Bakı Avrasiya Universiteti

Bakı Avrasiya Universiteti

Share

Bakı Avrasiya Universitetinin rəsmi facebook səhifəsi, saytı: www.baau.edu.az və e-poçtu: [email protected] Bakı Avrasiya Universiteti (BAAU) f.e.d. prof.

Nazim Ziyad oğlu Hüseynli tərəfindən 30 aprel 1992-ci ildə təsis edilmiş Ali Diplomatiya Kollecinin varisidir. Ali Diplomatiya Kolleci DAEK-in 1993-cü il 13 mart tarixli 7/1 saylı qərarı ilə dövlət qeydiyyatından keçirilmişdir. DAEK-in rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 1996-cı il tarixli 22 saylı qərarı ilə Ali Diplomatiya Kollecinə dövlət statusu verilmişdir.

2

Photos from Bakı Avrasiya Universiteti's post 23/05/2026

📝 Universitetimizdə “Keyfiyyətin strateji idarəetmə alətinə çevrilməsi” mövzusunda silsilə təlimlər keçirilib

✅ Bakı Avrasiya Universitetində (BAAU) Keyfiyyət təminatı sektorunun təşkilatçılığı ilə ali təhsildə keyfiyyət mədəniyyətinin formalaşdırılması, strateji uzlaşma və davamlı təkmilləşdirmə yanaşmalarına həsr olunmuş “Keyfiyyətin Strateji İdarəetmə Alətinə Çevrilməsi” adlı silsilə təlimlər təşkil olunub. Təlimlər universitetin Keyfiyyət təminatı sektorunun müdiri Esmira Talıbova tərəfindən keçirilib. Təlimlərdə universitetin fakültə dekanları, kafedra müdirləri, struktur bölmə rəhbərləri, keyfiyyət təminatı üzrə məsul şəxslər və müxtəlif inzibati-idarəetmə strukturlarının nümayəndələri iştirak ediblər.

✅ Təlim proqramı çərçivəsində daxili keyfiyyət təminatı sistemləri, keyfiyyət mədəniyyəti, strateji uzlaşma (Strategic Alignment), ESG 2015 standartları, KPI əsaslı fəaliyyət planlaması, data əsaslı qərarvermə, “Closing the Loop” yanaşması, PDCA dövrü, Total Quality Management (TQM), Pareto prinsipi, SMART və OKR yanaşmaları kimi müasir keyfiyyət idarəetmə alətləri geniş şəkildə müzakirə olunub.
Təlimlər interaktiv formatda təşkil olunub və iştirakçıların prosesə aktiv cəlb olunmasına xüsusi önəm verilib. Təlim müddətində interaktiv təqdimatlar, “Reverse Brainstorming” sessiyaları, real keys təhlilləri, qrup müzakirələri, “PDCA” və “Ishikawa” yanaşmaları, KPI və strateji uzlaşma tapşırıqları tətbiq edilib.

✅ Təlim proqramı çərçivəsində qrup işi mərhələsində iştirakçılar universitet idarəetməsi və keyfiyyət təminatı sahəsində təqdim olunan real keys tapşırıqları üzərində qruplar şəklində çalışıblar. Təlim zamanı iştirakçılar müxtəlif keyfiyyət problemlərinin kök səbəblərini “Ishikawa” yanaşması vasitəsilə təhlil edib, problemlərin strateji idarəetmə aspektlərini qiymətləndirib, konkret KPI-lar, təkmilləşdirmə addımları və məsul struktur bölmələr üzrə həll təklifləri hazırlayıblar.

✅ Təlimlər iştirakçıların suallarının cavablandırması ilə yekunlaşıb.

21/05/2026

📢 ELAN: Bakı Avrasiya Universitetində professor-müəllim və gənc tədqiqatçılar üçün elmi seminar keçiriləcəkdir.

🗓️ Tarix: 22 may 2026
🕦 Saat: 11:00

🎓 Mövzu: “Tədqiqatdan elmi məqalələrin nəşrinə”

Seminar ABŞ-ın Fulbright Specialist Programının iştirakçısı professor Naim Kapucu tərəfindən təşkil olunacaq.

Professor Naim Kapucu hazırda Mərkəzi Florida Universitetinin nəzdində fəaliyyət göstərən İcma İnnovasiyası və Təhsil Kollecində Tədqiqat və İnnovasiya üzrə dekan müavini və Pegasus professor vəzifələrində çalışır.

Elmi fəaliyyət və akademik inkişafla maraqlanan BAAU-nun bütün professor-müəllim heyəti və gənc tədqiqatçılar seminara dəvət olunur.

21/05/2026

📢 Bakı Avrasiya Universiteti (BAAU) 2026/2027-ci tədris ili üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir.

✅ Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsilin magistratura səviyyəsini bitirmiş (magistr dissertasiyasını müdafiə etməklə) və ya təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

✅ Müraciət etmək istəyən şəxslər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin portal.edu.az elektron platformasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək qeydiyyatdan keçməlidirlər.

📌 Sənəd qəbulu tarixləri:
* Başlanğıc tarix — 19 may 2026-cı il
* Son tarix — 9 iyun 2026-cı il

📚 Doktoranturaya qəbul aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:

🔹 53 — “İqtisad elmləri”
* 5302.01 — Ekonometriya: iqtisadi statistika (1 əyani yer)
* 5308.01 — Ümumi iqtisadiyyat (1 əyani yer)
* 5312.01 — Sahə iqtisadiyyatı (1 əyani yer)

🔹 57 — “Filologiya elmləri”
* 5704.01 — Dil nəzəriyyəsi (2 yer — 1 əyani, 1 qiyabi)
* 5706.01 — Azərbaycan dili (2 yer — 1 əyani, 1 qiyabi)
* 5708.01 — German dilləri (2 yer — 1 əyani, 1 qiyabi)
* 5716.01 — Azərbaycan ədəbiyyatı (1 əyani yer)
* 5719.01 — Folklorşünaslıq (1 əyani yer)

🎓 Təhsil müddəti:
* Əyani təhsil — 3 il
* Qiyabi təhsil — 4 il

💳 Təhsil haqqı: 1700 (bir min yeddi yüz) manat

📄 Doktoranturaya sənəd qəbulu ilə bağlı ən çox verilən suallar və cavablarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
https://edu.gov.az/uploads/Ali-tehsil/2025/dokturantura-qebul-telimat.pdf

🎥 Elektron sənəd qəbulu üzrə video təlimat:
https://www.youtube.com/watch?v=0AcrbKhVdYU

🔗 Ətraflı məlumat:
https://e-qanun.az/framework/19800

📞 Qəbul qaydaları barədə əlavə məlumat almaq istəyən şəxslər Bakı Avrasiya Universitetinin Elm, innovasiya və doktorantura sektoruna müraciət edə bilərlər.

✅ Əlaqə telefonu: (+994 12) 564-63-67 (daxili: 118)

Photos from Bakı Avrasiya Universiteti's post 21/05/2026

📝 Universitetinin müəllimləri Serbiyada akademik səfərdə iştirak ediblər

✅ Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Tərcümə kafedrasının baş müəllimi Vəfa Hüseynli və Xarici dil və ədəbiyyat kafedrasının baş müəllimi Raisa Əlizadə Serbiyanın Subotitsa şəhərində yerləşən Subotitsa Tətbiqi Elmlər üzrə Texnologiya Kollecində akademik səfərdə iştirak ediblər. Səfər çərçivəsində universitet müəllimləri mühazirəçi qismində çıxış edərək tələbələr üçün interaktiv dərslər keçiblər.

✅ Akademik səfər zamanı kollecin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşlər təşkil olunub. Görüşlərdə tədris proqramları, sillabuslar, eləcə də mədəniyyətlərarası təcrübə mübadiləsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Tərəflər arasında beynəlxalq akademik əməkdaşlığın inkişaf perspektivləri və gələcək birgə fəaliyyət imkanları da müzakirə olunub.

✅ Səfər proqramına uyğun olaraq Raisa Əlizadə birinci kurs tələbələri üçün “Texniki terminlər və onların mənşəyi”, Vəfa Hüseynli isə üçüncü kurs tələbələri üçün “Müasir dünyada robotexnika” mövzusunda interaktiv mühazirələrlə çıxış edib. Tələbələrin fəal iştirakı ilə keçirilən dərslərdə mövzular ətrafında geniş müzakirələr aparılıb və qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.

✅ Qeyd edək ki, səfər iki ali təhsil müəssisəsi arasında mövcud əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşdırılıb. Akademik proqram universitetlərarası əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və beynəlxalq akademik əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib.

Photos from Bakı Avrasiya Universiteti's post 21/05/2026

📝 Universitetimizdə “Potensialın kəşfi” adlı seminar keçirilib

✅ Bakı Avrasiya Universitetində (BAAU) Karyera və təlim mərkəzinin təşkilatçılığı ilə “Potensialın kəşfi” adlı seminar keçirilib. Seminarın əsas məqsədi iştirakçıların şəxsi və peşəkar inkişaf potensialının üzə çıxarılması, fərdi bacarıqlarının inkişaf etdirilməsi və motivasiya imkanlarının artırılması istiqamətində maarifləndirici müzakirələrin aparılması olub.

✅ Seminar çərçivəsində iştirakçılara öz potensiallarını daha yaxından tanımaq, daxili motivasiyanı gücləndirmək, şəxsi inkişaf strategiyalarını müəyyənləşdirmək və mövcud imkanlardan səmərəli şəkildə istifadə etmək mövzularında ətraflı məlumat təqdim edilib.

✅ Tədbirin spikeri aparıcı mütəxəssis Nərgiz Bayramova çıxış edərək şəxsi inkişaf, özünüreallaşdırma və peşəkar fəaliyyət istiqamətində mühüm məqamlardan bəhs edib, iştirakçılarla praktik yanaşmaları bölüşüb.

✅ Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



Photos from Bakı Avrasiya Universiteti's post 21/05/2026

📝 Universitetimizdə “Sosial işçinin multikultural cəmiyyətdə rolu” mövzusunda açıq dərs keçirilib

✅ Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Ümumi fənlər kafedrasının müəllimi Ayşən Mustafazadənin təşkilatçılığı ilə Sosial iş ixtisasının tələbələri üçün “Sosial işçinin multikultural cəmiyyətdə rolu” mövzusunda açıq dərs keçiri.

✅ Açıq dərsin əsas məqsədi tələbələrdə multikultural dəyərlərin, tolerantlığın, sosial həmrəyliyin və sosial işçinin cəmiyyətdəki roluna dair bilik və bacarıqların daha da inkişaf etdirilməsi olub. İnteraktiv formatda təşkil edilən dərs müzakirələr, təqdimatlar və səhnəciklər əsasında həyata keçirilib.

✅ Açıq dərsdə tələbələrin “Multikultural cəmiyyətdə sosial işçinin rolu” mövzusunda çıxışları da dinlənilib. Çıxışlar zamanı sosial işçinin multikultural mühitdə fəaliyyət istiqamətləri, tolerantlığın təşviqi, sosial inteqrasiya prosesləri və həssas qruplarla iş prinsipləri barədə ətraflı müzakirələr aparılıb.

✅ Daha sonra tələbələr tərəfindən “Sınıq körpü” adlı səhnəcik nümayiş etdirilib. Səhnəcikdə I Qarabağ müharibəsində həyat yoldaşını itirmiş və övladı ilə birlikdə həyat mübarizəsi aparan qadının yaşadığı psixoloji və sosial çətinliklər, eləcə də sosial işçinin göstərdiyi mənəvi və sosial dəstək təsirli şəkildə canlandırılıb. Tamaşa iştirakçılar tərəfindən böyük maraq və həssaslıqla qarşılanıb.

✅ Açıq dərsdə ekspert qismində universitetin müəllim heyəti, eləcə də Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bəhrəmova iştirak edib. Çıxış edənlər tələbələrin təqdimat və səhnəciklərini yüksək qiymətləndirərək onların sosial iş sahəsində peşəkar hazırlığının və multikultural dəyərlərə bağlılıqlarının əhəmiyyətini vurğulayıblar.

✅ Qeyd olunub ki, açıq dərs tələbələrin yaradıcı potensialının, komanda işi bacarıqlarının və praktik biliklərinin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb. Tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilən açıq dərs tələbələrin nəzəri və praktik hazırlığının inkişafına mühüm töhfə verib.

Photos from Bakı Avrasiya Universiteti's post 21/05/2026

📝 Universitetimiz “İNNAB” MMC ilə Anlaşma Memorandumu imzalayıb

✅ Bakı Avrasiya Universitetində (BAAU) “İNNAB” MMC nümayəndələri ilə görüş keçirilib. Görüşdə BAAU-nun rektoru, dosent Səyavuş Qasımov, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov, Karyera və təlim mərkəzinin müdiri Natiq Xəlilov və rektorun köməkçisi Arif Nəcimov, həmçinin “INNAB” MMC-nin direktoru Rauf Hacıyev ilə şirkətin korporativ satış mütəxəssisi Pakizə Kərimova iştirak ediblər.

✅ Görüş çərçivəsində tərəflər arasında təhsil və peşəkar inkişaf sahəsində əməkdaşlıq imkanları, data analitikası istiqamətində kadr hazırlığı, əmək bazarının müasir tələblərinə uyğun innovativ tədris yanaşmalarının tətbiqi, eləcə də universitet–sənaye əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Çıxışlar zamanı praktik bilik və bacarıqların inkişafına xidmət edən təlim proqramlarının əhəmiyyəti vurğulanıb, birgə layihələrin həyata keçirilməsinin zəruriliyi qeyd edilib. Sonra BAAU ilə “İNNAB” MMC arasında təhsil, peşəkar inkişaf və innovativ təlim proqramlarının həyata keçirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi universitetin rektoru dosent Səyavuş Qasımov və “INNAB” MMC-nin direktoru Rauf Hacıyev imzalayıblar.

✅ Memorandumun əsas məqsədi data analitikası istiqamətində müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanması, praktik yönümlü tədris modelinin tətbiqi və “Data Analitika Mini MBA” proqramının birgə təşkili üzrə institusional əməkdaşlığın formalaşdırılmasıdır. Sənədə əsasən, tərəflər “Data Analitika Mini MBA” adlı birgə təlim proqramının hazırlanması və həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Ümumi həcmi 128 saat nəzərdə tutulan proqram çərçivəsində Business Excel, SQL, Power BI, Python, statistika və analitik metodlar üzrə nəzəri və praktiki biliklərin tədrisi planlaşdırılır.

✅ Memoranduma əsasən, proqramı uğurla başa vuran iştirakçılara BAAU-nun və “INNAB” MMC-nin birgə adından rəsmi sertifikat təqdim olunacaq.



19/05/2026

📢 ELAN

Bakı Avrasiya Universitetində doktorant və magistr tələbələri, eləcə də gənc tədqiqatçılar üçün elmi seminar keçiriləcəkdir.

🗓 Tarix: 21 may 2026
🕦 Saat: 11:30

🎓 Mövzu: “Doktorantura Təhsili və Akademik Karyera İnkişafı”

Seminar ABŞ-ın Fulbright Specialist Program proqramı çərçivəsində təşkil olunur və seminarın qonağı Naim Kapucu olacaqdır.

Professor Naim Kapucu hazırda University of Central Florida nəzdində fəaliyyət göstərən College of Community Innovation and Education-də Tədqiqat və İnnovasiya üzrə dekan müavini (Associate Dean for Research and Innovation) və Pegasus Professor vəzifələrində çalışır.

Seminar zamanı aşağıdakı mövzular üzrə müzakirələr aparılacaqdır:

▪ doktorantura təhsilinin beynəlxalq standartları;
▪ akademik karyera planlaması;
▪ uğurlu elmi profilin formalaşdırılması;
▪ beynəlxalq elmi şəbəkələşmə imkanları;
▪ müasir akademik mühitdə tədqiqatçının inkişaf strategiyaları.

Elmi fəaliyyət və akademik inkişafla maraqlanan bütün doktorant, magistr və gənc tədqiqatçılar seminara dəvət olunur.


Photos from Bakı Avrasiya Universiteti's post 16/05/2026

📝 BAAU-da Prof. Ədalət Tahirzadənin 75 illik yubileyi münasibətilə Respublika elmi konfransı keçirilib

✅ Bakı Avrasiya Universitetində (BAAU) Filologiya fakültəsinin Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə professor Ədalət Tahirzadənin 75 illik yubileyi münasibətilə “Dilimiz, ədəbiyyatımız və tariximiz ən yeni elmi araşdırmalar işığında” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransda ölkənin aparıcı elm və təhsil müəssisələrinin nümayəndələri, tanınmış alimlər, ictimai xadimlər, ziyalılar və gənc tədqiqatçılar iştirak ediblər.

✅ Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra professor Ədalət Tahirzadənin zəngin elmi-pedaqoji fəaliyyətini və Azərbaycan humanitar fikrinin inkişafına verdiyi töhfələri əks etdirən videoçarx nümayiş olunub.

✅ Konfransı giriş nitqi ilə açan BAAU-nun rektoru, dosent Səyavuş Qasımov professor Ədalət Tahirzadənin Azərbaycan elm və təhsilinin inkişafındakı xidmətlərindən bəhs edib. Rektor vurğulayıb ki, yubilyarın Azərbaycan dili, ədəbiyyatı və tarixinin tədqiqi istiqamətində apardığı fundamental araşdırmalar milli humanitar fikrin inkişafında mühüm rol oynayıb. O, professor Ədalət Tahirzadənin elmi və pedaqoji fəaliyyətinin gənc nəslin milli ruhda formalaşmasına əhəmiyyətli töhfələr verdiyini qeyd edib.

✅ Konfransda çıxış edən akademik Rafael Hüseynov professor Ədalət Tahirzadənin Azərbaycan dili, ədəbiyyatı, tarixi və ictimai fikir sahəsində apardığı tədqiqatları yüksək qiymətləndirərək onun elmi irsinin milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan humanitar fikrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

✅ Konfrans çərçivəsində dilçilik, ədəbiyyat və tarix üzrə proqrama uyğun olaraq bölmə iclasları keçirilib. İclaslarda məruzələr dinlənilib, aktual elmi problemlər ətrafında geniş müzakirələr aparılıb və konfrans öz işini müvəffəqiyyətlə yekunlaşdırıb.

✅ Daha ətraflı məlumat üçün link: https://baau.edu.az/az/article/baau-da-prof-edalet-tahirzadenin-75-illik-yubileyi-munasibetile-respublika-elmi-konfransi-kecirilib-989

Photos from Bakı Avrasiya Universiteti's post 14/05/2026

📝 Universitetimiz Milli Observatoriyanın icra etdiyi “Peşəkar karyera” layihəsində iştirak edir

✅ Bakı Avrasiya Universiteti (BAAU) və bir neçə seçilmiş ali təhsil müəssisəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın icra etdiyi “Peşəkar karyera” layihəsində iştirak hüququ qazanıb. Layihənin məqsədi tələbələrin yumşaq bacarıqlarının mövcud vəziyyətini əmək bazarının faktiki tələbi ilə müqayisə etməklə, onların inkişafı istiqamətində hədəflənmiş təlimlərin keçirilməsini nəzərdə tutur.

✅ Sözügedən layihə çərçivəsində ilk toplantı Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin iştirakı ilə təşkil olunub. Toplantıda Milli Observatoriya ilə əməkdaşlıq memorandumu imzalamış 11 universitetin Karyera mərkəzlərinin rəhbərləri və əməkdaşları iştirak edib. Toplantıda BAAU-nun Karyera və təlim mərkəzinin müdiri Natiq Xəlilov və mərkəzin karyera məsləhətçisi Aydan Xankişiyeva iştirak edib.

✅ Tədbirdə “Peşəkar Karyera” layihəsi barədə ətraflı məlumat verilib və layihənin universitetlərlə əmək bazarı arasında körpü yaratmağa xidmət edən strateji təşəbbüs olduğu vurğulanıb. Qeyd olunub ki, layihə çərçivəsində gənclərin iş dünyasına daha hazırlıqlı daxil olmasına, işəgötürənlərin isə ixtisaslı kadr tapmaq imkanlarının genişlənməsinə dəstək göstəriləcək. Layihənin nəticəsində işçi qüvvəsi daha çevik və rəqabətqabiliyyətli olacaq, habelə sosial inklüzivlik daha da artacaq. Layihə təhsil və əmək bazarının real ehtiyaclarının uyğunlaşdırılmasına yönəlib.

✅ Tədbir iştirakçıları layihəni yüksək qiymətləndiriblər və onları maraqlandıran suallar layihənin işçi komandası tərəfindən cavablandırılıb.



Photos from Bakı Avrasiya Universiteti's post 14/05/2026

📝 Universitetimiz ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında memorandum imzalanıb

✅ Bakı Avrasiya Universiteti (BAAU) ilə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) arasında memorandum imzalanıb. Memorandumda iki ali təhsil müəssisəsi arasında tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, birgə elmi tədqiqatların aparılması, eləcə də ikili diplom proqramları üzrə əməkdaşlıq nəzərdə tutulur.

✅ İmzalanma mərasimindən öncə ATMU-də iki universitetin rəhbər heyəti görüş keçirib. Görüş ATMU-nin rektoru, dosent İlham Mədətovun açılış nitqi ilə başlayıb. Rektor rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib və BAAU ilə əməkdaşlığın davamlı inkişafı üçün anlaşma memorandumun əhəmiyyətindən danışıb.

✅ BAAU-nun rektoru, dosent Səyavuş Qasımov çıxışında universitet barədə məlumat verib, universitetin beynəlxalq əlaqələri, tədris proqramı və maddi-texniki bazasından danışıb. O, BAAU-nun xarici universitetlərlə əməkdaşlığa və tələbə-müəllim mübadiləsinə xüsusi önəm verdiyini, həmçinin tədris proqramlarının beynəlxalq standartlara uyğun yeniləndiyini vurğulayıb. Rektor universitetin son illərdə beynəlxalq sahədə qazandığı uğurlardan danışaraq, birgə layihələrin və proqramların BAAU-nun nüfuzunu artırdığını qeyd edib.

✅ Dosent Səyavuş Qasımov çıxışında, həmçinin ATMU ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin “Turizm və asudə vaxt menecmenti” üzrə ikili bakalavr diplom proqramına 2025/2026-cı tədris ilindən BAAU-nun da qoşulduğunu qeyd edib. O, hazırda BAAU-nun Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbələri Könül Bəxtiyar qızı Bayramova və Malik Ceyhun oğlu Salehzadənin həmin proqram üzrə təhsil aldıqlarını bildirib.

✅ Memorandum çərçivəsində görüləcək ortaq işləri müzakirə etdikdən sonra universitetin nümayəndələri “Turizm və asudə vaxt menecmenti” ikili bakalavr diplom proqramı çərçivəsində təhsil alan tələbələr və əcnəbi müəllimlə görüşüblər, tədris prosesi ilə yerində tanış olub və ikili diplom proqramın tələbələrinə gələcək təhsil və karyeralarında uğurlar arzu ediblər.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Akademik Həsən Əliyev135A
Baku
1011