26/05/2026
🇦🇿 28 May - Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa təşkil edildi
26.05.2026-cı il tarixində Beyləqan rayonu Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində 28 May - Müstəqillik Günü münasibətilə dəyirmi masa təşkil olundu.
Tədbirdə məktəbin tarix müəllimi Elçin Məmmədov 1918-ci ildə Şərqdə ilk demokratik respublika kimi fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətçilik ənənələrinin formalaşmasındakı rolu və tarixi əhəmiyyəti barədə şagirdlərə geniş məlumat verdi. Daha sonra şagirdlər vətənpərvərlik və müstəqillik mövzusuna həsr olunmuş şeirlər səsləndirdilər, mövzu ətrafında fikir mübadiləsi apardılar.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirmək, onlara dövlətçilik tariximizi, müstəqilliyimizin qazanılması və qorunması yolunda atılan tarixi addımları dərindən aşılamaqdır.
26/05/2026
🏫 İntizam Komissiyasının Növbəti İclası Keçirildi
26 may 2026-cı il tarixində Beyləqan rayonu Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində şagirdlərin intizam məsələlərinin operativ və səmərəli şəkildə həyata keçirilməsi, həmçinin məktəbdaxili korreksiyaedici tədbirlərin təşkili məqsədilə yaradılmış İntizam komissiyasının növbəti iclası keçirildi.
İclasda komissiyanın sədri və üzvləri gündəlikdə duran mühüm məsələlər ətrafında geniş və səmərəli müzakirələr apardılar. Görüş zamanı məktəbdə əlverişli öyrənmə mühitinin qorunması, şagirdlərin fiziki təhlükəsizliyi, psixoloji sağlamlığı və dərslərə davamiyyəti ilə bağlı qaydaların tənzimlənməsi məsələlərinə toxunuldu. Həmçinin intizam pozulmalarının səviyyələrinə uyğun olaraq şagirdlərlə aparılan korreksiyaedici işlərlə yanaşı, intizam, sosial məsuliyyət və akademik nailiyyətlər nümayiş etdirən nümunəvi şagirdlərin virtual yaşıl kartlarla rəğbətləndirilməsi mexanizmləri də nəzərdən keçirildi.
22/05/2026
Pedaqoji Şuranın İclası Keçirildi
22 may 2026-cı il tarixində Beyləqan rayonu Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində Pedaqoji Şuranın növbəti iclası keçirilmişdir.
Məktəb rəhbərliyi və pedaqoji heyətin iştirak etdiyi iclasın gündəliyində aşağıdakı mühüm məsələlər durmuşdur:
🔹 Kimya və biologiya fənlərinin tədrisi vəziyyəti;
🔹 Kitabxana müdiri, psixoloq və UBTR-in hesabatının dinlənilməsi;
🔹 Fənlər üzrə keyfiyyət göstəricilərinin ötən tədris ili ilə müqayisədə dinamikasını əks etdirən cədvəlin tərtibi;
🔹 IV-VI sinif şagirdlərinin monitorinqlərinin müzakirəsi;
🔹 2026/2027-ci tədris ili üçün dərs bölgüsü barədə məlumat.
İclasda gündəlikdə duran məsələlər ətrafında geniş müzakirələr aparılmış, şagirdlərin təlim nailiyyətlərinin və keyfiyyət göstəricilərinin daha da yüksəldilməsi istiqamətində pedaqoji kollektivin rəy və təklifləri dinlənilmişdir. Sonda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.
21/05/2026
Beyləqan Rayon Təhsil Sektorunun nümayəndəsi Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində
21 may 2026-cı il tarixində Beyləqan Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Nərmin Cəfərova Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində olmuşdur.
Səfər çərçivəsində təhsil müəssisəsində sənədləşmə işlərinin mövcud vəziyyəti, şagirdlərin mütaliə vərdişlərinin inkişafına yönəlmiş "Oxu dəqiqələri"nin gedişatı yaxından izlənilmişdir. Eyni zamanda, məktəbdə "Fiziki tərbiyə" və "Həyat bilgisi" fənlərinin tədrisi vəziyyəti, həmçinin təhsilalanların vətənpərvərlik ruhunda tərbiyəsi və onlara milli-mənəvi dəyərlərin aşılanması istiqamətində görülən işlər üzrə monitorinq aparılmışdır.
Monitorinqin yekununda tədrisin keyfiyyətinin və səmərəliliyinin daha da artırılması istiqamətində müvafiq tövsiyələr verilmişdir.
Mil - Muğan Regional Təhsil İdarəsi
20/05/2026
Beyləqan rayonu Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində maarifləndirici seminar keçirilmişdir
20 may 2026-cı il tarixdə Mediasiya Şurasının və Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə Beyləqan rayonu Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində “Məktəb mühitində mediasiya və psixoloji yanaşma” mövzusunda seminar təşkil olunmuşdur.
Tədbir Beyləqan rayon Təhsil Sektorunun 2 mart 2026-cı il tarixli, 3-29-41/2-287/2026 nömrəli razılıq məktubuna əsasən, tədris prosesinə mane olmadan baş tutmuşdur.
Seminarda məktəbin pedaqoji və texniki heyəti, həmçinin şagird kontingenti yaxından iştirak etmişdir. Seminarın əsas məqsədi məktəblərdə təhlükəsiz və dəstəkləyici mühitin yaradılması, qarşılıqlı anlaşma, empatiya və düzgün psixoloji yanaşmanın, məktəb mühitində qarşılıqlı hörmətin gücləndirilməsinə və şagirdlərin sosial bacarıqlarının inkişafına kömək göstərilməsindən ibarət olmuşdur.
İnteraktiv formatda keçən seminarda Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının Mediatoru, Azərbaycan Mediasiya Şurasının üzvü Mehman Əliyev "Mediasiya" və "Mediator" anlayışları barədə ətraflı məlumat vermiş, iştirakçılarla birgə “Niyə məhz mediasiya?” sualına cavab axtarmışdır. Seminarda “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı 10 saylı Mediasiya Təşkilatının mediatoru, təlimçi, Mediasiya Şurasının üzvü Vəfa Seyfullayevanın və Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovun redaktorluğu ilə çap olunmuş “Həmyaşıd Mediasiyası: Barış və Dialoqun Bələdçisi”, “Mediasiya təlim vəsaiti (Azərbaycan Mediasiya Şurasının hazırladığı materiallar)” və digər analoji materiallardan istifadə edilmişdir.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılmışdır. İnteraktiv müzakirələr sayəsində müəllim və şagirdlər "mediasiya", "mediator", "mübahisə", "barış" və digər analoji anlayışları, həmyaşıd mediasiyası və onun əhəmiyyətini tam mənimsəmişdirlər.
Mayak qəsəbə tam orta ümumtəhsil məktəbinin rəhbərliyi və kollektivi adından, məktəbimizdə təhlükəsiz və dəstəkləyici mühitin yaradılmasına, qarşılıqlı anlaşma, empatiya və düzgün psixoloji yanaşmanın, məktəb mühitində qarşılıqlı hörmətin gücləndirilməsinə, şagirdlərin sosial bacarıqlarının inkişafına xidmət edən bu mühüm tədbirin ərsəyə gəlməsində əməyi olan Azərbaycan Mediasiya Şurasına, Cəbrayıl 1 saylı Mediasiya Təşkilatına, seminarı keçirən Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının Mediatoru, Azərbaycan Mediasiya Şurasının üzvü Mehman Eliyevə və görüşdə iştirak edən bütün rəsmi qonaqlara dərin təşəkkürümüzü bildiririk.
19/05/2026
🚨 Fövqəladə hallarda təhlükəsizlik qaydaları: 4a sinfində praktik məşğələ 🛡️
Ümumtəhsil müəssisələrində Həyat bilgisi fənni çərçivəsində sağlam həyat tərzinin təbliği, təhlükəsiz davranış qaydalarının öyrədilməsi və zərərli vərdişlərdən qorunma bacarıqlarının formalaşdırılması məqsədilə praktik məşğələlərin keçirilməsinə dair təlimata əsasən 19.05.2026-cı il tarixində Beyləqan rayonu Mayak qəsəbə tam orta ümumtəhsil məktəbinin 4a sinfində Həyat bilgisi fənni üzrə ibtidai sinif müəllimi Gülnarə Eyvazova tərəfindən “Fövqəladə hallar zamanı həyat və sağlamlığın mühafizəsi” mövzusunda praktik məşğələ keçirildi.
19/05/2026
🚨 Fövqəladə hallarda təhlükəsizlik qaydaları: 1a sinfində praktik məşğələ 🛡️
Ümumtəhsil müəssisələrində Həyat bilgisi fənni çərçivəsində sağlam həyat tərzinin təbliği, təhlükəsiz davranış qaydalarının öyrədilməsi və zərərli vərdişlərdən qorunma bacarıqlarının formalaşdırılması məqsədilə praktik məşğələlərin keçirilməsinə dair təlimata əsasən 19.05.2026-cı il tarixində Beyləqan rayonu Mayak qəsəbə tam orta ümumtəhsil məktəbinin 1a sinfində Həyat bilgisi fənni üzrə ibtidai sinif müəllimi Sahilə Yaqubova tərəfindən “Fövqəladə hallar zamanı həyat və sağlamlığın mühafizəsi” mövzusunda praktik məşğələ keçirildi.
19/05/2026
📖 "Oxu dəqiqələri": 3a sinfində "Balaca Kiberin macəraları"
"Oxu dəqiqələri" layihəsi çərçivəsində məktəbimizdə mütaliə mədəniyyətinin təşviqi istiqamətində növbəti maarifləndirici tədbir həyata keçirilmişdir.
19.05.2026-cı il tarixində Beyləqan rayonu Mayak qəsəbə tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Həqiqət İbrahimova tərəfindən 3a sinfində Namiq Abdullayevin “Balaca Kiberin macəraları” əsərinin mütaliəsi təşkil olunmuşdur.
Oxu zamanı əsərin mövzusu, ideyası və qəhrəmanları barədə müzakirələr aparılmış, şagirdlər öz fikirlərini bölüşmüş, oxuduqları mətnlə bağlı düşüncələrini ifadə etmişlər. Bu isə onların tənqidi düşünmə, nitq və ünsiyyət bacarıqlarının inkişafına müsbət təsir göstərmişdir.
19/05/2026
📖 Buratinonun macəraları ilə "Oxu dəqiqələri": 4a sinfində kollektiv mütaliə
19 may 2026-cı il tarixində Beyləqan rayonu Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində "Oxu dəqiqələri" layihəsi çərçivəsində məktəbin ibtidai sinif müəllimi Gülnarə Eyvazovanın təşkilatçılığı ilə 4a sinfində A.N.Tolstoyun “Qızıl açar, yaxud Buratinonun macəraları” əsərinin kollektiv oxusu təşkil edilmişdir.
Mütaliə zamanı müəllim və şagirdlərin növbəli şəkildə səsli oxusu həyata keçirilmiş, mətndəki fikir və hisslər düzgün intonasiya ilə çatdırılaraq yeni sözlərin izahı verilmişdir.
Əsər ətrafında aparılan interaktiv sual-cavab və müzakirə mərhələsi ilə yekunlaşan mütaliə saatı şagirdlərin bədii təfəkkürünün genişlənməsinə, nitq vərdişlərinin təkmilləşdirilməsinə və analitik təhlil bacarıqlarının yüksəldilməsinə xidmət edir.
19/05/2026
📌 Dərsdinləmə: Fiziki tərbiyə dərsi 🏃♂️🏃♀️
Məktəbimizdə tədrisin keyfiyyətinin artırılması və dərslərin metodiki baxımdan düzgün qurulması məqsədilə mütəmadi olaraq dərsdinləmələr həyata keçirilir.
Növbəti dərsdinləmə ibtidai sinif müəllimi Gülşən Məmmədovanın 2a sinfində “Ümumi dözümlülüyün inkişaf etdirilməsi, uzaq məsafəyə qaçış” mövzusunda keçirilmişdir.
18/05/2026
📚 "Oxu dəqiqələri" 📖
Azərbaycan dili dərslərində kollektiv mütaliəni təşkil etmək, şagirdlərin kitab oxumağa marağını artırmaq, oxu bacarıqlarını inkişaf etdirmək və nitq vərdişlərini təkmilləşdirmək məqsədilə Beyləqan rayonu Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində “Oxu dəqiqələri” layihəsinin icrası uğurla davam etdirilir.
Bu çərçivədə, 18.05.2026-cı il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nərgiz Orucova tərəfindən 5a sinfində Mark Tvenin “Tom Soyerin macəraları” əsəri, 7a sinfində isə Artur Konan Doylun “Şerlok Holmsun macəraları” əsəri üzərindən növbəti “Oxu dəqiqələri” təşkil olunmuşdur.