Halk Guzel Sanatlar Üniversitesi-Public University of Fine Arts
Share
AZƏRBAYCAN RƏSSAMLAR İTTİFAQI
İNTERNET SİTƏSİ : http://ariartedu.org/ Gənc, ixtisaslı mütəxəssis olaraq Təhsil Nazirliyində aktiv surətdə fəaliyyətə başladım.
Azərbaycan Respublikası Rəssamlar İttifaqı
H.Z.Tağıyev adına Uşaqların Təsviri Yaradıcılığı üzrə Qiyabi Xalq Universiteti
H.Z.Tağıyev adına Uşaqların Təsviri Yaradıcılığı üzrə Qiyabi Xalq Universitetinin yaradılması tarixi və fəaliyyəti haqqında. H.Z.Tağıyev adına Uşaqların Təsviri Yaradıcılığı üzrə Qiyabi Xalq Universiteti 1992-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təşəbbüsü ilə Bakı şəhə
ri Nəsimi rayon İcra Hakimiyyətinin qərarı ilə Azərbaycan Rəssamlar İttifaqının nəzdində rəsmi fəaliyyətə başlamışdır.
1983-cü ildə Azərbaycan KP MK-nın “Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində Estetik silsilə fənlərinin daha da inkişaf etdirilməsi “ haqqında qərar qəbul edilmişdir. Bu məqsədlə Azərbaycan Təhsil Nazirliyində bu sahədə işləmək üçün ixtisaslı kadr axtarılırdı. Həmin il mən N.Tusi adına Azərbaycan Dövlət Pedagoji Universitetinin Bədii Qrafika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdim. Daha əvvəl Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib, məktəblərdə təsviri incəsənət müəllimi vəzifəsində işlədiyim, aktiv pedaqoji fəaliyyətim və Universiteti fərqlənmə diplomu ilə bitirməyim Təhsil Nazirliyi rəhbərliyinin diqqətini cəlb etdi. 1983 cü ildə Azərbaycan Təhsil Nazirliyindəki Uşaqların Təsviri Yaradıcılığı üzrə Respublika Metodik Mərkəzində ( indiki Estetik Tərbiyə üzrə Respublika Tədris Metodik Mərkəzi) təsviri incəsənət fənni üzrə metodist vəzifəsində işləmək üçün işə dəvət edildim və həmin il metodist vəzifəsində orada işə başladım. Əsas vəzifəm Respublikamızın şəhər, rayon və kənd məktəblərindəki təsviri incəsənət müəllimlərinə yaxından metodiki köməklik göstərməkdən ibarət idi. Qısa müddətdə Azərbaycanın bütün şəhər, rayon və kənd məktəblərini gəzib, təsviri incəsənət müəllimlərinin və tədrisin vəziyyəti ilə yaxından tanış oldum. 1983-cü ildə Respublikamızda 4266 orta ümumtəhsil məktəbi vardı. Aparılan müşahidələr göstərirdi ki, hələ o zamanlar Respublikamızda ümumtəhsil məktəblərinin bir çoxunda ixtisaslı Təsviri incəsənət müəllimi çatışmırdı. İxtisaslı Təsviri incəsənət müəllimlərinin yoxluğu və bu dərslərin boş keçməməsi məqsədi ilə bir çox məktəblərdə bu fənni əsasən qeyri- ixtisaslı fənn müəllimləri tədris edirdilər. Xüsusilə riyaziyyat, fizika, kimya, ədəbiyyat və sairə fənnlər üzrə bütün məktəblərdə bu sahədə müəllimlər olduğu üçün həmin məktəbdə təsviri incəsənət dərslərini bu müəllimlərdən birinə həvalə edirdilər. Belə müəllimlər təsviri incəsənət dərslərində özlərinin ana fənnlərindəki mövzuları davam edirdilər. Amma Respublikamızın bütün şəhər,rayon və kənd məktəblərində rəssamlıq üzrə üstün istedada malik bir neçə şagird vardı. İxtisaslı Təsviri incəsənət müəllimi olmayan məktəblərdəki rəssamlıq üzrə təbii imkana malık şagirdlər öz fitri istedadlarını inkişaf etdirə bilmirdi. Rəssamlıq üzrə fitri istedada malik belə uşaqlara yaxından köməklik göstərmək məqsədi ilə qısa müddətdə Respublikanın bütün şəhər, rayon və kənd məktəblərindəki rəssamlıq qabiliyyətlinə malik uşaqların məlumat bankını topladım. Aşkar edilmiş belə uşaqlarla Təhsil Nazirliyinin xətti ilə şəhər və rayonlarda simpoziumlar, uşaq rəsm sərgiləri təşkil etməyə başladıq. Belə simpozium və sərgilərdə respublikamızın bütün ucqar şəhər və rayonlarından, xüsusilə kənd məktəblərindəki istedadlı məktəbli rəssamlar cəlb edilir, onların təbii qabiliyyətləri aşkar edilirdi. Üzə çıxarılan belə istedadlı uşaqlar simpozium və sərgilərdən sonra yenə öz doğma məktəblərinə geri dönürdülər. Lakin oralarda ixtisaslı rəsm müəllimlərinin, təsviri incəsənət studiyalarının, rəsm üzrə dərnəklərin yoxluğu, aşkar edilmiş belə uşaqların həvəslərini söndürürdü. Elə həmin zamanlar 1985-ci ildə belə uşaqlara yaxından köməklik göstərmək məqsədi ilə Bakıda Rəşid Behbudov küçəsi 44 ünvanında yerləşən şəxsi yaradıcılıq emalatxanamın nəzdində Azərbaycanda analoqu olmayan, ictimai əsaslarla ilk dəfə Uşaqların Təsviri Yaradıcılığı üzrə Qiyabi Uşaq Xalq Universitetini açdım. Məlumat bankımızda uşaqların ev ünvanları vardı. İlk sınaq təcrübə işi bu uşaqlara tək-tək məktub yazaraq onları rəssamlıq emalatxanamın nəzdində fəaliyyətə başlamağa, Qiyabi uşaq universitetinə üzv olmağa dəvət edirdim. Bu xəbəri böyük sevinclə qarşılayan uşaqlar vaxt itirmədən universitetə üzv olurdular. Evdə çəkdikləri rəsmləri məktub vasitəsi ilə bizim ünvanımıza göndərirdilər. Mən bu məktublardakı rəsmləri incələyib, həmin uşaqlara tək-tək cavab məktubu yazaraq onlara rəsmlərindəki yanlış yerləri, səhvlərini başa salır, rəssamlığın ilkin qaydalarını öyrədirdim. Hər zaman yeni-yeni mövzular verirdim. Ezamiyyətdə olduğum zamanlarda universitetimizin üzvləri olan uşaqları məktəblərdə axtarıb tapıb onlarla üz-üzə görüşürdüm. Yerində onlara lazımi göstərişlər verirdim. Xüsusi ilə Respublikamızın ucqar kənd və rayonlarında yaşayan istedadlı uşaqları universitetimizə cəlb etməyə çalışırdım. Həmin illərdə Azərbaycan Rəssamlar İttifagına yeni sədr Fərhad Xəlilov seçildi. Rəssamlar İttifagının yeni sədri gənc, dinamik bir rəssam idi. Seçildiyi günün sabahı Fərhad Xəlilov köhnə sədrlərdən fərqli olaraq məktəbləri ziyarət etməyə başladı. Bir gün onun Bakı rəssamlıq təmayüllü məktəbinə gələcəyini Nazirlikdən mənə xəbər verdilər. Fərhad Xəlilovu qarşılamaq və ona Rəssamlıq təmayüllü məktəbi ziyarət etməsində yaxından köməklik göstərmək üçün həmin məktəbə getdim. Fərhad Xəlilovla ilk dəfə orada qarşılaşdım. O, məktəbi gəzdi,vəziyyəti ilə maraqlandı, orada oxuyan şagirdlərlə yaxından tanış oldu. Bundan sonra Azərbaycan Rəssamlar İttifaqı olaraq onlara hər cür maddi,mənəvi köməklik göstərəcəyinə söz verdi. Doğrusu onun bu hərəkəti məni çox çaşdırdı. Mən o görüşə gedəndə Rəssamlar İttifaqının sədri olaraq bir KP bürokratı gələcəyini gözləyirdim. Ancaq bütün fikirlərim alt-üst oldu. Tam mənim xəyallarımın sədri ilə qarşılaşdım. Məktəb ziyarətindən sonra ona Azərbaycandakı məktəblərin vəziyyəti haqqında məlumat verdim. Fürsəti əldən verməmək üçün ona yeni yaratdığım qiyabi universitet barəsində geniş məlumat verdim. O , diqqətlə məni dinlədi sonra:’’ Rafiq, sabah saat 9.00-da mənim iş yerimə, Rəssamlar İttifaqına gəl’’ dedi. Sonra maşına minib getdi. Mən əvvəlcə şok oldum, sonra Azərbaycan Rəssamlar İttifaqı sədrinin sabah məni öz iş otağına dəvət etdiyini anladım. Sevincimdən sabaha qədər yata bilmədim. Çünki o illərdə Kommunist Partiyasının elə bir zamanı idi ki, belə vəzifəli şəxsin mənim işimə diqqət edəcəyi inandırıcı kimi görünmürdü. Ancaq burada sədr özü məni görüşə dəvət etmişdi. Sabah saat 9.00 da Azərbaycan Rəssamlar İttifaqının qəbul otağına gəldim. Katibə sədrin məni gözlədiyini bildirdi və içəri dəvət etdi. Mən Fərhad Xəlilovun iş otağna girdim. O məni gülər üzlə qarşıladı, mənimlə ətraflı söhbət apardı . Bundan sonra mənim içtimai əsaslarla açdığım Uşaqların Təsviri Yaradıcılığı üzrə Qiyabi Xalq Universitetinin rəsmi şəkildə Azərbaycan Rəssamlar İttifaqı nəzdində fəaliyyət göstərəcəyini və Rəssamlar İttifaqı tərəfindən hər cür maddi, mənəvi dəstək ediləcəyini söylədi. Eləcə də hər zaman bu məsələ ilə bağlı onun yanına gələ biləcəyim üçün katibəyə, Rəssamlar İttifaqının digər məsul işçilərinə göstərişlər verdi. Fərhad Xəliov bu universitetin Azərbaycan Rəssamlar İttifaqının nəzdində rəsmi fəaliyyətə başlaması üçün bir hüquqi əsasnamə hazırlamağımı tapşırdı. Mən hüquqşünaslarla görüşüb yeni hüquqi əsaslarda bir əsasnamə hazırlayıb Fərhad müəllimə gətirdim. O bu əsasnaməni oxudu, Rəssamlar İttifaqının hüquqçularına göstərdi, Rəssamlar İttifagının hüquqi iş sisteminə uyğun bəzi dəyişikliklər edildi, yenidən yazıldı və həmin gün təsdiq etdi. O gün Fərhad Xəlilov Bakı şəhəri Nəsimi rayon İcraiyyə Komitəsinə məktub yazaraq Universitetin rəsmi fəaliyyəti üçün rayonun nəzdindəki qeyri yaşayış fondundan bizə bir yer verilməsini xahiş etdi. Məktub rayon İcraiyyə komitəsinə göndərildikdən qısa müddət sonra, bizə fəaliyyətimizi daha da genişləndirmək üçün Nəsimi rayonu R.Behbudov küçəsi 44 ünvanında əlavə yer verildi. Sonra Rəssamlar İttifaqının hesabına Bədii fonddan universitetə əşyalar və ucqar rayonlarda yaşayan rəssam uşaqlara rəsm çəkməkdə istifadə etmək üçün sulu boyalar, fırçalar, digər vəsaitlər kağız, karton, boş zərflər və sairə lazımi şeylər alındı. Eləcə də bir neçə molbert və əyani vəsait, mulyajlar hədiyyə edildi. Artıq yeni ünvanımızı və Uşaqların Təsviri Yaradıcılığı üzrə Qiyabi Xalq Universitetinin rəsmi şəkildə Azərbaycan Rəssamlar İttifaqının nəzdində fəaliyyət göstərəcəyini bütün üzvlərimizə elan etdim.
Əlbəttə bu xəbər uşaqlar tərəfindən böyük sevinçlə qarşılandı. Universitetimizin üzvlərinin sayı o gündən etibarən xeyli artdı. Doğrusu artıq uşaqların sayı o qədər artmışdı ki, onlara cavab məktubları yazmağa vaxt olmurdu. Lakin bütün uşaqlar ünvanımıza göndərdikləri rəsmlər haqqında səbrsizliklə cavab gözləyirdilər. O illərdə Bakıda kompüter sistemi hələ lazımı səviyyədə inkişaf etməmişdi. Uşağların ən çox sevdiyi və xəbərləşdiyi uşaq jurnalları və qəzetlər idi. Bakıda “Azərbaycan Pioneri” qəzeti fəaliyyət göstərirdi. Qəzetin baş redaktoru ilə görüşmək üçün redaksiyaya gəldim. Baş redaktora Azərbaycan Rəssamlar İttifaqının nəzdində fəaliyyətə başlayan H.Tağıyev universiteti və onun iş sistemi haqqında geniş məlumat verdim. Ona “Azərbaycan Pioneri” qəzeti vasitəsi ilə universitetimizin səsini uşaqlara daha tez çatdırmaq arzusunu söylədim. Baş radaktor məni diqqətlə dinlədi və bu məsələni qəzetin şöbə müdirləri ilə məsləhət etmək üçün onları otağına dəvət etdi. Məni onlarla tanış etdi. Məsələni söylədi və bu mövzu hər kəsin çox xoşuna gəldi. Qəzetin hər nömrəsində bizə “Qiyabi Təsviri İncəsənət’’ guşəsi açılmasına icazə verdilər. Həmin gündən sonra “Azərbaycan Pioneri” qəzetində azərbaycan və rus dilindəki nömrələrində Qiyabi Təsviri İncəsənət guşəsi öz fəaliyyətinə başladı. Bu guşədəki ilk məqaləmiz qəzetin səhifələrində dərc olunduqdan sonra universitetimizin fəaliyyəti nəi
12/02/2026
H.Z.Tağıyev Halk Güzel Sanatlar Üniversitemizin yeni öğrencisi Gulubeyova Aysel Fuad qızı. Ayseli Tebrik eder , ona yeni sanat çalışmalarında başarılar diler , yaratıcılık işlerinde uğurlar dileriz. 🌹🌹🌹
27/10/2025
Üniversitemizin yeni üzvü , öğrencimiz , yetenekli güzel resimler yapan Ekbərli Aytac Loğman kızı, yeni ders yılınız hayırlı uğurlu olun . Yeni resimlerinizi üniversitemizin sayfasında yayınlamaktan mutluluk duyarız. Resim çalışmalarında size başarılar dileriz. Resim çalışmalarında uğurlarınız daim olsun .
🌹🇹🇷🌹🇦🇿🌹🇹🇷🌹🇦🇿🌹🇹🇷🌹🇦🇿🌹🇹🇷🌹🇦🇿🌹
Our university's new student, Ekberli Aytac Loğman, is a 4th-grade student at the Children's Art School in Berde City 1, Azerbaijan. He is a very talented artist and a good artist. May your new academic year be blessed. We will be happy to publish your new paintings on our university's website. We wish you success in your painting endeavors. May your paintings always be successful.
24/06/2025
Üniversitemizin yeni öğrencisi Bulut Nart.
Buluta bundan sonrakı resim çalışmalarında başarılar dileriz, hayırlı uğurlu olsun. 🌹🇹🇷🌹🇦🇿🌹
04/05/2025
H.Z.Tağıyev Halk Güzel Sanatlar Üniversitemizin yeni öğrencisi Mammadova Selin Elşen kızı, Bakü (Sabis Sun International school 6 B klass ) Sabis Sun uluslararası okulun 6 B sınıf öğrencisini tebrik eder , uzaktan açık öğretim resim çalışmalarında başarılar dileriz. 🌹🇹🇷🌹🇦🇿🌹
06/11/2024
Üniversitemizin yeni öğrencisi Damla Çağlar SEV orta okulu 6 sınıf öğrencisi. Damlanın yeni ders yılı hayırlı uğurlu olsun, ona sanat çalışmalarında başarılar dileriz . 🌹🌹🌹
Üniversitemizin yeni öğrencisi Verdiyev Mehemmed Taleh oğlu’nu tebrik ederiz, yeni ders döneminin hayırlı uğurlu olmasını arzu eder, resim çalışmalarında ona daim başarılar dileriz.
03/11/2023
Üniversitemizin yeni öğrencisi Doruk Said İğnecioğlu,9 yaşında,Levent İlkokulu 4.sınıfta okur. Resim çalışmalarında kendisine yeni yeni Başarılar dileriz.