13/06/2026
🔔🎓 Bu gün məktəbimizdə “Son Zəng” tədbiri böyük coşqu və sevinc hissi ilə keçirildi.
Məzunlarımıza gələcək həyatlarında uğurlar, yeni zirvələr və parlaq nailiyyətlər arzulayırıq. Yolunuz açıq, arzularınız gerçək olsun!
09/06/2026
📮 Məktəbli ideyaları kosmosda! 🚀
Bu gün məktəbimizdə şagirdlər arasında “Milli Kosmik Poçt Kartı Müsabiqəsi” çərçivəsində məktub yazı müsabiqəsi keçirildi. Müsabiqənin əsas məqsədi şagirdlərdə kosmosa, elmə və innovasiyalara marağı artırmaq, onların yaradıcılıq və düşüncə bacarıqlarını inkişaf etdirməkdir.
Şagirdlər böyük həvəslə iştirak edərək kosmos, gələcəyin texnologiyaları və bəşəriyyətin gələcəyi ilə bağlı maraqlı fikirlərini məktublarında ifadə etdilər.
05/06/2026
06 iyun 2026-cı il tarixində keçiriləcək monitorinqlərdə iştirak edəcək Vl sinif şagirdlərinə buraxılış vərəqələri paylanıldı.
Şagirdlərimizə uğurlar arzulayırıq!
01/06/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirildi
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə bayram tədbiri təşkil olundu.
Tədbirdə ibtidai sinif şagirdlərinin hazırladıqları rəngarəng rəqslər, maraqlı çıxışlar və bir-birindən gözəl səhnəciklər nümayiş etdirildi. Şagirdlərin sevinc dolu anları, yüksək əhval-ruhiyyəsi və yaradıcı təqdimatları tədbirə xüsusi rəng qatdı.
Bütün uşaqların 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü mübarək!
25/05/2026
22 may 2025-ci il tarixində məktəbin VI sinfində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici söhbət aparıldı.
22/05/2026
🎼 Tanınmış şəxsiyyətlər silsiləsindən – Fikrət Əmirov
Məktəbimizdə “Tanınmış şəxsiyyətlər” layihəsi çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi.
Tədbirdə bəstəkarın zəngin yaradıcılıq yolu, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr və simfonik muğam janrının formalaşmasındakı rolu haqqında ətraflı məlumat verildi. Şagirdlərə onun məşhur əsərlərindən nümunələr səsləndirildi.
21/05/2026
20.05.2026-ci il tarixində məktəbin III və VII siniflərində məktəbin kitabxanaçısı və ibtidai sinif müəllimləri tərəfindən'' Oxu dəqiqələri” keçirildi.
III sinifdə Zahid Xəlilin “Şəkərabad şəhərinin uşaqları” hekayəsi və VII sinifdə Mark Tevennin “Tom Soyerin macəraları” povesti oxuduldu və müzakirə edildi.
21/05/2026
Məktəbimizin VIII sinfində İnformatika müəllimi Leyla Məmmədova tərəfindən “İnformasiya təhlükəsizliyi" mövzusunda şagirdlərlə maarifləndirici söhbət aparıldı.
18/05/2026
🏛
15.05.2026- ci il tarixində məktəbin 7-ci sinif şagirdləri sinif rəhbəri Lamiyə Həmidovanın rəhbərliyi altında "18 May Beynəlxalq Muzeylər Günü" ilə əlaqədar Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində olmuşlar. Ekskursiyanın təşkil edilməsində məqsəd şagirdlərin muzeylər haqqında təsəvvürlərlərin gerçəkləşməsi, xalqımızın qədimiliyi ilə müasirliyinin vəhdət halında birləşməsinin müşahidə edilməsiydi.
Xaçmaz Tarix Diyarşünaslıq Muzeyi 1981- ci il 27 sentyabr tarixində görkəmli Şəxsiyyət, dahi rəhbər Heydər Əliyevin iştirakıyla açılmışdır. Muzeyin binasında 2 ekspozisiya zalı, 1 konfrans,1 tədris zalı, rəsm qalereyası fəaliyyət göstərir. Birinci mərtəbə Azərbaycanın hərb tarixinə, qədim tarixi dövlətlərinə həsr olunub. İkinci mərtəbəsi isə Qədim dövrü əks etdirərək, rayonun və bölgənin diyarşünaslıq, arxeologiya və etnoqrafiyasını əks etdirir.
Ekskursiya şagirdlərin çox böyük marağına səbəb oldu.