Zaqatala şəhər Aydın Əhmədov adına 6 nömrəli körpələr evi-uşaq bağçası

  • Home
  • Azerbaijan
  • Zaqatala
  • Zaqatala şəhər Aydın Əhmədov adına 6 nömrəli körpələr evi-uşaq bağçası

Zaqatala şəhər Aydın Əhmədov adına 6 nömrəli körpələr evi-uşaq bağçası � Zaqatala şəhəri Aydın Əhmədov adına 6 nömrəli körpələr evi-uşaq bağçası, rəsmi facebook səhifəsi

🌿 Sağlam mühit, rahat yuxu! 🧸☀️Bağçamızda uşaqların sağlamlığı və rahatlığı üçün gündəlik gigiyenik tədbirlərə xüsusi di...
11/08/2026

🌿 Sağlam mühit, rahat yuxu! 🧸☀️

Bağçamızda uşaqların sağlamlığı və rahatlığı üçün gündəlik gigiyenik tədbirlərə xüsusi diqqət yetirilir. Bu məqsədlə uşaqların yatdığı matraslar mütəmadi olaraq havalandırılır və təmiz saxlanılır.

Təmiz və sağlam mühit — uşaqlarımızın rahat yuxusu, sağlamlığı və gün ərzində daha enerjili olmaları üçün vacibdir. 🤍

🌱 Təmizlikdən sağlamlığa, sağlamlıqdan xoşbəxt uşaqlığa!

📚 Məktəbəqədər təhsildə peşəkar inkişaf və səmərəli fəaliyyətBu gün bağçanın rəhbəri tərəfindən tərbiyəçi-müəllimləri, m...
01/08/2026

📚 Məktəbəqədər təhsildə peşəkar inkişaf və səmərəli fəaliyyət

Bu gün bağçanın rəhbəri tərəfindən tərbiyəçi-müəllimləri, musiqi müəllimləri və xadimə-dayələrimiz üçün məktəbəqədər təhsil prosesinin keyfiyyətli təşkili istiqamətində təlim keçirilib.

Təlim çərçivəsində məktəbəqədər təhsil müəssisəsində gündəlik fəaliyyətin daha səmərəli və məqsədyönlü təşkili ilə bağlı aşağıdakı mövzular ətrafında müzakirələr aparılıb:

🔹 Məktəbəqədər təhsil proqramı (kurikulum)
🔹 Məktəbəqədər təhsildə inkişaf sahələri
🔹 İllik fəaliyyət planının hazırlanması və yazılması
🔹 Məktəbəqədər təhsilin məzmunu
🔹 Valideynlərlə səmərəli əməkdaşlığın qurulması
🔹 Qrup otağının və təlim mühitinin düzgün idarə olunması
🔹 İnkişafetdirici guşələrin təşkili və guşələrlə iş
🔹 Məktəbəqədər yaşlı uşaqların inkişafında oyunların rolu və oyunlardan səmərəli istifadə

Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, mövzular üzrə fikir mübadiləsi aparılıb və praktik yanaşmalar müzakirə edilib.

🌱 Məqsədimiz — məktəbəqədər təhsildə peşəkarlığı artırmaq, uşaqlar üçün daha keyfiyyətli, təhlükəsiz və inkişafetdirici mühit formalaşdırmaqdır.

🙏Təlimin təşkili üçün bizə şərait yaradan Zaqatala Təhsil Sektorunun rəhbəri Kəmalə xanıma və Şəhər 1 nömrəli tam orta məktəbin direktoru Nəzakət müəlliməyə çox təşəkkür edirik!

🎼 Musiqi-uşaqların estetik zövqünün, yaradıcılıq qabiliyyətinin və emosional inkişafının formalaşmasında mühüm rol oynay...
23/07/2026

🎼 Musiqi-uşaqların estetik zövqünün, yaradıcılıq qabiliyyətinin və emosional inkişafının formalaşmasında mühüm rol oynayır.

📌 Bağçamızın dəyərli musiqi rəhbərlərindən biri ilə tanış olun! 😊

👩‍🏫Mominət Mustafayeva
1996-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsində təhsil alıb.
Həmçinin o, Zaqatala İncəsənət Məktəbinin 7 illik fortepiano şöbəsini bitirib.
Mominət müəllimə hazırda həm bizim bağçamızda həm də şəhər 5 nömrəli uşaq bağçasında musiqi rəhbəri vəzifəsində çalışır.

🤍 Qeyd edək ki, Mominət müəllimə də bağçamızın ilk rəhbəri, qabaqcıl maarif xadimi və Əməkdar müəllim Gülşən Orucovanın nəvəsidir.

Mominət müəlliməyə müvəffəqiyyətlər arzu edirik!😊

📢 3–4 yaşlı uşaqlar üçün boş yerlərimiz var!Əziz valideynlər, bağçamızda 3–4 yaşlı uşaqlar üçün boş yerlər mövcuddur. 👧🏻...
22/07/2026

📢 3–4 yaşlı uşaqlar üçün boş yerlərimiz var!

Əziz valideynlər, bağçamızda 3–4 yaşlı uşaqlar üçün boş yerlər mövcuddur. 👧🏻👦🏻

Övladınızı bağçaya növbəyə yazdırmaq istəyirsinizsə, müraciət edə bilərsiniz. 📝

📍 Növbəyə yazılmaq və qeydiyyatla bağlı dəstəyə ehtiyacınız varsa, bağçamıza yaxınlaşın. Sizə məmnuniyyətlə köməklik göstərəcəyik. 🤝

🏫 Zaqatala şəhəri Aydın Əhmədov adına 6 nömrəli körpələr evi–uşaq bağçası

Nağılçı Uşaq Yaradıcılıq Atelyesi Uşaq Yaradıcılıq Atelyesinin bağçamıza hədiyyələri var!🪄Beləki, Nağılçı Uşaq Yarad...
14/07/2026

Nağılçı Uşaq Yaradıcılıq Atelyesi Uşaq Yaradıcılıq Atelyesinin bağçamıza hədiyyələri var!

🪄Beləki, Nağılçı Uşaq Yaradıcılıq Atelyesi bağçamızın uşaqları üçün müxtəlif yumşaq kuklalar, nağıl kitabları, personaj geyimləri, yaradıcı oyuncaqları hədiyyə göndərib.

🪄Bağçamıza hədiyyə edilən bu vəsaitlər uşaqlarımızın yaradıcılığının, təxəyyülünün və öyrənmə prosesinin daha da zənginləşməsinə dəyərli töhfə olacaq.

📚🎭Bu gözəl və mənalı hədiyyələrə görə səmimi təşəkkürümüzü bildirir, fəaliyyətlərində uğurlar arzulayırıq!🥰

💫Bu gün bağçamızın orta qrup tərbiyəçi-müəllimi Nərgiz Novruzovanın müəssisəmizdə son iş günü oldu. Nərgiz müəllimə qanu...
03/07/2026

💫Bu gün bağçamızın orta qrup tərbiyəçi-müəllimi Nərgiz Novruzovanın müəssisəmizdə son iş günü oldu. Nərgiz müəllimə qanunvericiliyə uyğun olaraq 65 yaş həddinə çatdığı üçün əmək fəaliyyətini başa vuraraq təqaüdə yola salındı.

🪄Bu münasibətlə bağçamızın müdiri Pəri Osmanova və müəssisənin kollektivi Nərgiz müəlliməni uzunillik səmərəli pedaqoji fəaliyyətinə, uşaqların təlim-tərbiyəsinə verdiyi dəyərli töhfələrə görə təşəkkür edib, ona gələcək həyatında möhkəm cansağlığı, xoş günlər və firavan ömür arzulayaraq səmimi şəkildə vida ediblər.

💫Həmçinin ETİHİ Zaqatala Rayon Komitəsi tərəfindən də Nərgiz müəllimə təbrik olunub. Komitə adından Novruzova Nərgiz Əhməd qızına hədiyyə təqdim edilərək, uzunillik fəaliyyəti yüksək qiymətləndirilb, ona möhkəm cansağlığı, ailə səadəti və xoşbəxt təqaüd həyatı arzulanıb.

💫Kollektivimiz adından Nərgiz müəlliməyə uğurlar arzu edirik!

03/07/2026

Təhsil İnstitutu dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsini təqdim edir.

Müvafiq keçidə daxil olmaqla qiymətləndirmə çərçivəsi ilə tanış ola bilərsiniz:

https://arti.edu.az/wp-content/uploads/2026/07/030726_M%C9%99kt%C9%99b%C9%99q%C9%99d%C9%99r_sertifikatlasdirma_c%C9%99rciv%C9%99_s%C9%99n%C9%99di-1.pdf

🪄Bağçamız yeni tədris ilinə tam sürətli şəkildə hazırlaşır!😇🧗‍♀️ Yeni İsveç divarımız artıq uşaqlarımızın istifadəsindəd...
02/07/2026

🪄Bağçamız yeni tədris ilinə tam sürətli şəkildə hazırlaşır!😇

🧗‍♀️ Yeni İsveç divarımız artıq uşaqlarımızın istifadəsindədir!

İsveç divarı uşaqların fiziki inkişafını dəstəkləyən ən faydalı idman avadanlıqlarından biridir. O, uşaqlarda güc, çeviklik, tarazlıq, koordinasiya və elastiklik bacarıqlarını inkişaf etdirir, düzgün qamətin formalaşmasına kömək edir, özünəinamı artırır və hərəkət sevgisini gücləndirir.

Sağlam inkişaf üçün daha bir addım! 🌱🤸‍♂️

02/07/2026
🌿 Valideyn guşəmiz hazırdır! 🌿Uşağın inkişaf yolunda ən böyük güc — ailə və təhsil müəssisəsinin birgə əməkdaşlığıdır.Gu...
30/06/2026

🌿 Valideyn guşəmiz hazırdır! 🌿

Uşağın inkişaf yolunda ən böyük güc — ailə və təhsil müəssisəsinin birgə əməkdaşlığıdır.

Guşə bağçamızın giriş hissəsində yerləşir.

Bu guşə vasitəsilə valideynlərimiz:
📚 faydalı məlumatlarla tanış olur,
💡 uşaqların inkişafı və tərbiyəsi ilə bağlı yeni biliklər əldə edir,
🤝 bağça ilə daha sıx əlaqə qurur,
💬 fikir, təklif və rəylərini bizimlə bölüşürlər.

Çünki inanırıq ki, birlikdə öyrənən və əməkdaşlıq edən böyüklər uşaqların daha xoşbəxt gələcəyini qururlar. ❤️

Address

Nəriman Nərimanov Küçəsi, 17
Zaqatala
AZ6200

Website

Alerts

Be the first to know and let us send you an email when Zaqatala şəhər Aydın Əhmədov adına 6 nömrəli körpələr evi-uşaq bağçası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category