqsədilə təşkil olunan Məktəblərarası Milli Kosmik Poçt Kartı Müsabiqəsində məktəbimizin şagirdləri də fəal iştirak ediblər.

Müsabiqə çərçivəsində şagirdlərimiz kosmos, astronomiya və gələcəyin texnologiyaları mövzusunda öz rəngarəng təsəvvürlərini poçt kartları vasitəsilə təqdim edərək yaradıcılıq və innovativ düşüncə bacarıqlarını nümayiş etdiriblər.

Layihə çərçivəsində məktəbimizdə 5 nəfərdən ibarət komissiya yaradılmış, komissiyanın qərarı əsasında müsabiqəyə göndəriləcək iş seçilmişdir.

Bu maraqlı təşəbbüs şagirdlərdə elmi dünyagörüşün formalaşmasına, tədqiqatçılıq ruhunun inkişafına və kosmosa marağın artmasına töhfə verib.

Address

İmamqulubəyli Kəndi
Agdam
0200

Website

Alerts

Be the first to know and let us send you an email when Ağdam rayon İmamqulubəyli kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ağdam rayon İmamqulubəyli kənd tam orta məktəbi:

Shortcuts

Share

Category