21/10/2016
13-16 oktyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YUNESKO mərkəzi və Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilən “Cəm niyyətdə yox, Cəmiyyətdə yaşa!” layihəsi baş tutmuşdur.
Layihənin məqsədi gəncləri etiket və ictimai davranış qaydalarının təbliği, ictimai məsuliyyət hissinin artırılması, ictimai müzakirələrlə ictimai davranış qaydalarına riayət olunmasına nail olmaq, onları ətraf-aləmə, cəmiyyətə, insanlığa daha duyarlı və diqqətli olmağa təşviq etmək, gənclərin ictimai davranış qaydalarının təbliği sahəsində fəaliyyətlərini dəstəkləmək və tənzimləməkdir.