Göygöl rayon Danayeri kənd ümumi orta məktəbi.

Göygöl rayon Danayeri kənd ümumi orta məktəbi. Danayeri kənd ibtidai ümumtəhsil məktəbi.

21/07/2026
21/07/2026

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird qeydiyyat prosesi davam edir.

Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.

Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək. Bu yanaşma onların gələcək təhsil hədəflərinə daha sistemli və effektiv şəkildə hazırlaşmasına şərait yaradacaq.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıdakı ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulu elan edilir.

Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi
Gəncə şəhər N.Aydın 18 nömrəli tam orta ümumtəhsil məktəbi
Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbi
Gəncə şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbi
Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi

Qeydiyyat üçün link
https://forms.gle/4BQ5D2tX5N4tBZMU6

Bu məktəblər tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.

Yeni təmayül tədris modelinin əsas üstünlükləri:
✅ Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;
✅ Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;
✅ Səriştəli müəllim kollektivi;
✅ Aylıq sınaq imtahanlarının təşkili;
✅ Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.
Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.
🛜 Təmayül tədris modeli şagirdlərin yalnız imtahan nəticələrini deyil, onların akademik, sosial və şəxsi inkişafını da dəstəkləyir.

12/07/2026

📢 Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb

🗓️ 29 iyun 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Namizədlər 8 iyul 2026-cı il saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

✅ Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

📌 Qeyd edək ki, müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək.

12/07/2026
12/07/2026
12/07/2026

Address

Göygöl Rayonu Danayeri Kəndi
Göygöl
2500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994505904746

Website

Alerts

Be the first to know and let us send you an email when Göygöl rayon Danayeri kənd ümumi orta məktəbi. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category