10/08/2026
Hörmətli valideynlər və əziz şagirdlər!
Yeni 2026–2027-ci tədris ilində şagirdlər üçün əvvəlki illərdə təsdiq edilmiş məktəbli geyim formaları qüvvədə qalacaq.
Məktəbli geyimi sadəcə geyim deyil, vahid məktəb mühitinin, nizam-intizamın və məktəb mədəniyyətinin mühüm göstəricilərindən biridir.
Vahid geyim forması şagirdlər arasında bərabərliyi və həmrəyliyi gücləndirir, onların diqqətini təhsilə və məktəb həyatına yönəldir.
Valideynlərdən xahiş edirik ki, övladlarının məktəbə müəyyən edilmiş geyim formasına uyğun, səliqəli və nizamlı şəkildə gəlməsinə diqqət yetirsinlər.
Əziz şagirdlər, məktəb qaydalarına riayət etməklə siz yalnız özünüzə deyil, həm də təmsil etdiyiniz məktəbə hörmət göstərmiş olursunuz.
Nizam-intizamlı şagird – sağlam məktəb mühitinin, uğurlu gələcəyin təməlidir!