UNEC-in Zaqatala filialı

UNEC-in Zaqatala filialı UNEC-in Zaqatala filialı iqtisadiyyat sahəsində ixtisaslı kadrların hazırlanmasını həyata keçirir. Filialda hal-hazırda 1300-dən çox tələbə təhsil alır.

Regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara tələbatı təmin etmək, bölgələrdə yaşayan gənclərin seçdikləri ixtisaslar üzrə keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəssisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərə

ncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı əsasında Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı yaradılmışdıır.

17/08/2026

465 balla UNEC Zaqatala filialını seçdi! 🎓✨

465 bal toplayan Şəkər İsmayılova universitet seçimində UNEC Zaqatala filialını, ixtisas olaraq isə Maliyyə ixtisasını seçib.

UNEC Zaqatala filialı regionda iqtisad yönümlü ali təhsil imkanları təqdim edən yeganə ali təhsil müəssisəsi olaraq tələbələrə müasir təhsil mühiti və yüksək akademik imkanlar yaradır.

Burada əlverişli təhsil haqqı ilə yüksək səviyyəli tədris, müasir təhsil standartlarına uyğun infrastruktur, tələbələrin rahatlığı üçün Tələbə Evi, müasir laboratoriyalar, kitabxana və digər imkanlar təqdim olunur.

Keyfiyyətli təhsil, müasir infrastruktur və gələcəyə yönəlmiş akademik mühit axtaran abituriyentlər üçün UNEC Zaqatala filialı doğru seçimdir. 🎓

Şəkər İsmayılovanın UNEC Zaqatala filialını seçməsinin səbəbləri və seçim hekayəsi ilə videoda tanış olun! 🎥

Gələcəyini UNEC Zaqatala filialında qur! 💙

17/08/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri mühüm siyasi, sosial-iqtisadi və strateji əhəmiyyət daşıyan hadisə kimi yadda qalıb. Bu səfər Naxçıvanın hərtərəfli inkişafının ardıcıl xarakter daşıdığını bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə isə görülən işlərin və qarşıda duran vəzifələrin daha geniş şəkildə ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər etdiyini və hər səfərin də böyük mənası və gözəl nəticələri olduğunu diqqətə çatdıran dövlətimizin başçısı Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının təmin edilməsinin əsas hədəflərdən biri olduğunu bildirib. Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin hərbi qüdrətinin və müdafiə imkanlarının yüksək səviyyədə olduğunu qeyd edib.
Müsahibəsi zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasını xüsusi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirən prezident İlham Əliyev hazırda təxminən 200 meqavat generasiya gücünə malik olan Naxçıvanda 300 meqavat gücündə yeni istilik elektrik stansiyasının inşa ediləcəyini bildirib.
Bəli, Naxçıvan artıq enerji təminatında yeni mərhələyə keçir. Bu layihə Naxçıvanın enerji imkanlarını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, regionun gələcək sənaye inkişafı üçün də mühüm baza yaradacaq. Bərpaolunan enerji sahəsində də Naxçıvan üçün böyük perspektivlər mövcuddur. Burada bir çox su və Günəş elektrik stansiyaları, modul tipli elektrik stansiyası inşa edilmişdir. Cənab prezidentin qeyd etdiyi kimi, aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Buna görə artıq 600 hektardan çox ərazi müəyyən edilib və orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyaları inşa ediləcək. Naxçıvandan çox böyük həcmdə elektrik enerjisinin ixracı da nəzərdə tutulacaq. Enerji təhlükəsizliyinin digər mühüm komponenti qaz təminatıdır. Naxçıvanın qazlaşma səviyyəsinin 100 faizə çatdırılması əhalinin sosial rifahı və iqtisadi fəaliyyət üçün mühüm nəticədir.
Çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malik Naxçıvanın Azərbaycanın tarixində və dövlətçilik ənənələrində xüsusi rolunu vurğulayan Prezident qeyd edib ki, “Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir.”
Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirdiyi məsələlərdən biri Zəngəzur dəhlizi və Naxçıvanın gələcək nəqliyyat imkanları ilə bağlı fikirləridir. Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü Azərbaycana məxsusdur və Azərbaycanın əsas hissəsinin ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirilməsi çoxdankı hədəfdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda bu məsələnin əks olunması üçün göstərilən siyasi səyləri xatırladan prezident İlham Əliyev 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Zirvə Görüşünün bu məsələdə dönüş nöqtəsi olduğunu bildirib.
Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğu, dəmir yolunun tikintisinin də sürətlə davam etdiyi diqqətə çatdıran prezident İlham Əliyev Naxçıvan istiqamətində Ordubad və Sədərək rayonları ərazisində mövcud olmayan dəmir yolu hissələrin yenidən tikiləcəyini bildirib. Ölkə başçısı vurğulayıb ki, “Azərbaycan öz vəsaiti hesabına bu dəmir yolunu tam işlək və 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan vəziyyətə çatdıra bilər və çatdırmalıdır.”
Bir çox beynəlxalq qurumların, bəzi ölkələrin bu yola maraq göstərdiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, “Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq.”
Prezidentin sözlərinə görə, bu yolun əhəmiyyəti təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq.
Beləliklə, Zəngəzur layihəsi nəqliyyat dəhlizindən daha geniş anlayışa çevrilir. Bu, enerji, rəqəmsal kommunikasiya, logistika və iqtisadi inteqrasiyanı özündə birləşdirən çoxfunksiyalı regional bağlantıdır.
Bununla yanaşı, Naxçıvanın inkişafında xarici investisiyaların cəlb edilməsidə mühüm istiqamət kimi müəyyənləşdirilir. Prezident artıq müxtəlif istiqamətlərdən investisiya təkliflərinin daxil olduğunu və Naxçıvanın potensialından daha geniş istifadə olunacağını bildirib. Bu isə muxtar respublikanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır.
Müsahibədə Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarə etmə modelinin üstünlüklərinin Naxçıvanda da nəzərə alınacağı bildirilib. Prezident qeyd edib ki, “kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar.”
Beləliklə, Prezident İlham Əliyevin AzTV-yə müsahibəsi yalnız Naxçıvanın inkişafı haqqında deyil, Azərbaycanın gələcək regional modelinin konturlarını göstərir.

Kamran Məmmədov
Zaqatala RİHBA-nın Sosial-iqtisadi məsələlər,
informasiya təminatı və təhlili sektorunun baş məsləhətçisi

12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Balakən rayonunda “Balakən Gənclər Festivalı – 2026” keçirilib.Balakən ...
13/08/2026

12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Balakən rayonunda “Balakən Gənclər Festivalı – 2026” keçirilib.

Balakən Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi və digər qurumların təşkilatçılığı ilə baş tutan festivalda gənclər üçün müxtəlif sərgilər, yaradıcılıq təqdimatları, müsabiqələr, intellektual və idman yarışları, musiqi və əyləncə proqramları təşkil olunub.

Festival çərçivəsində keçirilən sərgidə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialı da iştirak edib. Filialın sərgi stendində təhsil müəssisəsi haqqında məlumatlar, təhsil imkanları, ixtisaslar və magistratura proqramı ilə bağlı materiallar təqdim olunub.

Tədbir zamanı UNEC Zaqatala filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Həqiqət Qədimova və filialın əməkdaşları sərgidə filialı təmsil ediblər. Həqiqət Qədimova Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələrinə filialın fəaliyyəti, təhsil imkanları, ixtisasları və magistratura proqramı haqqında ətraflı məlumat verib.

Festival gənclərin bir araya gəlməsi, onların yaradıcılıq və intellektual potensialının nümayiş etdirilməsi, eləcə də müxtəlif təhsil və inkişaf imkanları barədə məlumatlandırılması baxımından əhəmiyyətli tədbir olub.

UNEC Zaqatala filialının Tələbə Evi 🏠Tələbələrin rahat, təhlükəsiz və əlverişli şəraitdə yaşaması üçün bütün zəruri imka...
12/08/2026

UNEC Zaqatala filialının Tələbə Evi 🏠
Tələbələrin rahat, təhlükəsiz və əlverişli şəraitdə yaşaması üçün bütün zəruri imkanlarla təmin olunub!

Bu gün UNEC Zaqatala filialının direktoru, i.f.d., dosent hörmətli Raqif Qasımovun doğum günüdür.Filialımızın inkişafı, ...
11/08/2026

Bu gün UNEC Zaqatala filialının direktoru, i.f.d., dosent hörmətli Raqif Qasımovun doğum günüdür.

Filialımızın inkişafı, qarşıya qoyulan hədəflərin uğurla reallaşdırılması və müxtəlif layihələrin həyata keçirilməsində göstərdiyi təşəbbüskarlıq və əməyə görə hörmətli direktorumuza UNEC Zaqatala filialı ailəsi adından möhkəm cansağlığı, uzun ömür, rəhbərlik fəaliyyətində davamlı uğurlar və yeni nailiyyətlər diləyirik!

🎓 UNEC Zaqatala filialında təhsil almaq istəyirsiniz?UNEC Zaqatala filialında tədris olunan ixtisaslar, keçid balları və...
07/08/2026

🎓 UNEC Zaqatala filialında təhsil almaq istəyirsiniz?

UNEC Zaqatala filialında tədris olunan ixtisaslar, keçid balları və təhsil haqları ilə ətraflı tanış olun!
📚 Gələcəyiniz üçün doğru ixtisası seçin, keyfiyyətli təhsil imkanlarından yararlanın və tələbəlik həyatınızı UNEC Zaqatala filialında qurun.
🔎 İxtisaslar | Keçid balları | Təhsil haqları
Ətraflı məlumat üçün paylaşımı nəzərdən keçirin və seçimlərinizi indidən müəyyənləşdirin! 💙

03/08/2026

Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd etdiyimiz bu gün milli şüurumuzun, dövlətçiliyimizin və mədəni irsimizin təntənəsidir. Azərbaycan dili dövlətimizin müstəqilliyini, xalqımızın milli birliyini və mənəvi bütövlüyünü ifadə edən ən mühüm amillərdən biridir. Yüzilliklərin sınağından keçərək bu günümüzə qədər gəlib çatan, zəngin leksik tərkibi, yüksək ifadə imkanları, ahəngdarlığı və bədii-estetik xüsusiyyətləri ilə dünya dilləri sırasında özünəməxsus yer tutan Azərbaycan dili hər bir azərbaycanlının ən böyük dəyərdir.
Tarixə nəzər salsaq görərik ki, SSRİ dövründə milli dillərin sıxışdırılması prosesi həyata keçirilirdi. SSRİ Konstitusiyasının qəbulundan sonra bu proses daha da gücləndirildi. Belə bir şəraitdə hətta milli respublikaların rəhbərləri belə ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Lakin, yaranmış əngəllərə baxmayaraq, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyev ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etdi. 1978-ci il aprelin 2-də Heydər Əliyevin təkidi ilə yeni konstitusiyaya dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirən maddə əlavə olundu. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.
Müstəqillik illərində də respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. 1995-ci ilin noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmiləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərman və 2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir.
Bəli, Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, diplomatiya aləminə yol açması, zənginləşməsi və dünyanın mötəbər kürsülərindən səslənməsi məhz Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik dil siyasətinin nəticəsidir. Müasir dövrdə Azərbaycan dilinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan dilinin saflığının qorunması, dövlət idarəçiliyində və informasiya məkanında düzgün tətbiqi istiqamətində mühüm addımlar atılır. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı, 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.
Dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın varlığını qoruyan ən mühüm dayaqlardan biridir. Tarixi keçmişimizi, milli kimliyimizi və milli-mənəvi dəyərlərimizi yaşadan, bizlərə ulu babalardan miras qalan ən qiymətli milli sərvətimizi-ana dilimizi qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

Kəmalə Əhmədova
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin
Zaqatala üzrə Təhsil sektorunun müdiri

03/08/2026

Ortaq mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan Azərbaycan-Qırğızıstan əlaqələri artıq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri, səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan çoxsaylı sənədlər, qəbul olunan Çolpon-Ata Bəyannaməsi, qarşılıqlı ali dövlət təltiflərinin təqdim edilməsi və dövlət başçılarının mətbuata bəyanatları Azərbaycan–Qırğızıstan münasibətlərinin artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda səsləndirdiyi “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri əsas siyasi mesaj kimi xüsusi əhəmiyyət daşıyır. Bu fikir göstərir ki, Azərbaycan və Qırğızıstan münasibətləri artıq qarşılıqlı etimada, siyasi həmrəyliyə və ortaq strateji maraqlara əsaslanan müttəfiqlik mərhələsinə qədəm qoyub. Dövlət başçısının vurğuladığı kimi, iki ölkə bütün təşəbbüslərdə-həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birini bundan sonra da dəstəkləyəcək.
Səfər iqtisadi sahədə də mühüm nəticələrlə yadda qalıb. Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə edildiyini vurğulayan dövlətimizin başçısı əmin olduğunu bildirib ki, “bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir.”
Səfər çərçivəsində İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa olunan “Bakı Resort & Spa” hotelinin istifadəyə verilməsi də xüsusi diqqətə layiq hadisədir. İlk beşulduzlu hotelin məhz “Bakı” adını daşıması Azərbaycanın Qırğızıstana münasibətdə səmimi dostluğunun və uzunmüddətli əməkdaşlıq niyyətinin rəmzidir.
Prezident İlham Əliyev bəyanatında Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyi xüsusi minnətdarlıqla qeyd edib. Dövlətimizin başçısı həmçinin Qırğızıstan Prezidenti Sadır Japarova və Mərkəzi Asiya ölkələrinin digər prezidentlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə təşəkkürünü bildirib.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı – birinci dərəcəli “Manas” ordeni ilə təltif edilməsi, Prezident Sadır Japarovun isə Azərbaycanın ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülməsi iki ölkə arasında qarşılıqlı etimadın və qardaşlığın ən yüksək səviyyədə olduğunu göstərən mühüm siyasi hadisədir.
Bəli, Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldılması və adını daşıyan parkın salınması, Bişkekdə Qırğızıstan–Azərbaycan Dostluğu Parkının yaradılması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir. Bütövlükdə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və mətbuata verdiyi bəyanatı təkcə iki qardaş ölkə arasında mövcud münasibətlərin yüksək səviyyəsini deyil, həm də gələcək əməkdaşlığın strateji mahiyyətini nümayiş etdirir.

Raqif Qasımov
İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent,
UNEC Zaqatala filialı direktoru

🎓 Magistr adını qazanan bütün tələbələri ürəkdən təbrik edirik!Yeni təhsil mərhələnizdə sizə uğurlar, yüksək nailiyyətlə...
29/07/2026

🎓 Magistr adını qazanan bütün tələbələri ürəkdən təbrik edirik!

Yeni təhsil mərhələnizdə sizə uğurlar, yüksək nailiyyətlər və unudulmaz tələbə həyatı arzulayırıq.

UNEC ailəsinə xoş gəlmisiniz! 💙

Address

Əhməd Rəcəbli 4
Zaqatala

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994502991160

Alerts

Be the first to know and let us send you an email when UNEC-in Zaqatala filialı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to UNEC-in Zaqatala filialı:

Shortcuts

Share