Gülarə Əliyeva adına 3 UİM

Gülarə Əliyeva adına 3 UİM Gülarə Əliyeva adına 3 saylı uşaq incəsənət məktəbi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  tabeliyində olan Gülarə Əliyeva adına 3 nömrəli uşaq İncəsənət Məktəbinin kollekti...
28/11/2025

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Gülarə Əliyeva adına 3 nömrəli uşaq İncəsənət Məktəbinin kollektivinin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Mədəniyyət Nazirliyinin 2025-ci il üçün təsdiqlənmiş İş Planına uyğun olaraq Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi mövzusunda görüş keçirilib.

26/10/2025
https://www.facebook.com/share/1CZQAMfMZd/
16/10/2025

https://www.facebook.com/share/1CZQAMfMZd/

III seçim mərhələsi iştirakçılarının diqqətinə! 📢

Seçim mərhələsinin tarix və məntəqələri barədə məlumat artıq www.uif.az portalındakı şəxsi kabinetlərinizə yerləşdirilib. 🥳

✅ Hər hansı qarışıqlıq və anlaşılmazlıq yaşanmaması üçün məlumatları seçim gününüzdən əvvəl bir daha yoxlamağı unutmayın.

https://www.facebook.com/share/p/19TziKmWkb/
06/09/2025

https://www.facebook.com/share/p/19TziKmWkb/

2025/2026-cı tədris ili üzrə qəbul imtahanlarının nəticələri elan olunub!

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

Namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.

Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.

️Yeni təhsil ilində bütün şagird və müəllimlərimizə uğurlar arzulayırıq.

13/08/2025

İncəsənət məktəb və mərkəzlərinə ixtisas və məktəb seçimi mərhələsi başlanır

14 avqust tarixindən Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulunun ixtisas və məktəb seçimi mərhələsinə başlanılır. Seçim mərhələsi avqustun 21-dək davam edəcək.
Qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər “My Culture” vahid şəxsi kabinet sistemi üzərindən qeydiyyatdan keçdikləri hesab vasitəsilə ixtisas və məktəb seçimi edə bilərlər. Hər bir namizədə 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək imkanı verilir.
Qeyd: xarici ölkə vətəndaşları müvafiq regional mədəniyyət idarəsinə yaxınlaşıb məktəb və ixtisas seçimi edə biləcəklər.
Qəbul prosesi ödənişsiz təhsil üzrə aşağıdakı yaş hədləri çərçivəsində həyata keçirilir:
🔹 Musiqi alətləri ixtisasları üzrə:
• fortepiano, simli alətlər (7 illik təhsil): 6–8 yaş
• fortepiano, simli, nəfəs, zərb və xalq çalğı alətləri (5 illik təhsil): 8–12 yaş
🔹 Vokal, estrada oxuma, xanəndəlik və xor ixtisasları üzrə:
• vokal, estrada oxuma və xanəndəlik (5 illik təhsil): 7–11 yaş
• xor ixtisası (7 illik təhsil): 7–10 yaş
🔹 Təsviri sənət ixtisasları üzrə:
• rəssamlıq və heykəltəraşlıq (4 illik təhsil): 8–12 yaş
🔹 Xoreoqrafiya ixtisası üzrə:
• 5 illik təhsil: 6–10 yaş
🔹 11 illik təhsil sistemi üzrə (musiqi və incəsənət məktəbinin 5 və 7-ci sinif bazasından qəbul):
• Minimum yaş: 13 yaş
• Əlavə şərt: Namizəd müvafiq ixtisaslar üzrə incəsənət məktəb və mərkəzlərinin cari və ya ötən ilin məzunu olmalıdır.
📌 Ödənişli əsaslarla təhsil üçün isə minimum yaş hədləri saxlanılmaqla, maksimum yaş 29 olaraq müəyyən edilib.
Ətraflı: culture.gov.az və baku-art.com

15/07/2025

Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub.

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri elan olunub.

Namizədlər nəticələrlə “exam.culture.az” portalı vasitəsilə tanış ola bilərlər.

İmtahan nəticəsindən narazı olan namizədlər 16-18 iyul tarixlərində “MyCulture” vahid şəxsi kabineti vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərə 10 iş günü ərzində baxılacaq.

Qeyd edək ki, məktəb və ixtisas seçimi apellyasiya prosesi yekunlaşdıqdan sonra “MyCulture” şəxsi kabineti üzərindən aparılacaq.

Qəbul imtahaninda iştirak edən namizədlərin diqqətinə.
16/06/2025

Qəbul imtahaninda iştirak edən namizədlərin diqqətinə.

10/05/2025

Bugün Azərbaycan tarixində silinməz izlər qoymuş dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. O, yalnız böyük siyasətçi deyil, həm də milli-mənəvi dəyərlərimizin qoruyucusu, mədəniyyətimizin ilhamverici gücü idi.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət Məktəblərinin Uşaq İncəsənət Festivalının iştirakçı şagirdləri ilə birlikdə hazırlanan bu video-çarx ən böyük sübutdur ki, Heydər Əliyev irsi bu gün də yaşayır. Gözlərdə, qəlblərdə, sənətdə… Ulu Öndəri ehtiramla anırıq!

Rəsm şöbəsinin şagirdlərinin sərgisi
10/05/2025

Rəsm şöbəsinin şagirdlərinin sərgisi

Adresse

Suraxanı Rayonu. Bül Bülə Qəs. S. Bəhlulzadə Küç 63
Baku
1043

Heures d'ouverture

Lundi 09:00 - 17:00
Mardi 09:00 - 17:00
Mercredi 09:00 - 17:00
Jeudi 09:00 - 17:00
Vendredi 09:00 - 17:00
Samedi 09:00 - 18:00
Dimanche 09:00 - 17:00

Téléphone

+994124523875

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Gülarə Əliyeva adına 3 UİM publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'école

Envoyer un message à Gülarə Əliyeva adına 3 UİM:

Raccourcis

Partager