26/05/2026
Masallı rayon Gənclər Evinin təşkilatçılığı ilə 28 May - Müstəqillik günü münasibətilə məktəblilər arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışmada Nicat Həsənov adına Göyəçöl kənd tam orta ümumtəhsil məktəbini təmsil edən "Viktoriya" komandası ikinci yerə layiq görülmüşdür.
Məktəb rəhbərliyi və kollektivi adından bizə bu sevinci yaşadan, intellekti və komanda ruhu ilə seçilən "Viktoriya" komandasının hər bir üzvünü ürəkdən təbrik edir, onlara gələcək müsabiqələrdə yeni-yeni uğurlar arzulayırıq! Uğurlarımız daimi olsun!
Əziz şagirdlərimiz, sizinlə fəxr edirik.