13/06/2026
Son Zəng tədbiri keçirilib.
Bu gün Azərbaycanda 2025–2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır.
Bu əlamətdar gün münasibətilə məktəbimizdə də “Son zəng” tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, , şəhid məzunumuz ,məktəbimizin adını daşıdığı Zülfüqar Abışovun anası Sona xala , RİH başçısının Xaçmaz kənd İƏD üzrə nümayəndəsi Teymur Atakişiyev, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra məzunlara təbriklər ünvanlanıb, onların məktəb illəri boyunca qazandıqları nailiyyətlərdən, müəllimlərin zəhmətindən və valideynlərin dəstəyindən danışılıb.
Çıxış edənlər məzunlara gələcək həyatlarında uğurlar arzulayıb, onlara bilikli, vətənpərvər və məsuliyyətli gənclər kimi formalaşmağı tövsiyə ediblər. Bildirilib ki, “Son zəng” yalnız bir tədris ilinin deyil, həm də məktəb həyatının unudulmaz bir mərhələsinin yekunudur.
Tədbir şagirdlərin hazırladıqları musiqi nömrələri və rəngarəng çıxışlarla davam edib. Tədris ili ərzində uğurlar əldə etmiş şagirdlər təltif edilib. Sonda məzunlar üçün “Son zəng” səsləndirilib və bu an məktəb kollektivində duyğulu anlarla yadda qalıb.
Əziz məzunlarımızı təbrik edir, gələcək həyat yollarında uğurlar arzulayırıq!