20/03/2026
Novruzun ən gözəl ənənələrindən biri olan tonqal ətrafında bir araya gələrək xoş arzularımızı bölüşdük, birlik və həmrəyliyin istiliyini hiss etdik. 🔥
Məktəbimizin həyətində alovlanan tonqal hər birimizin ürəyində yeni ümidlər, saf niyyətlər və gözəl arzular oyatdı. Şagirdlərimizin sevinc dolu anları, müəllimlərimizin səmimi təbəssümü bu günü daha da yaddaqalan etdi.
Bu xoş əhval-ruhiyyə ilə bahar tətilinə yollandıq. Ümid edirik ki, bu bahar hər birinizə sevinc, uğur və yeniliklər gətirəcək! 🌸
Hər kəsə xoş istirahətlər arzulayırıq!
19/03/2026
Dəyərlərimizi qoruyaq – milli geyim və kəlağayı vəhdəti
“Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində məktəbimizdə milli geyimlərimiz və kəlağayı bir araya gələrək zəngin mədəni irsimizin gözəlliyini əks etdirdi. Müəllimlərimiz və şagirdlərimiz milli geyimlərdə, kəlağayıdan zərif şəkildə istifadə edərək Novruz ruhunu daha dolğun yaşatdılar.
Milli geyim və kəlağayı birlikdə Azərbaycan xalqının tarixini, estetik zövqünü və mənəvi dəyərlərini özündə əks etdirir. Bu vəhdət şagirdlərdə milli kimliyə sevgi və bağlılığın formalaşmasına böyük töhfə verir.
🌿 Dəyərlərimizi yaşadaq və gələcək nəsillərə ötürək!
19/03/2026
Sinif təşkilat saatlarında Novruz ruhu yaşadıldı 🌸
Məktəbimizdə sinif təşkilat saatları Novruz bayramının milli dəyərlərini yaşatmaq məqsədilə xüsusi olaraq təşkil olundu. Şagirdlərimiz Novruzun adət-ənənələri, atributları və mənəvi dəyərləri haqqında məlumatlar təqdim etdilər, səhnəciklər göstərdilər, şeirlər səsləndirdilər və maraqlı çıxışlarla yadda qaldılar.
Tədbirlər zamanı sinif otaqları bayram abu-havası ilə bəzədildi, səməni, xonça və digər Novruz atributları nümayiş etdirildi. Şagirdlərimizin fəallığı və milli dəyərlərimizə bağlılığı bir daha sevindirici oldu.
🌿 Dəyərlərimizi qoruyaq, gələcək nəsillərə ötürək !
18/03/2026
“Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində məktəbimizdə Novruz gözəlliyi 🌸
Dəyərlərimizi qoruyaq layihəsi çərçivəsində milli adət-ənənələrimizi əks etdirən Novruz atributları sinif otaqlarımızı və məktəbimizi bəzəyir.
Milli-mənəvi dəyərlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən bu cür təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. 🌿✨
18/03/2026
Şəhidimizin əziz xatirəsi daim qəlbimizdədir 🇦🇿
Məktəbimizin şəhid məzunu Elvin Salahovun ailəsi Novruz bayramı münasibətilə məktəb kollektivi tərəfindən ziyarət olundu.
Bu ziyarət milli-mənəvi dəyərlərimizə, şəhidlərimizin əziz xatirəsinə olan dərin ehtiramın ifadəsidir. Şəhidlərimizin ruhu daim uca, xatirəsi isə hər zaman qəlbimizdədir.
17/03/2026
🌿 Bu gün Novruz ab-havası fasilələrdə.
Novruz adət-ənənələri ilə günümüz daha da gözəlləşdi.
Şagirdlərimiz fasilələrdə milli dəyərlərimizi əks etdirən elementlərlə çıxış edərək bayram ruhunu yaşatdılar.
Belə təşəbbüslər şagirdlərdə milli-mənəvi dəyərlərə sevgi və bağlılığın formalaşmasına xidmət edir.🌸✨
17/03/2026
📌 Məktəbimizdə İlaxır çərşənbə qeyd olundu
Məktəbimizin 1 a sinfində İlaxır çərşənbə münasibətilə maraqlı və rəngarəng tədbir keçirildi.
Şagirdlər milli adət-ənənələrimizi əks etdirən çıxışlar etdilər, bayram atributları ilə tədbirə xüsusi rəng qatdılar. Tədbir zamanı uşaqların sevinc dolu anları hər kəsə xoş ovqat bəxş etdi.
Belə tədbirlər şagirdlərdə milli dəyərlərə bağlılığın formalaşmasında mühüm rol oynayır.
Tədbirin təşkilinə görə Məmmədova Günay müəllimə təşəkkür edirik. 🌿✨
16/03/2026
I yer✨
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən Novruz Bayramına həsr olunmuş "Fibonacci" intellektual oyununda Aytəkin Məmmədov adına 38 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası I yerə layiq görüldü👏
Bu maraqlı və bilik yönümlü yarışda müəllimlərimiz məntiq, analitik düşüncə və komanda bacarıqlarını nümayiş etdiriblər .
Qalib olan müəllimlərimizin hər birini ürəkdən təbrik edirik !
14/03/2026
Məktəbdə şahmat yarışı keçirildi
Məktəbdə şagirdlər arasında şahmat yarışı keçirildi. Yarışın təşkilində əsas məqsəd şagirdlərin məntiqi düşünmə bacarıqlarını inkişaf etdirmək, onların asudə vaxtlarını səmərəli təşkil etmək və şahmata olan maraqlarını artırmaq idi.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda qalib şagirdlər müəyyənləşdi. Qaliblər Fiziki tərbiyə fənni üzrə keçirilən yarışların mart ayı üzrə hesabat yığıncağında təltif olunacaqlar♟️
14/03/2026
“Azərbaycanın şəhərləri və rayonları” mövzusunda intellektual bilik yarışı keçirildi
Azərbaycanın şəhərləri və rayonları mövzusunda coğrafiya müəllimi Sərdar Sərdarlının təşkilatçılığı ilə VII və VIII sinif şagirdləri arasında intellektual bilik yarışı keçirildi.
Yarışın keçirilməsində məqsəd şagirdlərin coğrafi biliklərini artırmaq, onların dünyagörüşünü genişləndirmək və sağlam rəqabət mühiti yaratmaq idi. Maraqlı və gərgin keçən yarışın sonunda qalib komandalar müəyyənləşdirilərək təltif olundu.
14/03/2026
IX siniflərdə buraxılış imtahan fənləri üzrə monitorinq keçirildi
Məktəbdə buraxılış imtahan fənlərinə uyğun olaraq IX siniflərdə monitorinq təşkil olundu. Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin mövcud bilik səviyyəsini müəyyən etmək, buraxılış imtahanına hazırlıq vəziyyətini qiymətləndirmək və növbəti mərhələdə görüləcək işləri planlaşdırmaq idi.
Keçirilən monitorinqin nəticələri təhlil edilərək şagirdlərə müvafiq tövsiyələr veriləcəkdir.
14/03/2026
Məktəbimizin Azərbaycan dili və Ədəbiyyat müəllimi Mehparə Məmmədovanın təşəbbüsü ilə bir qrup şagirdimiz buraxılış imtahanı öncəsi məktəbimizin şəhid məzunu Elvin Salahovun ailəsini ziyarət edərək şəhid anası ilə görüşüblər.
Ziyarət zamanı şagirdlərimiz şəhidimizin əziz xatirəsini ehtiramla yad edib, ailəsinə öz hörmət və diqqətlərini ifadə ediblər. Bu cür görüşlər gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasına, şəhidlərimizin xatirəsinin daim yaşadılmasına xidmət edir.
Şəhid ailələrinə qarşı daim diqqət göstərən Mehparə müəlliməyə və bu ziyarətdə iştirak edən şagirdlərimizə təşəkkürümüzü bildiririk.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!