26/05/2026
26 may 2026-cı il tarixdə Yevlax şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirin rəsmi hissəsində məktəbin direktor əvəzi Xədicə İbrahimova, tarix müəllimi Ələkbərova Ülkər və yuxarı sinif şagirdləri dövlətimizin keşməkeşli tarixindən, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizədən geniş bəhs etdilər. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın tarixində mühüm əhəmiyyət daşıdığı vurğulandı.
Daha sonra tədbirin bədii hissəsi nümayiş etdirildi. Şagirdlərin ifasında müstəqilliyə həsr olunmuş mahnılar səsləndirildi, milli rəqslər və vətənpərvərlik mövzusunda şeirlər təqdim olundu. Tədbir iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılandı.