11/06/2026
Cəlilabad şəhər Nizami Gəncəvi adına 1 nömrəli Humanitar və Təbiət fənləri təmayüllü liseydə təhsil keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin obyektiv qiymətləndirilməsi məqsədilə 7, 8 və 10-cu siniflər üzrə yekun sınaq monitorinqi təşkil olunmuşdur.
Monitorinq zamanı şagirdlərin Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə bilikləri, analitik düşünmə bacarıqları və mövzulara yanaşma tərzləri qiymətləndirilmişdir. İmtahan nəticələri liseydə tədris prosesinin güclü və zəif tərəflərini müəyyənləşdirməyə, həmçinin gələcəkdə tədris strategiyalarının daha da təkmilləşdirilməsinə imkan verəcəkdir.
Manitorinqlərin təşkili şagirdlərin öz biliklərini sınaması, müəllimlərin isə tədris nəticələrini obyektiv şəkildə analiz etməsi üçün mühüm platforma rolunu oynayır.Bu proses həm şagirdlərin məsuliyyət hissini artırır, həm də onların gələcək imtahanlara daha hazırlıqlı olmasına şərait yaradır.
Keçirilmiş yekun sınaq monitorinqi liseydə təhsil keyfiyyətinin yüksəldilməsi, şagirdlərin biliklərinin möhkəmləndirilməsi və onların gələcək uğurlarına zəmin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.