Bullinqi dayandır,Həyatı dayandırma

Bullinqi dayandır,Həyatı dayandırma

Share

"Bullinqi dayandır,Həyatı dayandırma" layihəsinin əsas məqsədi orta məktəb psixoloqlarına

Photos from Təhsilim gələcəyimdir's post 20/01/2023
Photos from Təhsildə qrantlar's post 09/01/2023
15/10/2022

Araşdırma üzrə ortaya çıxarılan bir faktla tanış olaq✅

Bilirsiniz mi ⁉️

🔅Dünya Bankının qızların təhsildən kənarda qalmasının ağır fəsadlarını təqdim edən hesabatında da qeyd olunmuşdu ki, bütün dünyada 6 yaşdan 17 yaşa qədər 130 milyondan çox qız tam orta təhsil ala bilmir.

🔅Hesablamalara əsasən, dünya üzrə orta hesabla qızların 89 faizi ibtidai, 77 faizi orta məktəbi bitirir. Əgər bütün dünya üzrə qızların tam orta təhsil alması problemi həll olunarsa, 18 yaşa qədər bağlanan nikahların sayı, eləcə də hədd-buluğa çatmayanlar arasında uşaq doğumu riskləri əhəmiyyətli dərəcədə azalacaq.

🔅Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunun elmi-statistik təhlillərinə görə, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır,həmçinin regionlardan ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır.Bu statistikada paylaşılan şəhərlər siyahısında Yevlax rayonu da qeyd olunmuşdur.

🔅Təhlilə görə 9-cu sinifdə imtahan verən qızların sayı 49,19 faiz təşkil etdiyi halda 11-ci sinifdə bu 42,99 faizə düşmüşdür.

03/10/2022

“Təhsilim gələcəyimdir” adlı layihə həyata keçiriləcək! 📢

Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyiii ) İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi (Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsii ) üzrə qalibi elan edilmişdir. “Təhsilim gələcəyimdir” layihəsi Yevlax rayonun Səmədabad, Rüstəmli və Salahlı kənd məktəblərində keçiriləcək.

Layihənin əsas məqsədi şagird və valideynlərin iştirakı ilə təhsilin əhəmiyyəti,uşaq hüquqları,erkən nigahın fəsadarı,uşaqların təhsilində valideynin rolu,uğur hekayəsi mövzularında təlim,storitelinq və forum teatrın keçirilməsini təmin etməkdir.

📌Qeyd edək ki, layihənin əsas tərəfdaşı Ritual Mobil Teatr Labarotoriyasıdır ( Ritual Perform ) Layihənin müddəti 4 aydır.


Photos from Bullinqi dayandır,Həyatı dayandırma's post 28/02/2021

"Bullinqi dayandır,həyatı dayandırma" layihəsinin iştirakçısı Yevlax rayon Qaraoğlan kənd tam orta məktəbin psixoloqu Gülşən kərimova 7 Fevral tarixində həmin məktəbin şagirdləri və heyəti üçün "Bullinqə qarşı mübarizədə bədii ədəbiyyatın rolu" mövzusunda seminar keçmişdir.

Photos from Bullinqi dayandır,Həyatı dayandırma's post 28/02/2021

"Bullinqi dayandır, həyatı dayandırma" layihəsinin iştirakçısı Yevlax rayon Aran qəsəbəsi 1 nömrəli tam orta məktəbin psixoloqu İradə Həşimova 6 fevral tarixində valideynlər üçün "Bullinqi dayandır, həyatı dayandırma" adlı seminar keçirmişdir.
Seminarda bullinqin nə olduğu, fəsadları , valideynlərin bu prosesdə necə davranmalı olduğu haqda məlumatlar paylaşılmışdır

Photos from Bullinqi dayandır,Həyatı dayandırma's post 10/02/2021

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olmuş "Bullinqi dayandır,həyatı dayandırma" layihəsinin mentorluq mərhələsi davam edir.

3 fevral tarixində layihə iştirakçısı olmuş Yevlax rayon Varvara kənd tam orta məktəbin psixoloqu Elxan Səmədov şagirlər üçün bullinq mövzusunda seminar təşkil etmişdir.

Want your school to be the top-listed School/college in Yevlakh?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Yevlakh