Yevlax şəhəri Nizami adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi

Yevlax şəhəri Nizami adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi Yevlax şəhər Nizami adına 7 nömrəli tam orta məktəb 1986-cı ildə fəaliyyətə başlayıb.

11/08/2026
11/08/2026

📢 Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

11/08/2026

📢 Ümumi təhsil müəssisələrinin məzunlarına elektron attestatlar təqdim olunur

🎓 2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə elektron formatda təqdim olunur. Belə ki, 2026-cı il məzunları attestatlarını artıq myGov platformasından əldə edə bilərlər.

📊 Yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq myGov platformasında əlçatandır.

💻 Məzunlar elektron attestatlarını myGov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər.

🔎 Elektron attestatın üzərindəki QR kodu oxutmaqla və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür.

📌 Qeyd edək ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması təmin ediləcək.

🎯 Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır.

28/07/2026

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə nəticələr müəllimlərin şəxsi kabinetlərinə göndərilib

17-25 iyun tarixlərində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutan imtahanlarda ümumilikdə 22 mindən çox müəllim iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib.

Sertifikatlaşdırma prosesinə Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən təhsilverənlər cəlb olunublar.

Test imtahanı mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu 26 iyul saat 12:00-da başa çatdıqdan sonra daxil olan bütün müraciətlər aidiyyəti üzrə ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib və test tapşırıqları ətraflı təhlil edilib. Ekspertlər test tapşırıqlarının tərtibatında müvafiq çərçivə sənədləri və tədris vəsaitləri ilə hər hansı bir uyğunsuzluq olmadığını müəyyənləşdiriblər. Eyni zamanda, bəzi suallarda texniki problemlərin olduğunu qeyd ediblər.

Belə ki, 24 iyun tarixində keçirilmiş imtahanda tarix fənni üzrə Azərbaycan və rus bölmələrində 2, 24 iyun tarixində keçirilmiş imtahanda riyaziyyat fənni üzrə Azərbaycan və rus bölmələrində 1, 25 iyun tarixində keçirilmiş imtahanda texnologiya fənni üzrə Azərbaycan bölməsində 1 və fiziki tərbiyə fənni üzrə rus bölməsində 1 test tapşırığı ilə bağlı qiymətləndirməyə təsir edən texniki xarakterli uyğunsuzluq müəyyən olunub.

Texniki səhvlər nəzərə alındıqdan sonra həmin test tapşırıqları üzrə bal düzəlişləri müvafiq fənn müəllimlərinin xeyrinə hesablanıb.

Yenilənmiş nəticələr artıq müəllimlərin portal.edu.az platformasındakı şəxsi kabinetlərinə göndərilib. Müəllimlər platformanın “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq apellyasiya nəticələri ilə tanış ola bilərlər.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bə...
22/07/2026

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 789 (Cild I); 2024, № 1, maddə 3; 2026, № 1, maddələr 5, 8) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 3.1.2-1-ci maddə əlavə edilsin:

“3.1.2-1. millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;”.

2. 4.0.25-ci maddəyə “təsvirlərini” sözündən sonra “və təhsilverənlər üçün geyim ilə bağlı tələbləri” sözləri əlavə edilsin.

3. 12-ci maddə üzrə:

3.1. 12.13-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.”;

3.2. aşağıdakı məzmunda 12.13-1-ci maddə əlavə edilsin:

“12.13-1. Dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar və təhsilverənlər tərəfindən geyim ilə bağlı tələblərə riayət olunmalıdır.”.

4. Aşağıdakı məzmunda 24.2.2-1-ci maddə əlavə edilsin:

“24.2.2-1. dövlət ümumi təhsil müəssisəsində övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək;”.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyul 2026-cı il

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul tarixli 434-VIIQD nömrəli Qanun...

25/06/2026

Müəllimlərin sertifikatlaşdırılması prosesində uğurlu nəticə göstərən müəllimlərimizi səmimi qəlbdən təbrik edir, onların bu nailiyyətini yüksək qiymətləndiririk. Peşəkarlığın, zəhmətin və davamlı özünüinkişafın göstəricisi olan bu uğur münasibətilə hər birinizə gələcək pedaqoji fəaliyyətinizdə yeni nailiyyətlər, möhkəm sağlamlıq və uğurlar arzulayırıq.
Uğur qazanan müəllimlərimiz:
Abbasova Aytac – Təsviri incəsənət – 58 bal
Tağıyev Novruz – Fiziki tərbiyə – 55 bal
Əliyeva Ülviyyə – Fiziki tərbiyə – 53 bal
Abbasova Mansur – Tarix – 52 bal
Yusifli Nəsib – Fiziki tərbiyə – 51 bal
Səfərova İradə – Texnologiya – 52 bal
Şərifova Gültən – Fizika – 50 bal
Allahverdiyeva Aynur – Tarix – 51 bal
Məhərrəmov Seymur – Fiziki tərbiyə – 45 bal
Cəfərova Şəfa – Fizika – 44 bal
Musayeva Durna – Tarix – 44 bal
Mehdiyeva Rəfiqə – İbtidai sinif – 36 bal
Kərimova Afət – Kimya – 33 bal
Qazandığınız uğurlar təhsilimizin inkişafına verdiyiniz dəyərli töhfələrin göstəricisidir. Hər birinizə gələcək fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayırıq!

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə  qəbul imtahanının nəticələri elan olunub.1.Məsimli Arif...
24/06/2026

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olunub.
1.Məsimli Arif - I ixtisas qrupu 680 bal♥️
2.Əhmədova Həvva - IV ixtisas qrupu 654 bal♥️
3.Səmədli Taliyə - IV ixtisas qrupu 582 bal♥️

Yevlax şəhəri Nizami adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunlarını təbrik edir və növbəti imtahanda daha yüksək nəticələr arzulayırıq✨️✨️✨️

Əziz məzunlar!Bu gün məktəb həyatınızın ən unudulmaz günlərindən biridir. Son zəng yalnız bir ayrılıq deyil, eyni zamand...
13/06/2026

Əziz məzunlar!
Bu gün məktəb həyatınızın ən unudulmaz günlərindən biridir. Son zəng yalnız bir ayrılıq deyil, eyni zamanda yeni arzuların, böyük hədəflərin və uğurlu gələcəyin başlanğıcıdır. Məktəbdə qazandığınız biliklər, dostluqlar və xatirələr ömür boyu sizinlə olacaq.
Sizə gələcək həyatınızda sağlamlıq, xoşbəxtlik, uğurlar və bütün arzularınıza çatmağı arzulayırıq. Yolunuz hər zaman açıq, addımlarınız inamlı olsun!
Son zənginiz mübarək! 🌹🎓📚

12/06/2026

10/06/2026

Address

Nizami Pr.133
Yevlax

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+994223366914

Website

Alerts

Be the first to know and let us send you an email when Yevlax şəhəri Nizami adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category