20/05/2026
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi və Əhmədağalı kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə 19 may 2026-ci il tarixində, həmin məktəbdə İnsan Hüquqları Aylığı çərçivəsində “Mənim hüquqlarım” mövzusunda uşaqlar üçün interaktiv təlim keçirilib.
Təlimdə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Şəbnəm İbrahimova,sosial pedaqoqlar Səidə Quliyeva, Ləman Heydərli, sosial iş üzrə mütəxəssis Sevinc Əliyeva və məktəblilər iştirak ediblər.
Təlim çərçivəsində iştirakçılara uşaq hüquqları,uşaqların cəmiyyətdə rolu, hüquq və vəzifələri barədə ətraflı məlumat verilib. Dövlət Komitəsi tərəfindən hazırlanmış “Uşaqlar və hüquq” maarifləndirici vəsaitində yer alan “Ədalətli seçim” adlı hekayədən təlim materialı kimi istifadə olunub. Hekayə əsasında uşaqlarla hüquqlar, bərabərlik, iştirakçılıq və ədalətli münasibət mövzularında interaktiv müzakirələr aparılıb.