Bakı şəhəri Aslan Muradov adına 84 nömrəli tam orta ümumtəhsil məktəbi

Bakı şəhəri Aslan Muradov adına 84 nömrəli tam orta ümumtəhsil məktəbi

Share

Məktəb 1923-cü ildən fəaliyyət göstərir. Suraxanı rayonu Əmircan qəsəbəsi Neftçi küçəsi 18 ünvanında yerləşir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin X və XI siniflərində tədris aparacaq müəllimlərin qəbulu üçün qeydiyyat 18/06/2026

Yeni təmayül tədris modelinə qeydiyyat başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyatı başlayıb.

Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Qeydiyyat prosesində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X və XI sinif şagirdləri iştirak edə bilərlər.

Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də yeni təmayül tədris modelinə cəlb olunacaqlar. Seçim zamanı peşəkarlıq, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar nəzərə alınacaq.

Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagird və müəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər.

Şagirdlər üçün qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfH-gbLr4r0Hf5p2IRbbbZqURFZUcSA6A72Gz1qytwUT9_xcQ/viewform?usp=publish-editor

Müəllimlər üçün qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAIpQLScbzg-UGJSydggPrLl4Eo1shd-FeVCrkLVrWaY9zA8ZIGuiFw/viewform?usp=header

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin X və XI siniflərində tədris aparacaq müəllimlərin qəbulu üçün qeydiyyat Hörmətli müəllimlər! Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X və XI siniflərində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və qabaqcıl pedaqoji təcrübəyə malik kadrların seçilməsi məq...

Photos from 114nömrəli tam orta məktəb's post 18/06/2026
14/06/2026

15 İyun – Milli Qurtuluş Günü: Müstəqil Azərbaycanın tənəzzüldən tərəqqiyə gedən yolu

Müasir dövlətçilik tariximizin ən şanlı və qürurverici səhifələrindən biri olan 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində müstəsna və fəlsəfi əhəmiyyətə malikdir. Bu əlamətdar gün sadəcə təqvimdə qeyd olunan rəsmi bayram deyil, eyni zamanda Azərbaycanın tənəzzüldən, xaosdan xilas olaraq sabit tərəqqi yoluna çıxmasını, beynəlxalq aləmdə müstəqil siyasət həyata keçirən qüdrətli dövlət kimi tanınmasını təcəssüm etdirən mühüm tarixi dönüş nöqtəsidir. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq uçurumundan geri döndərilmiş, sürətli və dayanıqlı inkişafın sarsılmaz təməlləri qoyulmuşdur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu məhz Qurtuluş Günü ilə əlaqədardır.
Azərbaycanın üzləşdiyi kəskin ictimai-siyasi və iqtisadi böhranın kökləri 1980-ci illərin sonlarına, yəni qəsdən yaradılmış gərginlik dövrünə gedib çıxırdı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və xüsusilə Mixail Qorbaçovun yeritdiyi ədalətsiz siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdikdən sonra xalqımızın qara günləri başlamışdır. O böyük siyasətçinin gedişindən heç iki həftə belə keçməmiş, erməni millətçiləri havadarlarının dəstəyi ilə o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılması məsələsini gündəmə gətirdilər. Əgər Heydər Əliyev həmin dövrdə hakimiyyətdə təmsil olunsaydı, erməni millətçiləri ölkəmizə qarşı bu cür çirkin əməllərə və təxribatlara əsla cürət edə bilməzdilər. Vəzirov-Mütəllibov rejimi tərəfindən idarəetmədə buraxılan kobud səhvlər Azərbaycan xalqına 20 Yanvar və Xocalı kimi dəhşətli faciələr yaşatdı, ölkə ərazisinin işğalına zəmin yaratdı.
Milli varlığın məhv olma həddinə çatdığı bir vaxtda, vəziyyətdən çıxış yolunu axtaran cəmiyyətin bütün təbəqələri əmin idi ki, dövləti bu ağır və dözülməz bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir yeganə qüdrətli şəxsiyyət məhz Heydər Əliyevdir. Hərbi qruplaşmaların hədələrindən qorxuya düşən və təhlükəli proseslərin önünü kəsə bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü isə böhranın ən p*k nöqtəsində imdad üçün məhz Ulu Öndərə müraciət etməyə məcbur qaldı. Xalqın və hakim dairələrin təkidli dəvətini qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi. Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirərək həyatını belə təhlükəyə atmaqdan çəkinməyən dahi siyasətçi dərhal Gəncəyə yollandı və orada qardaş qırğınına səbəb ola biləcək qiyamın qarşısını qətiyyətlə aldı.
Problemlərin təməlli həlli üçün cəmiyyətdə vətəndaş həmrəyliyini və siyasi sabitliyi ən mühüm şərt hesab edən Heydər Əliyev tezliklə fundamental iqtisadi islahatlara start verdi. 1994-cü ildə qlobal əhəmiyyətli neft müqavilələrinin imzalanması ilə Azərbaycanın iqtisadi dirçəlişinin və sürətli inkişafının əsası qoyuldu. Dünya birliyinə inteqrasiya prosesi başlandı və ölkəmizin beynəlxalq əlaqələri sürətlə inkişaf etdi. 1993-2003-cü illərdəki titanik fəaliyyət bugünkü qüdrətli Azərbaycanın bünövrəsini təşkil edir.
Ulu Öndərin müəyyənləşdirdiyi bu möhkəm iqtisadi və siyasi platforma Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir. Məhz həmin dövrdə başlanan enerji siyasətinin davamı olaraq müasir Azərbaycan bu gün qlobal enerji təhlükəsizliyinin qarantına çevrilib. Təbii qaz ixracından tutmuş 2032-ci ilin yaşıl enerji hədəflərinə qədər ölkəmiz Avropanın əsas tərəfdaşlarındandır. Eyni zamanda, "Orta Dəhliz" üzərindəki unikal logistik mövqeyimiz Azərbaycanın Avropa İttifaqı və digər beynəlxalq güclərlə tamamilə yeni və bərabərhüquqlu strateji mərhələyə qədəm qoymasına imkan yaradıb. Bu gün ölkəmiz müstəqil siyasi iradə nümayiş etdirən, söz sahibi olan dövlət kimi qəbul edilir.
Tarix dəfələrlə sübut edib ki, milli liderlik və peşəkar dövlət adamı keyfiyyətlərini özündə birləşdirən Heydər Əliyev fenomeni Azərbaycanı məhvdən xilas edən ən böyük qüvvədir. Xalqımız Ulu Öndərin əziz xatirəsini daim uca tutur, onun fədakarlığını minnətdarlıqla xatırlayır. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə tarixi hadisə deyil, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, inkişafı və bu günümüzün qalibiyyətli reallıqlarını müəyyən edən ən mühüm dönüş nöqtəsidir. Təməli Ulu Öndər tərəfindən qoyulan bu tərəqqi yolu, əminik ki, Azərbaycanı gələcəkdə daha uca zirvələrə aparacaq və ölkəmizin dayanıqlı inkişafını sonsuza qədər təmin edəcəkdir.

İslamova Röya
Suraxanı rayonu 84 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Photos from Bakı şəhəri Aslan Muradov adına 84 nömrəli tam orta ümumtəhsil məktəbi's post 13/06/2026

2025-2026-cı tədris ilinin son zəngi çalındı.

Məktəbimizdə böyük sevinc, fərəh və qürur hissi ilə zəngin olan “Son zəng” tədbiri keçirildi.
Məktəbin direktoru Röya İslamova, Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva və məktəbin təşkilatçısı Araz Baloğlanov çıxış edərək gənclərə müstəqil həyatda müvəffəqiyyətlər arzuladılar, onlara ölkəmiz üçün savadlı və xeyirli bir vətəndaş olmağı tövsiyə etdilər. Tədbirin ən təsirli və qürurverici məqamlarından biri isə şəhidimiz Davudun anası Səlimə Məmmədlinin çıxışı oldu. Onun məzunlara ünvanladığı dərin mənalı və xoş arzular hər kəsin qəlbinə toxunaraq, vətənpərvərlik ruhunu bir daha ucaltdı.
Bu rəsmi və qürurlu çıxışların ardınca məzunlarımız üçün məktəb illərinin son zəngi səsləndi. O anlarda unudulmaz xatirələr, duyğulu anlar və gələcəyə dair böyük ümidlər bir araya gəldi. 11 il əvvəl kövrək addımlarla qədəm qoyulan bu doğma yuva bu gün öz yetirmələrini müstəqil həyata uğurla yola saldı.
Əziz məzunlar, sizə həyatınızın bu yeni və məsuliyyətli mərhələsində sonsuz uğurlar və parlaq bir gələcək arzulayırıq. İnanırıq ki, doğma məktəb divarları arasında qazandığınız bilik, bacarıq və mənəvi dəyərlər sizi hər zaman yeni zirvələrə aparacaq.

12/06/2026
Photos from Bakı şəhəri Aslan Muradov adına 84 nömrəli tam orta ümumtəhsil məktəbi's post 11/06/2026

Binə Atçılıq Mərkəzinə ekskursiya edildi.

Məktəbin ibtidai sinif müəllimi Günay Əliyevanın təşkilatçılığı ilə 3ç sinif şagirdləri Binə Atçılıq Mərkəzinə ekskursiya etdilər. Ekskursiya zamanı şagirdlər mərkəzin ərazisi ilə yaxından tanış oldu, müxtəlif növ at cinslərini, onların saxlanma şəraitini və baxım qaydalarını maraqla izlədilər.
Ekskursiyanın əsas məqsədi şagirdlərdə heyvanlar aləminə, xüsusilə Azərbaycanın milli sərvəti olan atçılıq mədəniyyətinə maraq oyatmaqdır.

Photos from Bakı şəhəri Aslan Muradov adına 84 nömrəli tam orta ümumtəhsil məktəbi's post 10/06/2026

18 May-18 İyun "İnsan Hüquqları Aylığı"

İnsan Hüquqları Aylığı çərçivəsində məktəbin müəllimi Aytəkin Quliyeva şagirdlərlə “İnsan hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirici söhbət keçirdi.
Görüş zamanı şagirdlərə uşaq hüquqları,qarşılıqlı hörmət, tolerantlıq və hər bir şagirdin hüquq və vəzifələri barədə məlumat verildi. Şagirdlərin sualları cavablandırıldı. Mövzu ilə bağlı videoçarxlar,slaydlar nümayiş etdirildi.

Photos from Bakı şəhəri Aslan Muradov adına 84 nömrəli tam orta ümumtəhsil məktəbi's post 10/06/2026

18 May-18 İyun "İnsan Hüquqları Aylığı" .

Məktəbin psixoloqu və UBR tərəfindən İnsan Hüquqları Aylığı çərçivəsində şagirdlərlə “Hüquqlarımızı bilək, hüquqlarımıza sahib çıxaq” mövzusunda maarifləndirici görüş keçirildi.
Görüş zamanı insan hüquqlarının mahiyyəti, uşaq hüquqları, bərabərlik, qarşılıqlı hörmət, tolerantlıq və hər bir fərdin hüquq və vəzifələri barədə ətraflı məlumat verildi. Şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparıldı, onları maraqlandıran suallar cavablandırıldı. Mövzu ilə bağlı müxtəlif çalışmalar işlənildi .

Photos from Bakı şəhəri Aslan Muradov adına 84 nömrəli tam orta ümumtəhsil məktəbi's post 08/06/2026

Şagirdimizin uğuru.

4ç sinif şagirdi Xəlilli Murad Beyin Olimpiada Mərkəzi tərəfindən 02.05.2026 tarixində keçirilən Qlobal Riyaziyyat Olimpiadasında Qızıl medal qazanaraq məktəbimizin adını növbəti dəfə zirvələrə qaldırıb. Məktəbimizin fəaliyyətində ən mühüm hədəflərdən biri savadlı, rəqabətədavamlı və intellektual potensiala malik şagirdlər yetişdirməkdir. Bu yolda qazanılan hər bir uğur həm şagirdlərimizin istedadının, həm də onlara yol göstərən müəllimlərimizin fədakar əməyinin parlaq təzahürüdür.
Şagirdimizi təbrik edir, növbəti yarışmalarda da uğurlar arzu edirik.

Want your school to be the top-listed School/college?

Telephone

Website