30/03/2026
Azərbaycan Cüdo Federasiyası rəhbərliyi tərəfindən yeniçə istifadəyə verilmiş,Şabran rayonun cüdo mərkəzində,cüdoda ilk addımlarını atan,ibtidai qruplarda məşğul olan yeniyetmələr arasında birgə məşq prosesi keçirilmişdir.Məqsəd kiçik yeniyetmə çüdoçuların,başqa meydanda,ayrı ayrı rəqiblər ilə özünü tanıması və idmançının psixoloji hazırlığını artırmaq,mənfi emosiyalardan uzaq etmək,cüdo dəyərlərini onlara çatdırmaq idi.Bu məşq prosesində Şabran cüdoçuları ilə yanaşı Qobustan və Xaçmazın yeniyetmə cüdoçularıda iştirak etmişdir.Birgə məşq prosesinin sonunda yeniyetmə cüdoçular arasında sınaq görüşləri keçirilmişdir.Sınaq görüşlərindən qalib çıxan idmançlıar məktəb rəhbərliyi tərəfindən diplom və medallarla təltif edilmişdir.
Məşq prosesinə başlamazdan əvvəl yeniyetmə cüdoçulara, cüdonun dəyərlərindən, insan sağlamlığında və hayatında bir lider kimi yetişməsində onun əhəmiyyətindən məlumat verildi.Həqiqətən də bu məşq prosesinin tatamidə ilk addımlarını atan yeniyetmə cüdoçulara çox böyük müsbət təsiri oldu.
İdmançılar bir birləri ilə ünsiyyət qurdular dost oldular,gələçək rəqiblər kimi bir birinə uğurlar arzuladılar.İlk dəfə iydi ki,rayondan kənarda,tanımadığı rəqiblə sınaq görüşü, idmançılarda bütün müsbət və mənfi psixoloji amilləri üzə çıxarırdı.Kimdə isə özünə inam daha da artırdı, kimdə isə buraxdığı səhvə görə peşmançılığ hissi yaranırdı. Lakin biz bunu uşağa bir səhv kimi yox, növbəti uğura gedən bir addım kimi başa saldıq.Bəli biz məşqçilərdə bütün bunları görərək,onları ruhdan düşməyə qoymalı deyilik və yeniyetmə cüdoçuları gələçək uğurlara motivasiya etməliyik.İdmançıların böyük arenalara çıxarmazdan əvvəl belə birgə məşqlərimizin onlara böyük əhəmiyyəti vardır.
Şabran rayonunda hər bir şəraitlə təmin edilmiş,bu möhtəşəm cüdo mərkəzinin tikintisinə görə ilk növbədə ACF-nın rəhbərliyinə,onun komandasına öz dərin minnətdarlığımızı bildiririk.
Bu günkü birgə məşq prosesinin yüksək səviyyədə təşkilinə görə,Şabran rayon cüdo mərkəzinin məşqçiləri Respublikanın əməkdar məşqçisi Asif Abdullayevə,Cüdo üzrə Şabran rayonunun baş məşqçisi yığma komandamızda ölkəmizi illərlə təmsil etmiş,Beynəlxalq turnirlərin qalibi 2 dan cüdo ustası Coşqun Abdullayevə təşəkkürümü bildirirəm.
İnşaallah belə birgə məşqlərimiz davamlı və ardıçıl olaraq davam edəçəkdir.Güç birlikdədir.
Yaşasın cüdo ailəsi.
Hamıya uğurlar arzulayıram.