ADPU-Ağcabədi filialı

ADPU-Ağcabədi  filialı Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialı

20/07/2026
ADPU-nun Ağcabədi filialında Elmi Şuranın 2025/2026-cı tədris ilinin son iclası keçirilib8 iyul 2026-cı il tarixində ADP...
17/07/2026

ADPU-nun Ağcabədi filialında Elmi Şuranın 2025/2026-cı tədris ilinin son iclası keçirilib
8 iyul 2026-cı il tarixində ADPU-nun Ağcabədi filialının Elmi Şurasının 2025/2026-cı tədris ili üzrə son iclası baş tutub. İclasda cari ilin yaz semestrinin imtahan sessiyasının nəticələri təhlil edilib və müvafiq şöbələrin hesabatları dinlənilib.
Tədbir çərçivəsində filialın 2025-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planının 2026-cı il üzrə icra vəziyyəti, görülən işlərin ilkin və aralıq nəticələri barədə ətraflı hesabat təqdim olunub.
İclasın sonunda filialın elmi-metodiki fəaliyyətində, eləcə də mədəni-kütləvi tədbirlərin təşkilində fəallıq göstərən bir qrup əməkdaş səmərəli fəaliyyətlərinə görə Fəxri Diplom, Fəxri Fərman və Təşəkkürnamələrlə təltif edilib.

“ADPU-nun Ağcabədi filialının 2006-cı il ibtidai sinif müəllimliyi ixtisası üzrə məzunları təhsil aldıqları ali məktəbi ...
12/07/2026

“ADPU-nun Ağcabədi filialının 2006-cı il ibtidai sinif müəllimliyi ixtisası üzrə məzunları təhsil aldıqları ali məktəbi ziyarət ediblər.”

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!ADPU-nun Ağcabədi filialında təhsil almaq istəyən abituriyentlərin ixtisas seçiminə köməklik g...
10/07/2026

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

ADPU-nun Ağcabədi filialında təhsil almaq istəyən abituriyentlərin ixtisas seçiminə köməklik göstərmək məqsədilə filialda "Abituriyentə dəstək Mərkəzi" yaradılmışdır. Abituriyentlər "Elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilmə qaydası, ixtisas seçimi zamanı diqqət edilməli olan məsələlər, ADPU-nun Ağcabədi filialında kadr hazırlığı həyata keçirilən bütün ixtisaslar haqqında ətraflı məlumat almaq üçün "Abituriyentə dəstək Mərkəzi"nə müraciət edə bilərlər.

Əlaqə vasitələri:

[email protected]

Əlaqə nömrəsi:

+994 50 321 66 78 Mütəxəssis Yaşar İslamov
+994 50 347 68 48 Mütəxəssis Qurban Qurbanov

UĞURLU GƏLƏCƏK, BİZİMLƏ GƏLƏCƏK!

🎓 Gələcəyinə doğru ilk addımı bizimlə at!Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı səni gözləyir. Keyf...
08/07/2026

🎓 Gələcəyinə doğru ilk addımı bizimlə at!
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı səni gözləyir. Keyfiyyətli təhsil, peşəkar müəllim heyəti və uğurlu gələcək üçün doğru ünvan!
📚 Gələcəyin üçün doğru seçim!

ADPU-nun Ağcabədi filialı 2026/2027-ci tədris ili üçün qapılarını abituriyentlərin üzünə açır! Peşəkar müəllim heyəti və...
04/07/2026

ADPU-nun Ağcabədi filialı 2026/2027-ci tədris ili üçün qapılarını abituriyentlərin üzünə açır! Peşəkar müəllim heyəti və zəngin tədris mühiti ilə sizi gözləyirik.

17.06.2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialında ənənəvi Məzun Günü tədbiri keçirilib. Universitetin həyətində açıq...
20/06/2026

17.06.2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialında ənənəvi Məzun Günü tədbiri keçirilib.
Universitetin həyətində açıq havada təşkil olunan tədbirdə 2025/2026-cı tədris ilini uğurla başa vurmuş məzunlar, onların valideynləri, professor-müəllim heyəti, universitet rəhbərliyi və əvvəlki illərin məzunları iştirak ediblər.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri universitetin direktoru dosent Mobil Məcidov açaraq çıxış edib. O, məzunları təbrik edərək onların təhsil müddətində qazandıqları nailiyyətləri vurğuladı, həmçinin gənclərə gələcək həyatlarında uğurlar arzuladı.
Sonra bir qrup məzun yoldaşları adından ötən illər ərzində onların üzrərində böyük əməyi olan ADPU-nun Ağcabədi ailəsinə, sevimli müəllimlərinə səmimi hisslərini çatdırıb, dərin təşəkkürlərini bildiriblər. Bu ali təhsil ocağında əldə etdikləri bilik və bacarıqlar sayəsində ölkəmizə layiqli bir vətəndaş kimi xidmət edəcəklərini, onlara olan etimadları doğruldacaqlarını əminliklə ifadə ediblər.

Tədbirdə çıxış edən əvvəlki illərin məzunları ADPU-nun Ağcabədi filialında yaradılan örnək təhsil mühiti və uğurla həyata keçirilən imtahan sessiyasının təşkilinə görə filial rəhbərliyinə sonsuz minnətdarlıq ifadə ediblər.

Məzun Günü”ndə filialın müvafiq ixtisasları üzrə bir qrup məzunu filial direktorunun əmrinə əsasən “Təhsildə əldə etdiyi uğurlu nəticələrinə görə” və “Filialda keçirilən ictimai-mədəni təbirlərdə fəal iştirakına görə” fəxri diplomlar və təşəkkürnamə ilə təltif olunublar.

Rəsmi hissədən sonra tədbir müsiqili-əyləncəli proqramla davam etdirilib və məzunların ənənəvi “papaq atma” mərasimi ilə yekunlaşıb.

"12 iyun 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında 15 İyun – Milli Qurtul...
13/06/2026

"12 iyun 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir."

11 iyun 2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialında dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 105 illiyinə ...
12/06/2026

11 iyun 2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialında dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 105 illiyinə həsr olunmuş “Lütfi Zadə Azərbaycan elminin dünya elmində parlayan simasıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.

04 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında İnsan Hüquqları Aylığı çərçi...
10/06/2026

04 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında İnsan Hüquqları Aylığı çərçivəsində “İnsan və vətəndaş hüquqları və azadlıqları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi insan hüquq və azadlıqları sahəsində maarifləndirmənin artırılması, hüquqi biliklərin təbliği və vətəndaş məsuliyyətinin formalaşdırılması olmuşdur.

Address

Ağcabedi
Aghjabädi
AZ0400

Telephone

+994503822796

Website

Alerts

Be the first to know and let us send you an email when ADPU-Ağcabədi filialı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ADPU-Ağcabədi filialı:

Shortcuts

Share