Gence Mir Celal Pasayev adina 39 sayli tam orta mekteb

Gence Mir Celal Pasayev adina 39 sayli tam orta mekteb

Share

Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəb - Azərbaycan Respublikası Gəncə şəhərində ümumi təhsil müəssisəsi.

Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəb 1962-ci ildə istifadəyə verilmişdir. Məktəbin adı ilk dövrlərdə 39 nömrəli beynəlmiləl orta məktəb adlanırdı.
1978-ci ilin sentyabrında görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal müəllimin vəfatından sonra onun adını əbədiləşdirmək üçün pedaqoji kollektivin xahişinə əsasən məktəbə Mir Cəlal Paşayevin adı verilmişdir.

1999-cu ilə qədər məktə

19/06/2026

Məktəbin təsviri incəsənət müəllimi Namidə Mustafayeva təhsilverənlərin sertifikasiya imtahanında 55 bal toplayaraq yüksək nəticə əldə edib.
Namidə müəllimi ürəkdən təbrik edir, ona daim uğur qazanmağı arzu edirik!

19/06/2026

Məktəbimizin təsviri incəsənət müəllimi Nurtac Şükurova təhsilverənlərin sertifikasiya imtahanında 54 bal ilə yüksək nəticə əldə edib.
Nurtac müəllimi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzu edirik!

Photos from Gence Mir Celal Pasayev adina 39 sayli tam orta mekteb's post 18/06/2026

Vəd olunan hədiyyə sahibini tapdı!

Bugün məktəb rəhbərliyi RFM-də təbiət fənni üzrə bürünc medal qazanaraq məktəbimizi qürurlandıran şagirdimiz İsmayıl Şərifzadə, onun valideyni və üzərində böyük əməyi olan müəllimi Nərgiz Əliyeva ilə görüşü keçirib. Görüş zamanı məktəbin direktoru Nizami Rzayev qalib şagirdimizi təbrik edərək, əvvəlcədən vəd etdiyi hədiyyəsini ona təqdim edib.
İstedadların stimullaşdırılması və onlara dəstək olmaq bizim əsas hədəfimizdir!
İsmayılı, onun valideynlərini və müəllimini təbrik edir, İsmyıla yeni-yeni zirvələr fəth etməyi arzulayırıq! Uğurun bol olsun!

16/06/2026

Növbəti medalçımız məlum olub.

Məktəbimizin 6-cı sinif şagirdi İsmayıl Şərifzadə Respublika Fənn Müsabiqələrində yüksək nəticə göstərərək bürünc medalın sahibi olub.
İsmayılı, onun valideynlərini və bu uğura nail olmasında böyük əməyi olan müəllimlərini təbrik edir, İsmayıla gələcək təhsil həyatında uğurlarının davamlı olmasını arzu edirik!

Photos from Gence Mir Celal Pasayev adina 39 sayli tam orta mekteb's post 13/06/2026

Məktəb illərinin son səhifəsi, yeni həyatın ilk addımları!
Bu gün məktəbimizdə "Son Zəng" sədaları ucaldı. Məzunlarımızın sevinc və həyəcan dolu anlarını paylaşır, onların bu xüsusi gününü ürəkdən təbrik edirik.
Əziz 11-cilər, həyatınızın növbəti mərhələsində hər birinizə sonsuz uğurlar!

Photos from Gence Mir Celal Pasayev adina 39 sayli tam orta mekteb's post 13/06/2026

RFO qaliblərinin mükafatlandırılması zamanı medalları təqdim olunan medalçı şagirdlərimiz, Kərimbala Əkbərov və Aytac Abbasova ilə görüş keçirilib.

Photos from Gence Mir Celal Pasayev adina 39 sayli tam orta mekteb's post 12/06/2026

Məktəbimizdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.
Bu gün məktəb rəhbərliyinin, pedaqoji və yardımçı-pedaqoji heyətinin iştirakı ilə tədris ilinin yekunlarına dair Pedaqoji Şuranın iclası baş tutmuşdur. İclasda tədris prosesinin cari vəziyyəti, qarşıda duran aktual məsələlər və gələcək hədəflər geniş müzakirə olunmuş, mühüm qərarlar qəbul edilmişdir.
İclasın sonunda tədris ili müddətində öz fədakar fəaliyyəti, yüksək məsuliyyəti ilə seçilən və məktəbimizin uğurlarında payı olan bir qrup pedaqoji, yardımçı-pedaqoji və texniki işçilərimiz məktəb rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunublar. Məktəbimizin hər bir uğurunun arxasında böyük bir komandanın əməyi dayanır.
Təltif olunan bütün əməkdaşlarımızı ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq!

Photos from Gence Mir Celal Pasayev adina 39 sayli tam orta mekteb's post 11/06/2026

Respublika Fənn Olimpiadaları qaliblərimiz mükafatlandırılıb.

Bu gün Bakı Dövlət Universitetində Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qaliblərinin təntənəli mükafatlandırılması mərasimi keçirilib. Sevindirici haldır ki, bu möhtəşəm tədbirdə məktəbimizin iki fəxr fərdi olan şagirdimiz də yer alıb. Çəkdikləri zəhmətin bəhrəsini alan dəyərli şagirdlərimiz Kərimbala Əkbərov tarix fənni üzrə qızıl medal, Aytac Abbasova isə Azərbaycan dili və ədəbiyyat fənni üzrə bürünc medal ilə təltif olunublar.
Şagirdlərimizi, onların üzərində əməyi olan dəyərli pedaqoji heyətimizi və valideynlərimizi bu böyük nailiyyət münasibətilə ürəkdən təbrik edir, növbəti təhsil pillələrində yeni-yedi uğurlar arzulayırıq.

11/06/2026

Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi kollektivimiz tərəfindən qeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu il ölkəmizdə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi silsilə tədbirlərlə qeyd olunur. Məktəbimizin pedaqoji kollektivi kitabxana müdiri Vüsalə Bağırovanın təşkilatçılığı ilə dahi sənətkarın xatirəsinə ehtiram əlaməti olaraq xüsusi bir videoçarx ərsəyə gətirib. Müəllimlərimiz şairin hər oxuyanda insanı dərin düşüncələrə qərq edən, ömrün kövrək anlarını misralara köçürən ölməz "Şair, nə tez qocaldın sən?" şeirini misra-misra səsləndiriblər.
Hər sətirində dərin bir həyat fəlsəfəsi gizlənən bu poetik töhfəni sizlərə təqdim edir, ustad şairimizi dərin rəhmət və minnətdarlıqla anırıq!


Photos from Gence Mir Celal Pasayev adina 39 sayli tam orta mekteb's post 08/06/2026

Məktəbimizə zəfər kuboku qazandıran komanda üzvləri ilə görüş keçirilib.

"Şəhərsalma və memarlıq ili"nə həsr olunmuş İntellektual bilik yarışında birincilik qazanaraq kuboku məktəbimizə gətirən qəhrəmanlarımızla məktəbin rəhbər heyəti görüş keçirib, onlara öz təşəkkürlərini bildirib və gələcək hədəflər barədə səmimi söhbətlər aparıblar. Məktəbin direktoru Nizami Rzayev bildirib ki, bu kubok təkcə bir yarışın nəticəsi deyil, həm də böyük bir əməyin, savadın və komanda ruhunun bəhrəsidir. Bu uğur məktəbimizin intellektual potensialının və şagirdlərimizin elmi hazırlığının növbəti sübutudur.
Bizə bu qüruru yaşadan hər bir şagirdimizə təşəkkür edir və onlarla fəxr edirik! Uğurlarınız bol olsun!

Want your school to be the top-listed School/college?

Telephone

Website