15/06/2026
🇦🇿 Azərbaycan xalqının tarixində mühüm yer tutan 15 İyun – Milli Qurtuluş Günü müstəqil dövlətçiliyimizin möhkəmlənməsi, sabitlik və inkişaf yolunun başlanğıcı kimi böyük əhəmiyyət daşıyır.
✨️ Milli Qurtuluş Günümüz mübarək!
13/06/2026
ℹ️ Təhsil, Əmək və Əhalinin Sosial Müdafiə nazirləri şəhid övladının məzun olduğu məktəbdə “Son zəng” tədbirində iştirak ediblər
📢 Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fərid Bağırzadə şəhid kapitan Elnur Cəfərovun övladı Məhəmməd Cəfərovun məzun olduğu Şərur şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak ediblər.
✅ ️Tədbirdə çıxış edən nazirlər məzunları, müəllimləri və valideynləri təbrik edərək, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu, onların ailələrinə, xüsusilə övladlarına göstərilən diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar.
✨ ️Tədbirdə şəhid əmanətinə hədiyyələr təqdim olunub.
🔗 Qeyd edək ki, Məhəmməd Cəfərov 2025–2026-cı tədris ili üzrə buraxılış imtahanlarında Şərur rayonunun ümumtəhsil məktəbləri arasında ən yüksək nəticə göstərən məzun olub.
13/06/2026
ℹ️ Bu gün məktəb illərini uğurla başa vuran məzunlarımızın həyatında yeni bir mərhələnin başlanğıcıdır.
📢 Əziz məzunlar, sizə seçdiyiniz yolda inamla irəliləməyi, bilik və bacarıqlarınızla ölkəmizin 🇦🇿 inkişafına töhfə verməyi arzulayırıq.
✨ ️Uğurlarınız daim olsun!
12/06/2026
12 iyun 2026-cı il tarixdə, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və UGİM-nin birgə təşkilatçılığı ilə, 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Uşaq-Gənclər İdman Məktəbinin 2015-2016-cı il təvəllüdlü futbolçuları arasında futbol üzrə yoldaşlıq görüşü təşkil olunub. Tədbirin məqsədi uşaqlarda vətənpərvərlik hisslərinin aşılanması, sağlam həyat tərzinin təbliği, futbol idman növünə marağın artırılması və asudə vaxtlarının səmərəli təşkili olub. Olimpiya İdman Kompleksində təşkil olunan görüşdə 24 idmançı iştirak edib. Yoldaşlıq görüşündə gənc futbolçular fəallıq göstərərək öz bacarıqlarını nümayiş etdiriblər. Oyun iştirakçılar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə və idman ruhunun yüksəldilməsinə töhvə verib. Sonda bütün komanda üzvləri diplomlarla təltif olunub, iştirakçılara gələcək yarışlarda uğurlar arzulanıb.
11/06/2026
11 iyun 2026-cı il tarixdə, İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə, 15 İyun - Milli Qurtuluş Günü münasibətilə müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olunub. Tədbirin məqsədi Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini təbliğ etmək, müəllimlərin intellektual bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin onların asudə vaxtının səmərəli təşkilinə dəstək olmaqdan ibarət olub. Şəhər 1№li tam orta məktəbdə təşkil olunan intellektual oyunda 8 komanda olmaqla ümumilikdə 40 müəllim iştirak edib. Oyun zamanı aparıcı tərəfindən iştirakçılara 24 sual təqdim olunub və hər bir sualın cavablandırılması üçün komandalara 1 dəqiqə vaxt ayrılıb. Suallar tarix, ədəbiyyat, mədəniyyət, coğrafiya və ümumi dünyagörüşünü əhatə edib. Komandalar verilən vaxt çərçivəsində cavablarını təqdim ediblər. Yüksək fəallıq və maraq şəraitində keçən intellektual oyunun nəticələrinə gəlincə, Qarxun kənd tam orta məktəbin “Şərur” komandası I, İbadulla kənd tam orta məktəbin “Xarı bülbül” komandası II, M.Mehrab kənd tam orta məktəbin “Zəfər” komandası III yerə layiq görülüb. Dizə kənd tam orta məktəbin “Dəmir yumruq” komandası isə fərqlənən komanda olub. Sonda qalib komandalara diplom və hədiyyələr təqdim olunub.
11/06/2026
Naxçıvan Dövlət Universitetinin əməkdaşları ümumtəhsil məktəblərinin I ixtisas qrupu üzrə sənəd verən şagirdlərlə görüş keçiriblər.
Görüş zamanı universitetin ixtisasları, təhsil imkanları və qəbul prosesi barədə məlumat verilib, şagirdlərin sualları cavablandırılıb. 🎓📖✨ :::
📰 Görüşün əsas məqsədi abituriyentlərin düzgün ixtisas seçiminə dəstək göstərmək olub.
10/06/2026
🎉🇦🇿 “Gənclik Festivalı – Şərur 2026” keçirilib 🇦🇿🎉
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şərur şəhərində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Gənclik Festivalı – Şərur 2026” keçirilib. 🌟
📍 Əvvəlcə rəsmi heyət və bir qrup gənc ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. Festivalın açılış mərasimində 🇦🇿 Dövlət Himni səsləndirilib, ümummilli liderin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
🎙️ Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov və Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm rolunu vurğulayıblar. Bildirilib ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 🇦🇿✨
📚⚽🎨 Çıxışlarda dövlət gənclər siyasətinin uğurları, gənclərin təhsil, elm, idman və yaradıcılıq sahələrində inkişafı üçün yaradılan geniş imkanlar diqqətə çatdırılıb.
🗣️ Fəal Fizika-riyaziyyat təmayüllü liseyin şagirdi Rza Rzayev çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. 🙏
🎶 Rəsmi hissədən sonra festival rəngarəng bədii proqramla davam edib. Konsert proqramı təqdim olunub, 🤸♀️ gimnastların nümunəvi çıxışları nümayiş etdirilib, 💃 milli mədəniyyətimizin incilərindən olan Şərur yallısı böyük maraqla qarşılanıb.
🖼️🎭 Festival çərçivəsində gənclərin yaradıcılıq nümunələrinin sərgiləndiyi zonalara baxış keçirilib. Əl işləri, rəsm sərgiləri, musiqi və rəqs nömrələri, azyaşlıların hazırladığı teatr tamaşaları iştirakçılar tərəfindən maraqla izlənilib. 🎨🎼
💡🤖 STEAM zonası, 🏅 idman zonası və 🇦🇿🪖 hərbi-vətənpərvərlik zonası da festivalın diqqətçəkən hissələrindən olub. Gənclər burada müxtəlif fəaliyyətlərlə tanış olub, Vətənə xidmətin və hərbi hazırlığın əhəmiyyəti barədə məlumatlandırılıblar.
✨ “Gənclik Festivalı – Şərur 2026” gənclərin bilik, bacarıq və yaradıcılıq potensialının nümayiş etdirildiyi, vətənpərvərlik ruhunun gücləndirildiyi möhtəşəm bir bayram ab-havasında
09/06/2026
08.06.2026-cı il tarixində Şərur Peşə Liseyində Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Şərur rayon şöbəsinin, Şərur rayon Təhsil şöbəsinin və Şərur Peşə Liseyinin birgə təşkilatçılığı ilə İnsan hüquqları aylığı çərçivəsində tədbir keçirilmişdir.
05/06/2026
📚 IV sinif şagirdləri üçün monitorinq imtahanları keçirilmişdir.
Monitorinqdə ümumilikdə 752 şagird iştirak etmişdir. İmtahanların keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, tədris prosesinin keyfiyyətinin artırılması və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir.
Monitorinq nəticələri təhlil edilərək müvafiq tədbirlərin görülməsi təmin olunacaq. Şagirdlərimizə gələcək təhsil fəaliyyətlərində uğurlar arzulayırıq! 🎓✨📖
03/06/2026
📢 IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri pedaqoji şura iclaslarında müzakirə olunub.
📊 İmtahan nəticələri təhlil edilib, əldə olunan nailiyyətlər və inkişaf etdirilməsi vacib olan istiqamətlər nəzərdən keçirilib.
🎯 Tədrisin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması və növbəti tədris ili üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
🤝 Pedaqoji şura tərəfindən müvafiq qərarlar qəbul olunub, müəllim-valideyn-şagird əməkdaşlığının gücləndirilməsi ilə bağlı tövsiyələr verilib. Müvafiq qərarlar qəbul edilib.