01/06/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları ürəkdən təbrik edirik!
Siz həyatımıza sevinc, rəng və xoşbəxtlik gətirirsiniz. Üzünüzdəki təbəssüm dünyanı daha gözəl edir.
Bayramınız mübarək, əziz uşaqlar! 💙
27/05/2026
28 May – Müstəqillik Günü 🇦🇿
27/05/2026
Qurban Bayramınız mübarək olsun!
***
Happy Eid al-Adha!
22/05/2026
“SOCAR Midstream Operations” MMC və Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə tərəfdaşları sosial sərmayələr proqramı çərçivəsində BTC boru kəməri dəhlizi boyunca yerləşən kənd icmalarında aşağıdakı istiqamətlər üzrə layihələrin icrası məqsədilə ixtisaslı təşkilatları layihə təklifləri təqdim etməyə dəvət edir:
· Kənd təsərrüfatı fəaliyyətləri: https://bit.ly/49gf1Y4
· Kəhrizlərin bərpası: https://bit.ly/4uqWp05
***
SOCAR Midstream Operations LLC and its Baku-Tbilisi-Ceyhan (BTC) co-ventures, within the framework of the social investments program, invite qualified organizations to submit project proposals for the implementation of projects along the BTC pipeline corridor in rural communities in the following areas:
· Agriculture activities: https://bit.ly/49gf1Y4
· Kahriz (traditional underground water system) restoration: https://bit.ly/4uqWp05
21/05/2026
"SOCAR Midstream Operations" MMC (SMO) Beynəlxalq Əmək Təşkilatı tərəfindən qeyd olunan Ümumdünya Əməyin Təhlükəsizliyi və Sağlamlıq Gününə qoşulub. Bu münasibətlə, SƏTƏM prinsiplərini möhkəmləndirmək, təhlükəsizlik davranışlarını təşviq etmək və əməkdaşlarımızın bu sahədə məlumatlılıq səviyyəsini qiymətləndirmək məqsədilə “Sağlamlıq və Təhlükəsizlik üzrə Maarifləndirmə Viktorinası” təşkil edilib. Viktorinada yüksək bilik və məsuliyyət nümayiş etdirən ən yaxşı 15 iştirakçımızı tanımaq və təltif etmək üçün mükafatlandırma mərasimi də keçirilib. Bütün qalibləri təbrik edirik!
***
“SOCAR Midstream Operations” LLC joined the observance of the World Day for Safety and Health at Work, marked by the International Labour Organization.
On this occasion, a “Health and Safety Awareness Quiz” was organized to reinforce HSE principles, promote safe behavior, and assess employees’ level of awareness in this area. An award ceremony was also held to recognize and reward the top 15 participants who demonstrated outstanding knowledge and responsibility during the quiz. Congratulations to all winners!
09/05/2026
10 May - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.
Azərbaycanın müstəqilliyi, inkişafı və dövlətçilik tarixində silinməz iz qoymuş dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edirik.
28/04/2026
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini dərin ehtiramla anırıq.