135 nömrəli tam orta məktəb

135 nömrəli tam orta  məktəb Ağdam rayon 135 nömrəli tam orta məktəb

18/08/2026

Ağdam rayon 135 nömrəli tam orta ümumtəhsil məktəbin 2025-2026-cı tədris ilinin XI sinif məzunlarının nəticələri.
1.Cəfərov Pərvin 558.8
2.Cəfərova İlahə 432
3.Qafarova Qərənfil 406.7
4.Qurbanova Nurşən 319
5.Abbasov Şəhriyar 300
6.Yusifova Vüsalə 296
7.Aslanova Fidan 291
8.Allahverdiyev Zaur 267.8
9.Abbasov Elcan 210
10.Məhərrəmova Nazənin 194.5
11.Şahbazzadə Sübhanə 186
12.Bədəlov Mirəhət 172
.az


https://www.facebook.com/share/p/1EEiJc6xz8/
12/08/2026

https://www.facebook.com/share/p/1EEiJc6xz8/

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi (təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, Katibə-makinaçı, laborant) vəzifələr üzrə işə qəbul müsabiqəsinə start verilir.

Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanından – ibarət olmaqla həyata keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə yalnız həmin tələblərə cavab verən namizədlər qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat linkləri:
1. Kitabxana müdiri: https://forms.gle/s5f5Lpmu6q2q53Fc7
2. Katib-makinaçı: https://forms.gle/Sz64ZvoKmEQLtt6c9
3. Laborant: https://forms.gle/RT2xSkQibzEY6qgDA
4. Psixoloq: https://forms.gle/gM5zUH3br7aQJT4g6
5. Təsərrüfat müdiri: https://forms.gle/ryYd4J9qNBX6KVuG9
6. Təsərrüfat işləri üzrə direktor müavini: https://forms.gle/WMhdDNvmsNLvRK81A
7. Uşaq birliyi təşkilatının rəhbəri: https://forms.gle/fYmF9Pe9FwQVfYGW7
8. Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri: https://forms.gle/VYxYg5i85xMGYWs1A

Vəzifələr üzrə ixtisas tələbləri ilə tanış olmaq üçün müvafiq linkə keçid edə bilərsiniz: https://drive.google.com/file/d/1zcZBmKW3ciHaCa-SZv7bH_VyGRL6wqw_/view?usp=sharing

Vakant vəzifələrə keçid etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://drive.google.com/file/d/1zdkvrkAMGuXr0CZYP3LKemz76x8A2llT/view?usp=sharing

Təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu hər hansı mərhələdə aşkar edilərsə, namizədin nəticəsi ləğv ediləcəkdir
Qeydiyyat və sənədlərin qəbulu 21 avqust 2026-cı il, saat 11:00-dək aparılacaq.
İmtahanın keçirilmə tarixi və yeri barədə məlumat uyğun namizədlərə qeydiyyat zamanı qeyd etdikləri mobil nömrələr vasitəsilə, həmçinin Qarabağ Regional Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsində elan ediləcəkdir.
Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq. Suallar aşağıdakı qaydada bölüşdürülür:
vəzifə bilikləri üzrə – 40 sual;
qanunvericilik üzrə – 10 sual;
informasiya-kommunikasiya texnologiyaları üzrə – 10 sual.
Test imtahanında hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 30 və daha yüksək bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab edilirlər.
Test imtahanının nəticələri imtahanın keçirildiyi tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq elan ediləcək. Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiyaya müraciət edə bilərlər.

İmtahandan uğurla keçmiş namizədlər topladıqları ballara əsasən mövcud vakant vəzifələrə yerləşdirilirlər. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malikdirlər. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun olaraq balların azalan sırası ilə həyata keçirilir.
Bir vakant vəzifəyə iki və ya daha çox namizədin eyni bal topladığı halda aşağıdakı ardıcıllıqla üstünlük verilir:
müharibə iştirakçılarına və onların ailə üzvlərinə;
təhsil səviyyəsi daha yüksək olan şəxslərə;
iş stajı daha çox olan şəxslərə;
müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslərə.
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə Vahid Tarif-İxtisas Sorğu Kitabçasında nəzərdə tutulan ixtisas tələbləri və dərəcələr üzrə müəyyən edilmiş ardıcıllıqla üstünlük verilir.
Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılırlar.
Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd ona təklif edilən vəzifədən imtina etdiyi təqdirdə, müvafiq təlimata uyğun olaraq ehtiyat kadrlar siyahısından çıxarılır.

Qeyd: İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində elan edilmiş vakant yerlər üzrə müsabiqələrdə yalnız “Böyük Qayıdış”a dair I Dövlət Proqramına əsasən həmin ərazilərdə yaşayış yeri ilə təmin edilmiş vətəndaşlar iştirak edə bilərlər

https://www.facebook.com/share/p/1D5BUzqQYu/
22/07/2026

https://www.facebook.com/share/p/1D5BUzqQYu/

Azərbaycan–Almaniya münasibətləri strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyur

Cənab Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı verdiyi bəyanatda Azərbaycan–Almaniya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu vurğulanmışdır. Dövlət başçısı qeyd etmişdir ki, imzalanan sənədlər, xüsusilə də ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edəcək. O, Almaniyanın Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda artan rolunu yüksək qiymətləndirərək, Azərbaycan–Almaniya əməkdaşlığının regional sülhə və sabitliyə mühüm töhfə verəcəyini bildirmişdir. Bəyanatda iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutmuşdur. Prezident İlham Əliyev Almaniya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini, onların sayının 200-dən artıq olduğunu və bu səfərdən sonra yeni investisiya imkanlarının yaranacağını diqqətə çatdırmışdır. O, Almaniya şirkətlərinin ölkədə fəaliyyətinin genişləndirilməsi üçün konkret təkliflərin irəli sürüldüyünü qeyd etmiş, qarşılıqlı sərmayə qoyuluşunun artırılmasının hər iki tərəf üçün mühüm perspektivlər açacağını vurğulamışdır. Enerji sahəsində əməkdaşlıq da çıxışın əsas istiqamətlərindən biri olmuşdur. Prezident bildirib ki, Azərbaycan bu ildən etibarən Almaniyaya təbii qaz ixracına başlayıb və hazırda ölkənin qazı Avropa İttifaqının 10 üzv dövlətinə çatdırılır. Bunun Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyini qeyd edən dövlət başçısı, Azərbaycanın Almaniyaya neft ixrac etdiyini və gələcəkdə yaşıl enerji sahəsində də əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulduğunu bildirmişdir. Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq perspektivlərinə toxunan Prezident İlham Əliyev Azərbaycanın müasir nəqliyyat infrastrukturunu inkişaf etdirdiyini və Orta Asiya ilə Avropa arasında mühüm logistika körpüsünə çevrildiyini vurğulamışdır. Onun sözlərinə görə, Almaniya şirkətlərinin bu sahədəki təcrübəsi nəzərə alınaraq birgə layihələrin həyata keçirilməsi üçün konkret fəaliyyət planları hazırlanmış, imzalanmış sənədlərin icrasını təmin etmək məqsədilə işçi qruplarının yaradılması qərara alınmışdır. Prezident İlham Əliyev Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesinə də toxunaraq qeyd etmişdir ki, Vaşinqtonda Prezident Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamə uzun illər davam edən münaqişənin başa çatdırılması baxımından mühüm siyasi hadisə olmuşdur. O bildirmişdir ki, Azərbaycan razılaşmadan dərhal sonra praktiki addımlar atmış, Ermənistana yanacaq təchizatı həyata keçirmiş və Azərbaycan ərazisindən tranzit daşımaların genişlənməsinə şərait yaratmışdır. Bu addımların regionda etimadın möhkəmlənməsinə və əməkdaşlığın inkişafına xidmət etdiyi qeyd edilmişdir. Bəyanatda Almaniya hökumətinin Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstək də yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyev Almaniyanın vasitəçilik səylərini, xüsusilə də xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşləri normallaşma prosesinə mühüm töhfə kimi dəyərləndirmişdir. Dövlət başçısı çıxışında Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafına da diqqət çəkmişdir. O qeyd etmişdir ki, cari ildə Avropa İttifaqı rəhbərliyinin Azərbaycana həyata keçirdiyi səfərlər ikitərəfli əlaqələrin strateji əhəmiyyətini nümayiş etdirir. Almaniyanın Avropa İttifaqında aparıcı mövqeyini nəzərə alaraq, bu ölkənin gələcəkdə də Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının inkişafında mühüm rol oynayacağına əminliyini ifadə etmişdir. Səfər çərçivəsində Azərbaycan və Almaniya arasında mühüm sənədlər imzalanmışdır. Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni, həmçinin Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyəti haqqında Birgə Bəyannaməni imzalamışlar. Bu sənədlərin iki ölkə arasında siyasi, iqtisadi və biznes əlaqələrinin daha da inkişafına, eləcə də uzunmüddətli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyi vurğulanmışdır.

https://www.facebook.com/share/p/1G6UnaHPjG/
22/07/2026

https://www.facebook.com/share/p/1G6UnaHPjG/

Milli mətbuatın yaranmasından 151 il ötür

Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm qoyması, dövlət və dövlətçilik dəyərlərinin formalaşması, milli şüurun oyanışı və özünüdərk prosesində milli mətbuatın rolu böyük və əvəzolunmazdır.
Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 151 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Bu qəzetin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.
Bu gün yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir.
Azərbaycanda mətbuatın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin bu sahəyə yüksək səviyyəli diqqəti və media nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin əlverişli şəraitin mövcud olmasıdır. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib, hər bir yazılı və elektron KİV özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir.
Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.
Əminliklə deyə bilərik ki, cənab Prezident İlham Əliyevin savaş günlərində dünyanın media orqanlarına verdiyi çoxsaylı müsahibələrdə səsləndirdiyi prinsipial mövqe jurnalistlərimizi həm qətiyyətləndirdi, həm də dövlətimizin başçısının irəli sürdüyü tezislər onları xaricdən edilən informasiya təxribatlarına qarşı mübarizənin müsəlləh əsgərinə çevirdi.
Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar.
Bu sərəncam həm vətəndaşlarımızda barəsində söz açdığımız “Media savadlılığı”nın möhkəmləndirilməsi, həm də milli mətbuatımızın tariximizdə oynadığı rolun daha dolğun şəkildə çatdırılması naminə çağırışa çevrilməlidir. Prezident İlham Əliyev fəaliyyətində dəfələrlə göstərib ki, jurnalistlərin dostudur.
Ən çətin, ən ağır dönəmlərdə belə, mətbuatın yanında olub, medianın sosial-iqtisadi rifahının yaxşılaşdırılması üçün mühüm addımlar atıb. Bu gün də bu sərəncam bir daha təsdiqlədi ki, Azərbaycan dövləti milli söz azadlığının qorunmasına və mətbuatın inkişafına ciddi önəm verir.

21.07.2026-cı il tarixdə Ağdam rayon 135 nömrəli tam orta ümumtəhsil məktəbin müəllim kollektivi Qəbələ şəhərinə gəzinti...
21/07/2026

21.07.2026-cı il tarixdə Ağdam rayon 135 nömrəli tam orta ümumtəhsil məktəbin müəllim kollektivi Qəbələ şəhərinə gəzintiyə getdi.


https://www.facebook.com/share/p/1cRoJHf3PZ/
16/07/2026

https://www.facebook.com/share/p/1cRoJHf3PZ/

📚 IX sinif buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərimiz 2026–2027-ci tədris ilindən etibarən Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində yeni təmayül tədris modeli üzrə fəaliyyət göstərəcək məktəblərdə təhsillərini davam etdirmək üçün seçim edirlər.

📢 Xatırladaq ki, 2026–2027-ci tədris ili üzrə təmayül siniflərinə qəbul davam edir. Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinə əsasən həyata keçirilir.

📚 Yeni təmayül tədris modeli X-XI sinif şagirdlərinin maraq və meyillərinə uyğun olaraq fərdiləşdirilmiş, ixtisas yönümlü və məqsədyönlü təhsil imkanları yaradır. Bu model şagirdlərin akademik bilik və bacarıqlarının inkişafına, ali təhsil müəssisələrinə daha hazırlıqlı şəkildə qəbul olunmasına və gələcək peşə seçimlərinə dəstək göstərir.

https://www.facebook.com/share/p/1EdcGFZcJx/
05/07/2026

https://www.facebook.com/share/p/1EdcGFZcJx/

Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti çıxışında bildirib ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm mərhələyə qədəm qoyub. O qeyd edib ki, bu ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, may ayında isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Azərbaycana səfər edib. Bu gün isə Avropa Komissiyasının Prezidenti Azərbaycanda səfərdədir. Prezident vurğulayıb ki, Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. Tərəfdaşlığın genişləndirilməsi və münasibətlərin möhkəmləndirilməsi istiqamətində hər iki tərəfin siyasi iradəsi münasibətlərdə görünməmiş dinamika yaradıb. O qeyd edib ki, Azərbaycan Avropa Komissiyası ilə münasibətlərə böyük önəm verir və bu gün Avropa Komissiyasının Prezidenti və nümayəndə heyəti ilə geniş və məhsuldar gündəlik ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Cənab Prezident bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərlə həyata keçirilir və Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır. Region üzrə Avropa İttifaqı ilə ticarətin təxminən 70 faizi Azərbaycanın payına düşür. Enerji sahəsində əməkdaşlıq müzakirələrin əsas istiqamətlərindən biri olub. Dörd il əvvəl Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri zamanı enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və həmin vaxtdan etibarən Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda Azərbaycanın qaz ixracının yarısı Avropa İttifaqına yönəldilir və artıq İttifaqın 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur. Bu coğrafiyanın daha da genişləndirilməsi üçün potensialın mövcud olduğu bildirilib.Dövlət başçısı qeyd edib ki, müasir dövrdə enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin əsas elementlərindən biridir. Azərbaycan enerji resurslarının ixracı üçün mühüm siyasi və diplomatik səylər göstərib, eyni zamanda neft və qazın nəqli məqsədilə geniş infrastruktur layihələrinə böyük maliyyə vəsaiti yatırıb. Prezident Cənub Qaz Dəhlizini bu əməkdaşlığın ən uğurlu nümunələrindən biri kimi qiymətləndirib və bildirib ki, uzunluğu 3500 kilometr olan vahid boru kəməri sistemi bu gün Azərbaycan qazının Avropaya nəqlində əsas arteriya rolunu oynayır.Prezident çıxışında nəqliyyat və logistika sahəsində əməkdaşlığa da toxunaraq bildirib ki, bağlantı məsələləri danışıqların mühüm hissəsini təşkil edib. Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından və təşəbbüskarlarından biri olduğu vurğulanıb. Qonşu ölkələrlə və regionun digər dövlətləri ilə qurulan əməkdaşlıq formatı bütün tərəflər üçün faydalı nəticələr verir. Azərbaycandan keçən yükdaşımaların həcminin bütün istiqamətlər üzrə artdığı, ölkədə və regionda nəqliyyat infrastrukturuna böyük investisiyaların yatırıldığı və bu prosesin davam etdirildiyi bildirilib.Yeni geosiyasi reallıqlar fonunda dəniz limanlarının və dəmir yolu infrastrukturunun genişləndirilməsinə ehtiyac yarandığı, bu işlərin müəyyən edilmiş plan və maliyyə imkanlarına uyğun şəkildə həyata keçirildiyi qeyd olunub.Prezident diqqətə çatdırıb ki, Avropa Komissiyası ilə əməkdaşlığın yeni istiqamətlərindən biri də bərpaolunan enerji sahəsidir. Görüş zamanı Azərbaycanın günəş, külək və su elektrik enerjisi potensialı, mövcud və gələcək ötürmə xətləri geniş müzakirə olunub. Bu sahədə də strateji tərəfdaşlıq imkanlarının mövcud olduğu vurğulanıb. Prezident bildirib ki, indiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr növbəti beş-altı il ərzində 8 giqavat həcmində günəş və külək enerjisi istehsalına imkan verəcək. Bunun yalnız imzalanmış müqavilələr əsasında planlaşdırıldığı, gələcəkdə bu göstəricinin daha da artacağı qeyd olunub. Görüşdə regional təhlükəsizlik məsələləri, xüsusilə Azərbaycan ilə Ermənistan arasında uğurla davam edən normallaşma prosesi geniş müzakirə edilib. Onun sözlərinə görə, ötən ilin avqustunda Vaşinqtonda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan Birgə Bəyannamə imzalayıb. Həmçinin ABŞ Prezidenti Tramp şahid qismində sənədi imzalayıb və tərəflər sülh sazişinin mətnini paraflayıblar. Prezident bunun nəticəsində de-fakto sülhün formalaşdığını və artıq bunun müsbət nəticələrinin müşahidə olunduğunu bildirib.Dövlət başçısı qeyd edib ki, Azərbaycan sülhün gündəlik həyatda hiss olunması üçün bir sıra birtərəfli addımlar atıb. Bu çərçivədə Ermənistana Azərbaycan ərazisi vasitəsilə yük daşımalarına tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılıb. Bildirilib ki, həmin məhdudiyyətlər vaxtilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı səbəbindən tətbiq edilmişdi. Bundan əlavə, Azərbaycanın Ermənistana benzin və dizel kimi mühüm yanacaq məhsullarının tədarükünə başladığı vurğulanıb. Mövcud geosiyasi şəraitdə bunun əhəmiyyətinin daha da artdığı qeyd edilib. Cənab Prezident sonda bildirib ki, Azərbaycan sülhün artıq real və hiss olunan bir anlayış olduğunu nümayiş etdirir. O xatırladıb ki, ölkənin torpaqları 30 il ərzində işğal altında qalıb, lakin Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü hərbi və siyasi vasitələrlə bərpa edib, daha sonra isə Ermənistana sülh təklif edib. Sülh artıq reallıqdır və əsas məqsəd onu daha da möhkəmləndirmək, uzunmüddətli və davamlı etməkdir. Prezident Avropa Komissiyasının bu istiqamətdə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib. Cənab Prezident qeyd edib ki, Avropa Komissiyasının Prezidenti də Komissiyanın regionda sülh prosesinə töhfə verməyə hazır olduğunu ifadə edib. Bu cür dəstək regiondakı müsbət dinamikanın güclənməsinə, Cənubi Qafqazın münaqişələrdən və ərazi iddialarından uzaq, əməkdaşlıq, tərəfdaşlıq və sülh regionuna çevrilməsinə xidmət edəcək.

Address

Ağdam İmamqulubəyli Qəsəbə
Agdam

Website

Alerts

Be the first to know and let us send you an email when 135 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category