Culfa şəhər 2 nömrəli tam orta məktəb

  • Home
  • Culfa şəhər 2 nömrəli tam orta məktəb

Culfa şəhər 2 nömrəli tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Culfa şəhər 2 nömrəli tam orta məktəb, Education Website, Culfa, .

Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Kərimova Şəlalə müəlliməmizin "VII b" sinfində ədəbiyyat fənni üzrə "...
18/03/2026

Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Kərimova Şəlalə müəlliməmizin "VII b" sinfində ədəbiyyat fənni üzrə "Bahar" adlı əsərindən təşkil etdiyi nümunəvi açıq dərsi keçirildi.

Respublika Fənn Olimpiadasının informatika fənni üzrə yarımfinal mərhələsinin qalibi olaraq final mərhələsində iştirak e...
13/03/2026

Respublika Fənn Olimpiadasının informatika fənni üzrə yarımfinal mərhələsinin qalibi olaraq final mərhələsində iştirak etmək hüququ qazanan VIII sinif şagirdimiz Qasımov Murad Elnur oğlunu təbrik edir, şagirdimizə final mərhələsində uğurlar arzu edirik.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin IX -XI sinif şagirdləri arasında ölkə üzrə təşkil olunan müstəq...
12/03/2026

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin IX -XI sinif şagirdləri arasında ölkə üzrə təşkil olunan müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş "Ən Yaxşı Təqdimat" müsabiqəsinin rayon-şəhər mərhələsində yer tutaraq növbəti turda iştirak etmək hüququ qazanan X sinif şagirdimiz Məmmədəliyeva Ayan Elçin qızını təbrik edir, növbəti turda şagirdimizə uğurlar arzu edirik.

Xalqımızın adət-ənənələrini yaşatmaq, şagirdlərdə milli-mənəvi dəyərləri aşılamaq,uşaqlarda bayram ruhu yaratmaq məqsədi...
11/03/2026

Xalqımızın adət-ənənələrini yaşatmaq, şagirdlərdə milli-mənəvi dəyərləri aşılamaq,uşaqlarda bayram ruhu yaratmaq məqsədilə məktəbimizdə Novruz şənliyi keçirildi.
Tədbirdə şagirdlər milli musiqi ilə rəqs etdilər.Kosa və Keçəl səhnəciyi tədbirə xüsusi ab-hava qatdı. Şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi keçirildi.

Şagirdlərin məntiqi və strateji düşünmə qabiliyyətini inkişaf etdirmək,şahmat oyununa marağı artırmaq, şagirdlər arasınd...
05/03/2026

Şagirdlərin məntiqi və strateji düşünmə qabiliyyətini inkişaf etdirmək,şahmat oyununa marağı artırmaq, şagirdlər arasında sağlam rəqabət mühiti yaratmaq məqsədilə məktəbin ibtidai sinif şagirdləri arasında şahmat yarışı keçirildi. Qalib şagirdlər diplomla təltif olundular.

Fiziki fəallığı və sağlam rəqabəti inkişaf etdirmək, sağlam və aktiv həyat tərzini təbliğ etmək məqsədilə məktəbin VII v...
05/03/2026

Fiziki fəallığı və sağlam rəqabəti inkişaf etdirmək, sağlam və aktiv həyat tərzini təbliğ etmək məqsədilə məktəbin VII və VIII sinif qız şagirdlərindən təşkil olunmuş komandaları arasında voleybol yarışı keçirildi. Qalib komanda diplomla təltif olundu.

Şagirdlərin sağlam həyat tərzinə marağını artırmaq,idmana həvəsləndirmək və komanda ruhunu inkişaf etdirmək məqsədilə bu...
05/03/2026

Şagirdlərin sağlam həyat tərzinə marağını artırmaq,idmana həvəsləndirmək və komanda ruhunu inkişaf etdirmək məqsədilə bugün məktəbimizin VII və VIII sinif şagirdləri arasında futbol yarışı keçirildi.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 22 fevral 2026-cı il tarixdə XI siniflər üçün buraxılış imtahan...
01/03/2026

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 22 fevral 2026-cı il tarixdə XI siniflər üçün buraxılış imtahan modelinə uyğun olaraq keçirilən monitorinq sınaq imtahanında yüksək bal toplayan şagirdlərimizi təbrik edirik, uğurlarının davamlı olmasını arzu edirik.
Abbasova Gövhər Abbas qızı -284 bal
Nəsibli Leyla Vüqar qızı -268 bal
Məmmədli İnci Vüsal qızı -258 bal
Əhmədova Finarə Samir qızı -229 bal
Heydərli Sənan İlyas oğlu -227 bal
Cəfərli Vüsalə Valid qızı -225 bal
Rzazadə İfadə Samir qızı -211 bal
Bayramov Məhəmməd Mahir oğlu -210 bal
Məmmədli Sədaqət Hüseyn qızı -210 bal
Səfərova Jalə Akşin qızı -203 bal

Şagirdlərə mülki müdafiənin mahiyyətini izah etmək,fövqəladə hallarda düzgün davranış qaydalarını öyrətmək,təhlükəsizlik...
25/02/2026

Şagirdlərə mülki müdafiənin mahiyyətini izah etmək,fövqəladə hallarda düzgün davranış qaydalarını öyrətmək,təhlükəsizlik mədəniyyətini formalaşdırmaq məqsədilə Mülki Müdafiə Günü ilə bağlı məktəbimizin VII b sinif şagirdlərinin hazırladığı"dəm qazı-səssiz təhlükə" adlı tədbir keçirildi.

Tarixi yaddaşın və milli həmrəyliyin əhəmiyyətinin qorunması, gənc nəslin vətənə bağlılığının artırılması məqsədilə məkt...
25/02/2026

Tarixi yaddaşın və milli həmrəyliyin əhəmiyyətinin qorunması, gənc nəslin vətənə bağlılığının artırılması məqsədilə məktəbimizdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirildi.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi şagirdlərə Xocalı soyqırımı ilə bağlı dolğun məlumat verdi. Sonda isə şagirdlər Xocalı haqqında şeirlər səsləndirdilər.

Yazı bacarıqlarının və yaradıcı düşüncənin inkişafı məqsədilə məktəbimizin VII -IX sinif şagirdləri arasında "Ana dilim-...
20/02/2026

Yazı bacarıqlarının və yaradıcı düşüncənin inkişafı məqsədilə məktəbimizin VII -IX sinif şagirdləri arasında "Ana dilim-mənim qürurum" adlı esse yazı müsabiqəsi keçirildi.

✔️Azərbaycan dilinin zənginliyini təbliğ etmək;✔️Milli-mənəvi dəyərləri qorumaq;✔️ Şagirdlərdə ana dilinə sevgi və hörmə...
20/02/2026

✔️Azərbaycan dilinin zənginliyini təbliğ etmək;
✔️Milli-mənəvi dəyərləri qorumaq;
✔️ Şagirdlərdə ana dilinə sevgi və hörmət aşılamaq məqsədilə 21 Fevral-Beynəlxalq Ana Dili Günü ilə bağlı "Dil millətin varlığı,kimliyi və tarixidir.Ana dilimizi qorumaq hər birimizin borcudur" adlı tədbir keçirildi.

Address

Culfa

Telephone

+994702340908

Website

Alerts

Be the first to know and let us send you an email when Culfa şəhər 2 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Culfa şəhər 2 nömrəli tam orta məktəb:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share