Culfa rayon Yaycı kənd 1nömrəli tam orta məktəbi

Culfa rayon Yaycı kənd 1nömrəli tam orta məktəbi

Share

Culfa rayon Yaycı kənd 1nömrəli tam orta məktəbi

Photos from Culfa rayon Yaycı kənd 1nömrəli tam orta məktəbi's post 09/04/2024

“Sərhəd” hərbi- idman oyununun zona birinciliyinə yekun vurulub
- - -
Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman, həmçinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə muxtar respublikanın sərhədyanı ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Sərhəd” hərbi- idman oyununun zona birinciliyinə yekun vurulub.

Birinciliyinin yekun nəticəsinə əsasən Ordubad şəhər tam orta İnternat Məktəbinin komandası I, Babək rayon Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbin komandası II, Culfa rayon Yaycı kənd 1nömrəli tam orta məktəbin komandası isə III yerlərin qalibi olub.

Qeyd edək ki, Ordubad şəhər tam orta İnternat Məktəbinin komandası ölkə birinciliyində muxtar respublikanı təmsil edəcək.

Komandamıza uğurlar arzulayırıq!

04/04/2024

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq Qərarına əsasən, 2024-cü ilin 12 aprel iş günü ilə müvafiq olaraq 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edilənləri nəzərə alaraq,
5 günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 15 aprel tarixidir.

6 günlük qrafiklə işləyən müəssisələrdə isə bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 12 aprel tarixidir.

03/04/2024

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilir.

Ətraflı: https://bit.ly/4cGa3nu


03/04/2024

Ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə monitorinq keçiriləcək
- - -
Mayın 18-də IV siniflər, mayın 19-da isə VI siniflər üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün monitorinq keçiriləcək.
Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasıdır.

Qeyd edək ki, bütün dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə təhsilalanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər.

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.


Photos from Culfa rayon Yaycı kənd 1nömrəli tam orta məktəbi's post 28/03/2024

Respublika fənn müsabiqəsi və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının rayon-şəhər mərhələsinin nəticələri elan olunub.
- - -
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri üzrə ümumilikdə 230 şagird Respublika fənn müsabiqəsində, 70 şagird isə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında uğurla çıxış edərək yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsi 5 may 2024-cü il tarixində təşkil ediləcək.
Şagirdlərimizə uğurlar arzu edirik!

28/03/2024

📢📢Təhsil İnstitutu tərəfindən sertifikasiyaya hazırlaşanlara dəstək məqsədli vebinarlar davam etdirilir. Növbəti vebinar “Cəbr və funksiyalar məzmun xətti üzrə bəzi mövzulara aid izahlar və tapşırıq nümunələri” mövzusuna həsr olunacaq.

🔗Ətraflı: https://rb.gy/85o835


Photos from Culfa rayon Yaycı kənd 1nömrəli tam orta məktəbi's post 28/03/2024

“LEGO MİNDSTORMS EV3 dəstindən istifadə edərək robotların kodlaşdırılması. Robototexnika ” mövzusunda növbəti onlayn dərs keçirilib
- - -
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə martın 28-də muxtar respublikanın ümumtəhsil məktəblərinin V və IX siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı “LEGO MİNDSTORMS EV3 dəstindən istifadə edərək robotların kodlaşdırılması. Robototexnika” mövzusunda növbəti onlayn dərs təşkil edilib.

Onlayn dərs muxtar respublikanın STEAM təhsil metodu tətbiq edilən 154 təhsil müəssisəsində şagirdlər tərəfindən izlənilib.

28/03/2024

“Əməkdar müəllimlərimiz” rubrikasının növbəti siması Naxçıvan Qarnizonu tam orta məktəbinin riyaziyyat müəllimi Cəfərova Ruhiyyə Orucəli qızıdır.
- - -
Ruhiyyə Cəfərova 4 oktyabr 1981–ci ildə Naxçıvan şəhərində anadan olub. 1997-ci ildə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbi bitirib. 2000– ci ildə Naxçıvan Dövlət Universitetinin fizika–riyaziyyat fakültəsinin riyaziyyat ixtisası üzrə bakalavr, 2003–cü ildə magistratura, 2015– ci ildə isə doktorantura pilləsini bitirib.

2003-cü ildən Naxçıvan Qarnizonu tam orta məktəbinə müəllim, 2015-ci ildən isə həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 12 elmi məqalə və 1 kitabın müəllifidir.

Ruhiyyə Cəfərova 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən təhsilin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Ruhiyyə Cəfərovaya gələcək fəaliyyətində uğurlar arzulayırıq!

27/03/2024

Təhsil Tələbə Krediti Fondu Naxçıvanda ilk dəfə olaraq abituriyentlərlə görüş keçirib.

27/03/2024

📢📢Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat davam edir.

🔗Ətraflı: https://rb.gy/rqne43


Photos from Culfa rayon Yaycı kənd 1nömrəli tam orta məktəbi's post 27/03/2024
Want your school to be the top-listed School/college in Culfa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Culfa Rayon Yaycı Kəndi
Culfa
AZ7200