Xəzər rayonu 121 nömrəli tam orta məktəb

Xəzər rayonu 121 nömrəli tam orta məktəb

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Xəzər rayonu 121 nömrəli tam orta məktəb, School, Binə qəsəbəsi, Xaqani küçəsi 15, .

Photos from Xəzər rayonu 121 nömrəli tam orta məktəb 's post 13/06/2026

13 iyun 2026-cı il tarixində Ə. Quliyev adına 121 nömrəli tam orta məktəbdə 11-ci siniflərin məzun olması ilə əlaqədar "Son zəng" tədbiri keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Zaur Yusifov məzunları bu gün münasibətilə təbrik edərək onlara həyatlarının növbəti mərhələlərində uğurlar arzuladı. Məktəbin direktoru 2026-cı ildə XI siniflərin buraxılış imtahanında 200 baldan yuxarı nəticə göstərilmiş şagirdləri təltif etdi, cari ildə məktəbin nailiyyətlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Xəzər Rayonu İcra Hakimiyyətinin məsul əməkdaşı Çərkəz Tanrıverdiyev, Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər Rayonu üzrə komitəsinin məsul əməkdaşı Həzərxan Əbilov öz çıxışlarında məzunları təbrik edərək Respublikamızın təhsil nailiyyətlərindən bəhs etdilər. Həzərxan Əbilov Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan "Ən yaxşı təqdimat müsabiqəsi" nin Respublika mərhələsində qalib olmuş Heydərov Canbaba və məktəbin tarix müəllimi Şahnaz Dadaşovanı fəxri fərmanla təltif etdi, onlara yeni təhsil uğurları arzuladı.
Daha sonra məktəbin hərbi rəhbəri Seymur Bilalov, təlim-tərbiyə işləri üzrə direktor müavini Həmişəxanım Bayramova, eləcə də valideynlər məzunlarla ürək sözlərilə bölüşdülər. "Son zəng" tədbiri məzunların hazırladıqları maraqlı rəqs nümunələri ilə davam etdi.

05/06/2026

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Kindness Festival” (Xeyirxahlıq Festivalı) çərçivəsində məktəbimizin 7B sinfi Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəqsanə müəlliməyə öz təşəkkür və minnətdarlıqlarını ifadə edib.
Şagirdlər müəllimələrinin onlara yalnız bilik verməklə kifayətlənmədiyini, eyni zamanda qayğıkeşliyi, səmimiyyəti və diqqəti ilə hər zaman dəstək olduğunu xüsusi vurğulayıblar. 7B sinfi Rəqsanə müəllimənin dərslərdə göstərdiyi yüksək peşəkarlığı, hər bir şagirdə fərdi yanaşmasını, onların bilik və dünyagörüşünün formalaşmasında göstərdiyi əvəzsiz zəhməti yüksək qiymətləndirib.
Müəlliməyə təşəkkür əlaməti olaraq şagirdlər səmimi arzularını və minnətdarlıq sözlərini ifadə edib, onun əməyinə olan hörmət və sevgilərini nümayiş etdiriblər. Şagirdlər bildiriblər ki, Rəqsanə müəllimənin səbrli yanaşması, öyrətmək həvəsi və motivasiyaedici münasibəti onların həm dərslərə marağını artırır, həm də bir şəxsiyyət kimi inkişaflarına müsbət təsir göstərir.
7B sinfi Rəqsanə müəlliməyə gələcək fəaliyyətində uğurlar, möhkəm can sağlığı arzulayıb, göstərdiyi diqqət, zəhmət və qayğıya görə dərin təşəkkürlərini çatdırıb. Bu təşəbbüs məktəb mühitində müəllim əməyinə hörmət, minnətdarlıq və xeyirxahlıq dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Photos from Xəzər rayonu 121 nömrəli tam orta məktəb 's post 05/06/2026

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Kindness Festival” (Xeyirxahlıq Festivalı) çərçivəsində məktəbimizin 7B sinfi Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəqsanə müəlliməyə öz təşəkkür və minnətdarlıqlarını ifadə edib.
Şagirdlər müəllimələrinin onlara yalnız bilik verməklə kifayətlənmədiyini, eyni zamanda qayğıkeşliyi, səmimiyyəti və diqqəti ilə hər zaman dəstək olduğunu xüsusi vurğulayıblar. 7B sinfi Rəqsanə müəllimənin dərslərdə göstərdiyi yüksək peşəkarlığı, hər bir şagirdə fərdi yanaşmasını, onların bilik və dünyagörüşünün formalaşmasında göstərdiyi əvəzsiz zəhməti yüksək qiymətləndirib.
Müəlliməyə təşəkkür əlaməti olaraq şagirdlər səmimi arzularını və minnətdarlıq sözlərini ifadə edib, onun əməyinə olan hörmət və sevgilərini nümayiş etdiriblər. Şagirdlər bildiriblər ki, Rəqsanə müəllimənin səbrli yanaşması, öyrətmək həvəsi və motivasiyaedici münasibəti onların həm dərslərə marağını artırır, həm də bir şəxsiyyət kimi inkişaflarına müsbət təsir göstərir.
7B sinfi Rəqsanə müəlliməyə gələcək fəaliyyətində uğurlar, möhkəm can sağlığı arzulayıb, göstərdiyi diqqət, zəhmət və qayğıya görə dərin təşəkkürlərini çatdırıb. Bu təşəbbüs məktəb mühitində müəllim əməyinə hörmət, minnətdarlıq və xeyirxahlıq dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Photos from Xəzər rayonu 121 nömrəli tam orta məktəb 's post 02/06/2026

26.05.2026-cı il tarixində “Müstəqillik Günü”nə həsr olunmuş Breyn-Rinq yarışı keçirilmişdir. Yarış tarix müəllimi Könül Əliyevanın təşkilatçılığı ilə və 7ç -Səfəvilər, 7d-Şahənşah,7e-Tarixçilər,7f-Osmanlı,7ə-Zəfər komandaları iştirak etmişdir. Müəllim tərəfindən 15 sual səsləndirilmiş və doğru cavablar 1 balla dəyərləndirilmişdir.
Suallar şagirdlərdə milli vətənpərvərlik,dövlətçilik tariximiz haqqında biliklərin yoxlanması və artırılması baxımından böyük əhəmiyyət kəsb etmişdir. Yarışın nəticəsində 7d sinifi qalib gəlmişdir.Həmçinin 7ç ikinci və 7ə sinifi isə üçüncü yerin sahibi oldu.Yer qazanan qalib komandalar diplomlar ilə təltif edilmişdir.Şagirdlərimizə öyrənmə yolunda uğurlar arzulayırıq!

Photos from Xəzər rayonu 121 nömrəli tam orta məktəb 's post 02/06/2026

Ə. Quliyev adına 121 №-li tam orta məktəbin 2 “Ç” sinif şagirdi Cəfərov Yusif Rəvan oğlu “28 May – Müstəqillik Günü”nə həsr olunmuş Yunan-Roma güləşi üzrə açıq birincilikdə 26 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür.
Əzmkarlığı, iradəsi və idmana olan sevgisi sayəsində qazandığı bu möhtəşəm uğur münasibətilə Yusifi ürəkdən təbrik edir, ona gələcək yarışlarda daha böyük nailiyyətlər və parlaq qələbələr arzulayırıq.
Uğurların daim bol olsun, Yusif! 🥇

Photos from Xəzər rayonu 121 nömrəli tam orta məktəb 's post 26/05/2026

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və tərəfdaş qurumların əməkdaşlığı ilə təşkil olunan “Kindness Festival” (“Xeyirxahlıq Festivalı”) və Xeyirxahlıq Marafonu məktəblərdə xeyirxahlıq, minnətdarlıq və qarşılıqlı hörmət dəyərlərinin təbliğini qarşıya əsas məqsəd kimi qoyur. Festivalın əsas qayəsi gələcək nəslin yetişməsində böyük zəhməti olan müəllimlərə təşəkkür və dərin ehtiram hissinin ifadə edilməsidir. Bu təşəbbüs müəllim əməyinə verilən dəyərin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda şagirdlər arasında xeyirxahlıq, empatiya və humanist dəyərlərin inkişafına dəstək verir.
Festival çərçivəsində müəllimlərin təhsil prosesinə verdiyi töhfələr, şagirdlərə olan qayğıkeş münasibəti, məktəb etikasına sadiqliyi və nümunəvi davranışları yüksək qiymətləndirilir. Tədbirin əsas simvolu olan qayğıkeşlik və mehribanlıq hissləri məktəb mühitində daha sağlam münasibətlərin qurulmasına xidmət edir. Layihə çərçivəsində məktəblərdə müxtəlif yaradıcı təşəbbüslər həyata keçirilir. Şagirdlər müəllimlərinə təşəkkür məktubları yazır, videoçarxlar hazırlayır, müxtəlif təqdimatlar təşkil edir və yaradıcı çıxışlarla minnətdarlıqlarını ifadə edirlər.
Eyni zamanda keçirilən Xeyirxahlıq Marafonu məktəblərdə pozitiv atmosferin formalaşdırılmasına yönəlmiş mühüm təşəbbüslərdən biridir. Marafonun məqsədi müəllim və şagird münasibətlərini daha da gücləndirmək, məktəbdə qarşılıqlı hörmət və etimad mühitini inkişaf etdirməkdir. Bu layihə vasitəsilə şagirdlər yaxşılıq etməyin, təşəkkür bildirməyin və diqqət göstərməyin vacibliyini daha yaxından anlayırlar. Xeyirxahlığın cəmiyyətin əsas dəyərlərindən biri olduğu şagirdlərə bir daha aşılanır. Məktəbdə həyata keçirilən bu kimi tədbirlər uşaqlarda sosial məsuliyyət hissini artırır və onların şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir.
Məktəbimizdə də Xeyirxahlıq Marafonu çərçivəsində müəllimlərə minnətdarlıq məqsədilə “Gül əkmə aksiyası” təşkil olunur. Aksiya məktəb kollektivinin və şagirdlərin böyük marağı ilə qarşılanır. Tədbirdə məktəbin direktoru Zaur Yusifov, təlim-tərbiyə işləri üzrə direktor müavini Həmişəxanım Bayramova, Ceyhun Əsgərov və təşkilatçı Elnarə xanım iştirak edirlər. Onlar şagirdlərlə birlikdə aksiyanın əhəmiyyətindən danışır, müəllim əməyinin dəyərindən bəhs edirlər. Tədbir zamanı şagirdlər öz əlləri ilə sevdikləri müəllimlərə təşəkkür əlaməti olaraq məktəb həyətində müxtəlif güllər əkirlər. Hər bir əkilən gül müəllimə olan sevginin, hörmətin və minnətdarlığın rəmzi hesab olunur. Şagirdlər bu təşəbbüsdə böyük həvəslə iştirak edir və müəllimlərinə olan sevgilərini fərqli şəkildə ifadə etməyə çalışırlar.
Gül əkmə aksiyası məktəb həyətinin daha da gözəlləşməsinə də töhfə verir. Bu təşəbbüs şagirdlərdə təbiətə sevgi, məsuliyyət hissi və əmək vərdişlərinin formalaşmasına kömək edir. Eyni zamanda müəllim və şagird arasında olan səmimi münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradır. Tədbir iştirakçıları müəllimlərin yalnız bilik verən insan deyil, həm də həyat yolunda düzgün istiqamət göstərən bələdçi olduqlarını vurğulayırlar. Müəllimlərin zəhməti və əməyi hər zaman yüksək qiymətləndirilməlidir. Onlara göstərilən diqqət və minnətdarlıq gələcək nəsildə müsbət dəyərlərin formalaşmasına xidmət edir.

Photos from Xəzər rayonu 121 nömrəli tam orta məktəb 's post 25/05/2026

Fənlər üzrə II yarımil BSQ-lərinə aid test nümunələri ilə bağlı müəllimlərlə fikir mübadiləsi aparıldı, qarşıya çıxan məsələlər müzakirə olundu. Şagird nailiyyətlərinin artırılması və qiymətləndirmənin daha səmərəli təşkili istiqamətində təkliflər səsləndirildi.Sonda fənlər üzrə 2 ci yarımil BSQ ləri üçün test nümunələri müəyyənləşdirildi.

Photos from Xəzər rayonu 121 nömrəli tam orta məktəb 's post 25/05/2026

Xəzər rayonu 121 nömrəli tam orta məktəbdə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2026-cı il üzrə İş Planına uyğun olaraq, 25 may 2026-cı il tarixində Xəzər rayonu, 121 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri təşkil olunmuşdur.
Məktəbin tarix müəllimi Yalçın Quliyevin təşkilatçılığı ilə keçirilən tədbir "Dəyirmi masa" formatında baş tutub. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Həməşəxanım Bayramova, məktəbin psixoloqu Samirə Rzayeva, Uşaq Birliyi Rəhbəri (UBR) Sevda Əliyeva, həmçinin 7-ci və 9-cu siniflərdən ümumilikdə 25 nəfər şagird iştirak etmişdir.
Dəyirmi masada geniş məruzə ilə çıxış edən tarix müəllimi Yalçın Quliyev mövzu barədə şagirdləri ətraflı maarifləndirmişdir. Y.Quliyev öz çıxışında korrupsiyaya qarşı mübarizənin hüquqi əsasları, cəmiyyətdə dürüstlük, şəffaflıq və ədalət prinsiplərinin qorunmasının vacibliyini önə çəkmiş, gənc nəsldə antikorrupsiya mədəniyyətinin formalaşdırılmasının əhəmiyyətini vurğulamışdır.
Tədbir zamanı mövzunun şagirdlər tərəfindən daha dərindən mənimsənilməsi məqsədilə Yalçın müəllim tərəfindən hazırlanmış xüsusi maarifləndirici slayd nümayiş etdirilmişdir. Slaydda korrupsiyaya qarşı mübarizə istiqamətində atılan dövlət addımları, qanunvericilik və vətəndaş məsuliyyəti əyani şəkildə şagirdlərin diqqətinə çatdırılmışdır.
Yekunda şagirdləri maraqlandıran suallar cavablandırılmış və mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

21/05/2026







Photos from Xəzər rayonu 121 nömrəli tam orta məktəb 's post 16/05/2026

15 may 2026-cı il tarixində məktəbimizdə “Peşəni seç – gələcəyinin memarı ol” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbir məktəbimiz və Sosial İslahatlara Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donor dəstəyi ilə baş tutub.
Görüşdə məktəbin direktoru Zaur Yusufov, İctimai Birliyin sədri Namiq Qafarov, rayonun ümumtəhsil müəssisələrinin peşə seçimi koordinatorları və məktəblilər iştirak ediblər.
Tədbir çərçivəsində karyera planlaması üzrə mütəxəssislər tərəfindən şagirdlərə maraq və bacarıqlarına uyğun peşə seçiminin gələcək uğurlarına təsiri barədə ətraflı məlumat verilib. Eyni zamanda, iştirakçılarla karyera planlaması, şəxsi inkişaf imkanları və əmək bazarının müasir tələbləri mövzusunda interaktiv fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Maarifləndirici görüşün sonunda iştirakçılara sertifikatlar təqdim olunub.








Want your school to be the top-listed School/college?

Telephone

Opening Hours

Monday 08:00 - 19:05
Tuesday 08:00 - 19:05
Wednesday 08:00 - 19:05
Thursday 08:00 - 19:05
Friday 08:00 - 19:05
Saturday 08:00 - 13:00